Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə87/102
tarix04.12.2023
ölçüsü6,75 Mb.
#138177
1   ...   83   84   85   86   87   88   89   90   ...   102
276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014

2. Q a c a t (=Q a c a r)
Qacar oymağı yuxarı-baş və aşağı-baş olmaq üzərə iki qola ayrılmışdır. İndiki İran şahları bu oymağa mənsubdurlar. Fətəli şah bu oymağın rəisidir. Qacarlar çox da qələbəlik deyillər. Üstün bir mövqeyə çatan igidlər və xoş­bəxt insanlar kimi qacarlar da digər oymaqlar və xalq tərəfindən sevilmir. Yuxarıda adları keçən qacarın iki qolu bu obalara ayrılır: qavallu2, dəvəlü, kikyalu, dabanlu, suçanlu, kərlü, izzəddinlü3.
a) Mazandaran və Tehran .........1.800 (nəfər)
b) Xorasanda, Mərvdə ............500 (nəfər)
с) İrəvanda .............500(nəfər)
ç) Gəncədə ..........1.000(nəfər)
cəmisi: 3.800 (nəfər)
Qacarlardan bir qol ana oymaqdan ayrılaraq əfşarlara qatılıb qacar-əfşar adını daşımışdır. Bunlar Mazandaranla İrəvan dolaylarında yaşayırlar.
3. M ü q ə d d ə m
Marağada yurd tutmuşdur. Müqəddəmlərin başı Azərbaycan bəylərbəyi­si Əhməd xandır. Əhalısi təqribən 5.000 nəfərdir.
4. D ü m b ə l ü1
Azərbaycanın qərbində və Xoy ilə Səlmas yaxınlarında yaşayırlar. Baş­çı­ları Cəfərqulu xandır. Bu, əski Xoy valisi idi. 1800-ci ildə Fətəli şaha qarşı etmişdir. Oymağın əhalısi 1.200 ailəyə yaxındır.
5. T ü r k m ə n
Əski və yeni adı ilə iki qola ayrılır.
a) əski türkmən2, Azərbaycanda .........8.000 (nəfər)
Həmədan çevrəsində .........3.000 (nəfər)
Farsdakı Kazərunda .........2.000 (nəfər)
cəmisi: 13.000 (nəfər)
b) yeni türkmən3 Tehranda və Mazandaranda .........3.000 (nəfər)
İranın bəzi çöl və ovalarında...............................................25.000 (nəfər)
cəmisi: 38.000 (nəfər)


6. K ə n g ə r l ü4
Kiçik bir oymaqdır. Araz sahillərində 4.000 və ya 5.000
Qum və dolaylarında.................................................1.000 nəfər qədərdir.

Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin