Şanel:(gözləri dolmuş halda qışqırır) Mənə qızım demə! Mən səni tanımıram. Mənim atam ölüb. Artur, onu burdan rədd elə! O, yalançıdır.
Artur: (dilənçiyə) Gedin burdan! Yalan danışmayın. Ayıb deyil sizə? Siz onun şöhrətindən istifadə edirsiz!
Dilənçi: Yox, mən onun atasıyam. (Şanelə) Şanel, qızım, sən məni istəmirsən? Məni bağışlamırsan? Mən səni monastra ona görə verdim ki, orda daha yaxşı baxarlar sənə. Mən sənə baxa bilməzdim.
Şanel:(cumub onun yaxasından tutur) Rədd ol burdan! İtil dedim sənə!
Artur: Şanel, Şanel! Sən neyləyirsən? (Şaneli kənara çəkir və dilənçiyə hirslə baxır)Gedin burdan! Tez gedin burdan. Bir də sizi görməyim burda.
Dilənçi: Yaxşı, qızım, mən gedirəm. Məni qəbul etməsən də, bağışla, Şanel. Yalvarıram, bağışla.
Şanel:(qışqırır) Rədd ol dedim sənə.
Şanel başını Arturun köksünə qoyub ağlayır. Qadın mağazadan çıxır və Şanelin ağladığını görür. Dilənçi uzaqlaşır.