Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə86/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   82   83   84   85   86   87   88   89   ...   317
NUR-TƏFSİRİ-12

İslamda əxlaq 
 
Peyğəmbərin (s) səciyyələri arasında Quran onun əxlaqını qeyd edir. Peyğəmbər (s) 
böyük əxlaq sahibi sayılır. “Mizanul-hikmə” mənbəsindən bu mövzuda bəzi rəvayətləri 
təqdim edirik: 
Həzrət Əli (ə) buyurur: “Bir çox böyük insanlar pis əxlaqları səbəbindən zəlil 
oldular. Bir çox zəlil şəxslər isə gözəl əxlaqlarına görə əziz oldular.” İmam Hüseyn 
buyurur: “Gözəl əxlaq bütün xeyir əməllərin başıdır. Həzrət Peyğəmbər (s) buyurur: 
“Gözəl əxlaq budur ki, Əgər kama çatdın razı qalasan, məhrum oldun özündən 
çıxmayasan.” Həzrət Əli (ə) buyurur: “İnsan gözəl əxlaq sayəsində namaz qılıb oruc 
tutanlar dərəcəsinə çatar.” İmam Sadiq (ə) buyurur: Gözəl əxlaq ondur: yəqinlik, qənaət, 
səbr, şükr, helm, xoş xasiyyət, səxavət, qeyrət, şücaət, ali cənablıq. Əmirəl-möminin (ə) 
buyurur: “Gözəl xasiyyətlərdən biri budur ki, kim səninlə əlaqəni kəssə, onunla əlaqə 
saxlayasan. Kim səni məhrum etsə, ona əta edəsən. Kim sənə sitəm qılsa, onu 
bağışlayasan.” İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq günahları yuyar. Necə ki, günəş 
mikrobları öldürür”; “Xoş əxlaq əlaqələri möhkəmləndirir.” Həzrət Peyğəmbər (s) 
buyurur: “İmanlı insanda xəsisliklə pis əxlaq olmaz.” Peyğəmbərə (s) dedilər ki, filan 
qadın ibadət etsə də xasiyyəti pisdir, qonşularını dili ilə incidir. Həzrət (s) buyurdu: “O 
cəhənnəm əhlidir. Rəvayətdə bildirilir ki, həzrət Peyğəmbər (s) Səd ibn Məazı dəfn 
edəndə Məaz ailədəki pis xasiyyətinə görə qəbir sıxıntısına düçar oldu.
“Böyük əxlaq” 
 
“Xulq” dedikdə insanın xarakterinə hopmuş xüsusiyyətlər nəzərdə tutulur. Ötəri 
rəftarlar “xülq” sayılmır. “Xulqin əzim” ifadəsi ilə bağlı müxtəlif təfsirlər verilmişdir: 
a) Ayişə deyir: “Peyğəmbərdə (s) “Muminun” surəsinin ilk 10 ayəsindəki xasiyyətlər 
vardı. Bundan yuxarı tərif yoxdur.” 
b) “Xulqin əzim” dedikdə İslami əxlaqla zinətlənmək nəzərdə tutulur. 
v) Nəzərdə tutulan haqqa səbr etmək, ağıl əsasında tədbir tökməkdir. 
1
“Biharul-ənvar”, c. 2, s. 52 
2
“Ənkəbut”, 48 
3
“Zariyat”, 52 
4
“Hud”, 11; “Ali-İmran”, 173; “Yasin”, 11; “Fussilət”, 8; “Qələm”, 4; “Nisa”, 10 


90 
q) Lüğət kitablarından bəzilərində “xulq” sözü din və ayin kimi mənalandırılır. 
İmam Baqirdən (ə) belə bir hədis nəql olunur: “Böyük əxlaq dedikdə İslam ainləri 
nəzərdə tutulur.”
1
d) Nəzərdə tutulan müxaliflərlə ağayana rəftar etməkdir. Allah-taala Peyğəmbərə (s) 
belə bir əmr vermişdi.
2
j) Nəzərdə gözəl xasiyyətlər tutulmuşdur. Həzrətin (s) belə buyurduğu nəql olunur: 
“Rəbbim məni necə də gözəl tərbiyə etdi.”
3
z) Ayişə Peyğəmbərin (s) əxlaqı haqqında deyir: “Peyğəmbərin (s) əxlaqı Quranın 
təcəssümü idi.”
4
◘Mərhum Əllamə Təbatəbai “Əl-mizan” təfsirinin 27 səhifəsini Peyğəmbərin (s) 
əxlaqına, ədəbinə sərf etmişdir. Uyğun mənbədə sadalanan səciyyələrdən bəzilərini yada 
salaq: Peyğəmbər (s) öz ayaqqabısını yamayardı; öz libasını tikərdi; qoyun sağardı; 
xidmətçilərlə bir süfrədə əyləşərdi; yerdə oturardı; ulağa minərdi; özü bazarlıq edərdi; 
yoxsullarla görüşəndə əl tutardı və əlini birinci çəkməzdi; rastlaşdığı adamla yaşından 
asılı olmayaraq salamlaşardı; təklif olunanı rədd etməzdi. Hətta bir çürümüş xurma da 
olsaydı! Az xərcləyər, xoş davranardı; üzündə daim təbəssüm vardı, amma qəh-qəhə 
çəkməzdi; qaşqabaqlı yox, məhzun olardı; daim təvazökar idi; israfa yol vermədən 
səxavət göstərərdi; qəlbi yuxa, mehriban idi; kimsənin əlində olana höz dikməzdi; evdən 
çıxanda güzgüyə baxar, saçlarını qaydaya salardı; güzgü tapmayanda suya baxardı; 
kimsənin hüzurunda ayaqlarını uzatmazdı; iki iş arasından çətinini seçərdi, ona zülm 
edildikdə intiqam almazdı; Allah düşmənlərinin təcavüzünə qəzəblənərdi; heç vaxt 
dirsəklənib xörək yeməzdi; kimsənin istəyinə rədd cavabı verməzdi; namazını tam və 
yüngül qılar, xütbələrini uzatmazdı; insanlar onu xoş qoxusundan tanıyardılar; qonağı 
olanda yeməyə birinci başlar, ən axırda süfrədən çəkilərdi; süfrədə yalnız öz qabağından 
yeyərdi; suyu üç dəfə nəfəsini dərib içərdi; yalnız sağ əli ilə verər, alar, xörək yeyərdi; üç 
dəfə dua edər, danışanda sözünü təkrarlamazdı. Bir şəxsin evinə daxil olmaq üçün üç 
dəfə icazə istəyərdi; danışığı aydın idi, hamı onu başa düşürdü; baxışını dinləyicilər 
arasında bölürdü; insanlarla danışanda üzündə təbəssüm olurdu. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin