● Ayə 98:
﴿إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمْ لَهَا وَارِدُونَ﴾
“(Onlara deyilər:) «Həqiqətən, siz və Allahdan qeyri pərəstiş etdikləriniz cəhənnəmə yanacaq olacaq, ona daxil olacaqsınız.»”
Nöqtələr
Sual: Ayədə bildirildi ki, bütpərəstlər və onların məbudları cəhənnəm yanacağı olacaq. Bəziləri həzrət İsanı məbud götürdülər. Bu qayda onlara da aiddirmi?
Cavab: Bu sayaq məbudlar istisna olunmuşdur. Əvvəla, Quran həmin məbudları “və ma təbudunə” təbiri ilə yad edir. “Ma” kəlməsi şüursuz mövcudlara münasibətdə işlədilir.2 İkincisi, ayədə Məkkə bütpərəstlərinə müraciət olunur. Onlar isə daş və ağac bütlərə sitayiş edirdilər. Üçüncüsü növbəti ayələrdə bildirilir ki, Allah tərəfindən yaxşı vəd almış kəslər (məsələn, həzrət İsa) cəhənnəmdən uzaqdır.
Dostları ilə paylaş: |