İqor: Çox darıxmışdım. Həm də bu ətir bütün dünyaya səs salıb. Bir də bu yaxınlarda oxudum ki, Koko Şanel kişilər üçün ətir təqdim edəcək. Bu doğrudur?
Şanel: Bəli, doğrudur.
İqor: Ətirin adını bilmək olar?
Şanel: “Şanel Eqoist” olacaq ətirin adı.
İqor: Niyə kişilər üçün olan ətirin adı “Eqoist”, amma qadınlar üçün olan ətirin adı “nömrə 5”dir?
Şanel: Çünki, İqor, siz kişilər, hamınız eqoistsiniz. Hərçənd ki, hersoq Vestminster məni eqoist hesab edirdi. “Şanel nömrə 5” isə ona görədir ki, 5 mənim ən uğurlu rəqəmimdir. Məlumundur ki, mən öz bütün butiklərimin açılşını da hər il may ayının 5-də etmişəm.
İqor: Hə, indi aydın oldu bu “5” müəmması. Deyəsən, hersoqla yollarınızı ayırmısız.
Şanel: Bəli, artıq bitib. Çoxdandır ki, həyatımda başqa biri var.