Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə88/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   84   85   86   87   88   89   90   91   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Allah öz peyğəmbərinə düşmənlər qarşısında təsəlli verir. 
2. Zaman ötür, həqiqətlər aydınlaşır. 
3. Bilərəkdən Peyğəmbərin (s) aydın dəlillərini inkar edən kafirlər divanə ləqəbinə 
daha çox layiqdir. (Agahlıqla iman isə düşüncə göstəricisidir.) 
4. Başqalarını azğınlıqda suçlamaq və özünü doğru yolda bilmək faydasıdır. Həqiqi 
azğın və həqiqi mömini Allah daha yaxşı tanıyır. 
Ayə 8, 9, 10, 11, 12, 13, 14, 15, 16: 
ٍزا مَه﴿﴾ٍنیِه م ٍف لاَح لُك ْعِطُت َلً َو﴿﴾َنوُنِهْدُیَف ُنِهْدُت ْوَل ْاوُّد َو﴿﴾َنیِبِ ذَكُمْلٱ ِعِطُت َلاَف﴿
م
﴿﴾ َنیِنَب َو ٍلاَم اَذ َناَك نَأ﴿﴾ ٍمیِنَز َكِلَذ َدْعَب ٍ لُتُع﴿﴾ ٍمیِثَأ ٍدَتْعُم ِرْیَخْلِ ل ٍعا نَم﴿﴾ٍمیِمَنِب ٍءآ ش
 ىَلْتُت اَذِإ
﴾ ِموُط ْرُخْلٱ ىَلَع ُهُمِسَنَس﴿﴾َنیِل وَ ْلْٱ ُریِطاَسَأ َلاَق اَنُتاَیآ ِهْیَلَع
 
“Təkzib edənlərə tabe olma; onlar istəyirlər ki, sən sazişə gələsən, onlar da 
səninlə saziş etsinlər; çox and içən hər alçağa itaət etmə; eyb axtarana, söz aparmaq 
üçün vurnuxana; xeyir işlərin qarşısını almaq üçün çalışana, həddi aşana, günaha 
batana; amansıza, dəlilsizə, əsli bilinməyənə (onlara ayələrimiz oxunduqda 
deyilənləri əfsanə sayarlar); tezliklə onun burnuna zillət damğası vurarıq.” 
 
1
“Yasin”, 3, 4 
2
“Təfsiri-məcməül bəyan” 
3
“Qəmər”, 26 


92 
Nöqtələr 
 
◘”Tudhin” sözü yağ mənası bildirən “duhn” sözündəndir. Burada var-dövlətin
sazişin təslim çiliyin pisliyinə işarə olunur. 
◘”Həmmaz” sözü eyb axtaran mənasını bildirən “həməz” sözündəndir, “əyyab” sözü 
ilə sinonimdir. 
◘”Məşşain binəmim” dedikdə söz gəzdirmək üçün çalışmaq mənası başa düşülür. 
“Mənnain lil xəyr” dedikdə xəsislik başa düşülür. Quranda malla bağlı xeyir sözü 
işlədilir. 
◘”Zənim” dedikdə əsli-nəsli bilinməyən şəxs nəzərdə tutulur. Zinadan doğulanlar 
belə adlandırılır. İmam Sadiq (ə) buyurur: “Utull” böyük küfr, “zənim” küfrə həris şəxs 
mənasını bildirir.”
1
◘Quranda Peyğəmbər (s) dəfələrlə azğınlara itaətdən çəkindirilir.
2
◘İnsanların xilası naminə düşmənin bütün sifətlərini tanıtdırın. Hazırkı ayələrdə 
düşmənin 10-a yaxın xüsusiyyəti bəyan olunmuşdur. Əgər qarşı tərəflərdə bu sifətlərdən 
biri varsa, ondan çəkinmək lazımdır. Bütün bu sifətlərə malik fərdlər haqqında isə 
danışmağa dəyməz. 
◘Xalqın qəbul və iatət etdiyi rəhbər nikbin olmalı, xalqa ümid verməli, vəhdəti 
qorumalı, təqvalı olmalı, təfriqə yaradan istənilən bir səbəbdən, eyb axtarmaqdan, söz 
gəzdirməkdən, xəsislikdən, təcavüzdən, amansızlıqdan uzaq olmalıdır. Hazırkı ayədə bu 
sifətlərə malik insanlara itaət qadağan edilir. 
◘Quran ayələri dəfələrlə müxtəlif böhtanlara məruz qalmışdır. İlahi ayələri 
keçmişlərin əfsanəsi, pərişan yuxular, yalan, adi bir söz adlandırmışlar.
3
İddia edənlər 
olub ki, Quranın mətnini Peyğəmbərə (s) kimlərsə öyrədir.
4
◘Rəvayətdə nəql olunur ki, Allah-taala həzrət Şüeybə buyurdu: “Mən 100 minlik bir 
cəmiyyəti qəzəbimə düçar edirəm. Hansı ki, onların 40 mini pis, 60 mini yaxşı 
adamlardır. Bunun səbəbi yaxşıların öz dini qeyrətlərini itirməsi, günahkarlarla 
barışmasıdır.”
5
İnsanın zəif olduğu üçün sazişə getməsi bəyənilmir. Amma qüdrətə malik olan vaxt 
güzəştə getməyin eybi yoxdur. Məsələn, ata yenicə ayaq açmış övladını nəzərə alıb aram 
yeriyir. 
◘”Həmmaz”, “mənna”, “mötəd”, “əsim” sifətləri kafirlərə məxsusdur. Uyğun 
sifətlərə malik müsəlmanların kafirlərə yaxınlaşması təbiidir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin