Yeyilmənin növləri
Ümumiyyətlə, texnikada yeyilmənin müxtəlif növlərindən istifadə edilir. Avtomobillərin texniki istismarında aşağıdakı yeyilmə növlərinə çox təsadüf edilir (şəkil 2.1).
1.Mexaniki yeyilmə
2.Molekulyar mexaniki yeyilmə
3.Korrozion mexaniki yeyilmə
Mexaniki yeyilmənin özünün aşağıdakı növləri mövcuddur:
-abraziv yeyilmə;
-plastik deformasiya nəticəsində yaranan yeyilmə ;
-kövrək dağılma təsirindən əmələ gələn yeyilmə ;
-sürtünmə səthinin yorğunluğundan törənən yeyilmə .
Sürtünmə səthləri arasına düşmüş kənar materialın kəsmə və ya cızma şəklində əmələ gətirdiyi yeyilməyə abraziv yeyilmə deyilir.
Elementar hissəciklər sürtünən səthlər arasındakı yağın içərisinə düşərək detalların yeyilmə tempini sürətləndirir.Abraziv yeyilməyə misal olaraq avtomobilin toz və palçıq düşə bilən açıq birləşmələrindəki (şkvoren-oymaq,ressor barmağı-oymaq sükan dartqılarının kürəcikli şarnirlərini və s.). mühərrikin silindr-porşen qrupunda əmələ gələn (hava ilə birlikdə sistemə daxil olması) yeyilmələri göstərmək olar.
Normadan bir neçə dəfə böyük yüklər altında işləyən detallarda əmələ gələn yeyilməyə plastiki deformasiya təsirindən yaranan yeyilmə deyilir.Bu yeyilmənin xarakterik xüsusiyyəti odur ki, burada detalların çəkisi sabit qalır, lakin ölçüləri dəyişir.Bu növ yeyilmələr yastıqlarda daha çox müşahidə olunur.Beləki, yastıqların üzərinə çəkilmiş antifriksion qat yüksək qiymətli böyük yüklərin təsirindən sürüşmə istiqamətində yerini dəyişir.
Dostları ilə paylaş: |