Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə56/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   52   53   54   55   56   57   58   59   ...   113

Bildirişlər


1. Övlad gözün nuru, insanın ilahi lütfə ümidvarlığı üçün amildir.

2. Ən yaxşı qida aramlıq və şadlıqla yanaşı olan qidadır.

3. Nəzirin yetərincə uzun keçmişi var. Bəzi çətinliklərdən çıxmaq üçün insan nəzirdən faydalana bilər.

4. Nəzirdə qürbət (Allaha yaxınlıq) məqsədi olmalıdır. Və Allahın adı çəkilməlidir.

5. Allaha yaxınlıq məqsədinin çətinliklərdən qurtuluş məqsədi ilə ziddiyyəti yoxdur.

6. İnsan öhdəsinə götürdüyü nəziri yerinə yetirməyə borcludur.

7. Bəzən insanların sözü qarşısında susmaq lazım gəlir.

● Ayə 27:


﴿فَأَتَتْ بِهِ قَوْمَهَا تَحْمِلُهُ قَالُوا يَا مَرْيَمُ لَقَدْ جِئْتِ شَيْئًا فَرِيًّا﴾

Məryəm körpəsini ağuşuna götürüb onu yaxınlarının yanına gətirdi. Dedilər: “Ey Məryəm! Həqiqətən, çox pis bir görmüsən.”



● Ayə 28:


﴿يَا أُخْتَ هَارُونَ مَا كَانَ أَبُوكِ امْرَأَ سَوْءٍ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّا﴾

Ey Harunun bacısı! Atan pis kişi, anan zinakar deyildi.”



Nöqtələr


“Fəriyya” sözü çirkin iş, böyük xəta mənasını bildirir.

Bəziləri Harunu Məryəmin doğma qardaşı saysalar da, İslam Peyğəmbəri (s) buyurur: “Məryəm Musanın, Harunun qohumlarından idi.”2


Bildirişlər


1. Bir dəstənin narahat olub böhtan atmasına baxmayaraq, həqiqəti aşkarlayaq.

2. Xalq tələsərək həqiqət yox, zahiri görüntülər əsasında mühakimə yürüdür. (Onlar Məryəmin ağuşunda görpəni görən kimi onun haqqında pis düşündülər.)

3. Ata-babaların və ailənin yaxşılıq və fəzilətinə diqqəti yönəltmək tərbiyə üsullarından biridir.

4. Saleh valideyn və ailədən yalnız saleh övlad gözlənilir. (Ata-ananın və ailənin saleh olması övladın rəftar və əməllərinə təsir edir.)

5. Şərafətli ailədən olan bir şəxsin pis iş görməsi daha çox məzəmmət olunur.

● Ayə 29:


﴿فَأَشَارَتْ إِلَيْهِ قَالُوا كَيْفَ نُكَلِّمُ مَن كَانَ فِي الْمَهْدِ صَبِيًّا﴾

Məryəm ona (İsaya) doğru işarə etdi. Dedilər: «Beşikdə olan körpə ilə necə danışaq?»”



● Ayə 30:


﴿قَالَ إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا﴾

(İsa dilə gəlib) dedi: «Mənəm Allahın bəndəsi, O mənə kitab əta edib məni peyğəmbər qərar verib.»”



Nöqtələr


Həzrət Məryəm sükut orucu tutduğu üçün öz nəzirinə vəfalı qalıb bir söz demədən işarə etdi.

İsanın ilk sözü Allaha bəndəliyi haqqında olsa da, ardıcılları çaşqınlığa düçar olub onu Allah və Allah övladı kimi tanıdılar.

İmam Baqirdən (ə) soruşuldu ki, həzrət İsa beşikdə də Allahın höccəti idimi? Həzrət buyurdu: ”İsa nəbi idi, amma mürsəl deyildi. Yeddi yaşına çatdığı vaxt ona risalət məqamı əta olundu.”1

İsa qısa bir cümlə ilə həm anasına atılan böhtanı aradan götürdü, həm öz gələcəyi haqqında danışdı, həm də xalqın gələcək vəzifəsinə işarə etdi.


Bildirişlər


1. Allah istəyəndə uşaq beşikdə dilə gəlib şayiələri, fitnələri aradan qaldırır.

2. Özümüzü tanıtdırarkən hər şeydən öncə Allaha bəndə olduğumuzu bildirək. Bu ən böyük iftixardır.

3. Bütün ilahi feyzlərin qaynağı Allaha bəndəlikdir.

4. Peyğəmbərlikdə (və imamətdə) hansısa yaş şərt qoyulmayıb.



● Ayə 31:


﴿وَجَعَلَنِي مُبَارَكًا أَيْنَ مَا كُنتُ وَأَوْصَانِي بِالصَّلَاةِ وَالزَّكَاةِ مَا دُمْتُ حَيًّا﴾

Harada olsam, Allah məni bərəkət səbəbi etmiş, həyatım boyu mənə namaz zəkatı tapşırmışdır.”



● Ayə 32:


﴿وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا﴾

Məni anama qarşı xeyirxah qərar vermiş, (xalqa qarşı) sitəmkar qəddar etməmişdir.”



Nöqtələr


Çoxlu mənfəəti və başqalarına təlim-tərbiyə təsiri olan sabit şey bərəkətlidir. Həzrət İsanın bərəkətli ömrü var və İmam Mehdinin (ə) zühurundan sonrayadək sağdır. Onun ardıcılları da çoxdur və bu ardıcıllar həzrəti öldürmək fikrində olan kafirlərə qalibdirlər.1

Xeyir və bərəkətlər daxili niyyətlər, məqsədlər, hallar və xislətlərdir. Bu səbəbdən də bəzi insanlar harada olsalar bərəkətlidirlər.2 Bəziləri isə ruhi problemlərinə və mənəviyyatdan uzaqlıqlarına görə istənilən bir yerdə öz xoşagəlməz xüsusiyyətlərindən əziyyət çəkir və başqalarına fayda vermirlər.

Həzrət İsa “validəti” (“ana”) sözü ilə anasının paklığına və atasının olmamasına işarə etdi.

Bildirişlər


1. Öz imtiyaz və üstünlüklərimizi Allahdan bilək.

2. İnsan lovğalıq, iftixar məqsədi olmasa öz müsbət keyfiyyətlərini qeyd edə bilər.

3. Peyğəmbərlər xeyir-bərəkət və bədii əsərlər üçün qaynaqdırlar.

4. Mənəvi dəyərlər zaman və məkana sığmır.

5. Namaz və zəkat səmavi dinlərin müştərək əmrlərindəndir. (Ola bilsin ki, namazın bərpası və zəkat ödənməsi mübarəklik şərtidir.)

6. Allahla rabitə (namazın bərpası) məhrumlarla rabitədən (zəkat ödənməsindən) ayrı deyil.

7. Namaz və zəkat üçün ömür boyu tətil yoxdur.

8. Anaya yaxşılıq peyğəmbər əxlaqındandır.

9. Anasına qarşı rəhmsiz olan, xalqa qarşı da rəhmsiz olacaq.

10. Peyğəmbərlər istibdad və xalqa hakimlik sorağında deyillər.



● Ayə 33:


﴿وَالسَّلَامُ عَلَيَّ يَوْمَ وُلِدتُّ وَيَوْمَ أَمُوتُ وَيَوْمَ أُبْعَثُ حَيًّا﴾

Salam olsun mənə doğulduğum, öləcəyim diriləcəyim gün.”




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin