G ü l n a z. Nә deyirәm, mәnim borcum ata sözünә baxmaqdır, özün bilәrsәn!
R ü s t ә m b ә y. Ağıllı qızım, gözәl qızım! Mәn әvvәldәn bilirdim ki, sәn mәnim sözümdәn çıxmayacaqsan. Odur ki, kişiyә söz vermişәm, indi o kişi bu gün buraya gәlәcәkdir vә sәni dә görmәk istәyәcәkdir. Mәn sәnә izn verirәm ki, sәn gedib onun ilә görüşәsәn. Get görüş vә özün dә danış, qorxma!
S ә n ә m. Yәni batmış bu qәdәr çirkindir ki, adam qorxa da bilәr?
R ü s t ә m b ә y. Ay qız, gәl sәn danışma!
S ә n ә m. Axı deyirsәn ki, qorxma, mәn dә soruşuram ki....
R ü s t ә m b ә yAy qız, yum ağzını!
S ә n ә m. Ağzımı yummamış, nә deyirәm ki?!
R ü s t ә m b ә y. Ay heyvan, danışma deyirәm!
S ә n ә m. İndi mәn nә deyirәm ki, acığın tutur.
R ü s t ә m b ә y. A mürtәd balası, danışma, qulluqçusan, otur qulluqçu yerindә!