Nv-nin diaqnostikası fənnindən mühazirələr. Bölmə Diaqnostika, predmeti və sistemi. Diaqnostikanın əsas anlayışları


Detallarda korroziya və köhnəlmə prosesi



Yüklə 0,81 Mb.
səhifə12/41
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108089
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   41
2.4. Detallarda korroziya və köhnəlmə prosesi

Avtomobilin qovşaq və detallarının ömür uzunluğunun aşağı düşmə səbəblərindən biri də onların korroziyaya uğramaları və təbii olaraq, köhnəlmə prosesinə məruz qalmalarıdır.

Detalların onların hazırlandıqları materialların ətraf mühitlə fiziki kimyəvi qarşılıqlı təsiri nəticəsində dağılması prosesinə korroziya deyilir.

Korroziya təsirindən detallarının dağılması müxtəlif xarakter daşıyır. Bu xoşagəlməz proses hissələrin səthlərindən başlanır. Korroziyanın başlamasının xarici əlaməti səthlərin üzərində boz, qara və yaşıl ləkələrin materialdan asılı olaraq,çürümələrin əmələ gəlməsidir. Bir çox hallarda korroziya səthlərin gizli yerlərində yaranır və getdikcə də artır.

Materiallarda gedən korroziya prosesini öz xarakterinə görə 2 qrupa bölürlər.

- elektrokimyəvi ;

-kimyəvi korroziya .

Elektrokimyəvi korroziya mikroqalvanik elementlərin təsirindən elektrolitlərdə özüdə materialın səthində və detalların qovuşma yerlərində əmələ gəlir.Materialların səthi eynicinsli olmadığı üçün bu korroziya elektronların detalın bir yerindən digərinə keçməsi ilə müşayiət edilir. Elektrolit kimi su ilə sulfat turşusunun məhlulu qəbul edilir.

Elektrokimyəvi korroziya atmosfer şəraitində və maye fazalarında gedən korroziyalara bölünür.Birincisi metalın səthində oturmuş yağış suyunun qarın rütubətin iştirakı ilə ikincisi isə elektrolin alt qatlarında havanın oksigeni olmadan gedir. Atmosfer şəraitində gedən korroziyaya kuzanın alt hissələrində qanadların daxili səthlərində və rənglənməyən detallar da gədən korroziyanı misal göstərmək olar. Soyutma sisteminin daxili divarlarında əmələ gələn korroziya maye fazada gedən korroziya misaldır.

Elektrik cərəyan yaranmadan kimyəvi reaksiyaların iştirakı ilə gedən korroziya kimyəvi korroziya deyilir. Bu korroziya da iki növdə özünü göstərir.

1.Quru qazların metalın səthin təsirindən əmələ gələn kimyəvi korroziya.Buna misal silindir divarlarında klapanların işçi səthlərində, yanma kamerasında yaranan korroziyanı misal göstərmək .

2.Qeyri elektrolit mühitin içərisində əmələ gələn kimyəvi korroziya.Neft məhsullarının iştirakı ilə metalların səhhətində gedən korroziya bu növ korroziyaya misalola bilər.Bu korroziyanın əmələ gəlməsinin əsas səbəbi yanacaqların tərkibində kükürdlü birləşmələrin və üzvi turşuların olmasıdır.

Korroziyadan fərqli olaraq köhnəlmə prosesi qeyri –metaldan hazırlanmış detallarda (şüşə, taxta, rezin və s.)daha sürətlə gedir.Taxta materialdan hazırlanmış detallar çürüyür, rezin hissələr elastikliyini itirir, aşağı temperaturlarda isə kövrəkləşir. Köhnəlmə prosesinin əsas səbəbi ətraf mühitin (temperaturun, günəş şüalarının, nəmliyin) detalların materiallarına göstərdiyi aktiv təsirdir.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin