Отуз биринҹи дәРС



Yüklə 4,76 Mb.
səhifə23/30
tarix21.10.2017
ölçüsü4,76 Mb.
#7913
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

SUALLAR


1.Dünya ilə axirət arasındakı əlaqənin inkar olunması nəyi gərəkli edir?

2.Dünyanın axirət üçün əkin sahəsi olmasının mə’nasını izah edin.

3.Dünya ne’mətləri ilə axirət ne’mətləri arasında hansı nisbət vardır?

4.Düna ne’mətləri ilə axirət əzabları arasında hansı nisbət vardır?

5.Dünyanın hansı işləri ilə axirətin səadət və ya bədbəxtliyi arasında həqiqi rabitə vardır?

ƏLLİ ÜÇÜNCÜ DƏRS

DÜNYA İLƏ AXİRƏT ARASINDA OLAN ƏLAQƏ

Müqəddimə

Həqiqi, yoxsa e’tibari və şərti rabitə?

Bu məsələ ilə əlaqədar Qur’an ayələri


MÜQƏDDİMƏ


Bildik ki, həm iman və saleh əməl ilə Allah dərgahına yaxınlıq və axirət ne’mətləri arasında, həm də küfr və günah ilə Allahdan uzaq olub əbədi ne’mətlərdən məhrum olmaq arasında birbaşa əlaqə və tənasüb vardır. Bunun müqabilində də iman və əməlisalehlə axirət əzabı arasında, eləcə də küfr və günah ilə əbədi ne’mətlər arasında əks nisbət mövcuddur. Qur’ani-kərimə əsasən bu tənasüb və nisbətin əsli barəsində heç bir şübhə yoxdur və onların inkar olunması Qur’anın inkar olunması deməkdir.

Amma bu zəruri məsələ barədə müəyyən qədər izaha ehtiyac duyulan bə’zi suallar irəli gəlir. Məsələn, “Qeyd olunan əlaqə həqiqi və təkvini əlaqədir, yoxsa, sadəcə olaraq şərtidir?” “İmanla əməli-saleh və eləcə də küfr ilə günah arasında hansı əlaqə vardır?”, “Görəsən yaxşı və pis əməllərin arasında da tə’sirqoyma və tə’sirlənmə vardır, ya yox?”

Bu dərsdə birinci məsələni araşdırıb yuxarıda qeyd olunan əlaqənin şərti olmadığını izah edəcəyik.

HƏQİQİ VƏ ŞƏRTİ RABİTƏ


Təkrar-təkrar qeyd etdiyimiz kimi, dünya əməlləri ilə axirət ne’mətləri və ya əzabları arasında olan əlaqə adi maddi əlaqələr kimi deyildir və onu fiziki, kimyəvi və s. kimi qanunlar əsasında izah etmək olmaz. Hətta insanın əməllərinə sərf olunan enerjini, maddə və enerjinin bir-birinə çevrilərək cisim halına düşməsi, axirət əzab və ya ne’mətlər şəklində zahir olması fikri belə düzgün olmayan təsəvvürdür. Çünki, əvvəla, bir insanın əməl və rəftarlarına sərf olunan enerji nəinki sonsuz behişt ne’mətlərinə, heç bir almaya çevriləcək qədər belə olmaya bilər.

İkincisi, maddə ilə enerjinin bir-birinə çevrilməsi xüsusi amillər əsasında baş verir. Bu iş onu görənin niyyət və əməlinin pis və ya yaxşı olmasına bağlı deyildir. Heç bir təbii qanuna əsaslanıb xalis əməl ilə riya arasında fərq qoymaq olmaz ki, birinin enerjisi ne’mətə, digərinin enerjisi isə əzaba çevrilsin.

Üçüncüsü, bir dəfə ibadət yolunda sərf olunan enerjinin digər dəfə günah yolunda istifadə olunması mümkündür.

Amma belə rabitənin inkar olunması ümumi şəkildə həqiqi rabitənin mütləq şəkildə inkar olunması demək deyildir. Çünki həqiqi rabitələrin dairəsi namə’lum və təcrübəyə sığmayan rabitələrə də aiddir. Təcrübi elmlər dünya ilə axirət arasındakı hadisələrin arasındakı rabitəni isbat edə bilmədiyi kimi, onların arasındakı hər növ səbəb-nəticə qanununun varlığını da isbat edə bilməz. Yaxşı və pis əməllərin insanın ruhunda həqiqi mə’nada tə’sir etdiyini, həmin ruhi tə’sirlərin də axirət ne’mət və ya əzablarının yaranmasına səbəb olduğunu fərz etsək (məsələn, bə’zi nəfslərin dünyadakı xariqüladə tə’sirlərini misal göstərmək olar) belə bir fərz də əqldən uzaq olmayacaqdır, əksinə, onu xüsusi fəlsəfi prinsiplər əsasında isbat etmək olar ki, o da bu kitabın həcminə uyğun deyildir.


BU MƏSƏLƏ İLƏ ƏLAQƏDAR QUR’AN AYƏLƏRİ


Əksər hallarda zehndə şərti rabitənin cilvələnməsinə baxmayaraq1 çoxlu Qur’an ayələrindən mə’lum olur ki, insanın əməlləri ilə axirət savabı və ya cəzası arasında şərti əlaqədən daha geniş bir əlaqə vardır. Qeyd olunan birinci sözdən («əcr») istifadə məsələnin asan olub daha artıq başa düşülməsi, camaatın bu məfhumlarla tanış olması və onların əksəriyyətinin vəziyyətini nəzərə almaqdan ötrüdür.

Həmçinin, şərif rəvayətlərdə də bu barədə dəlillər gözə dəyir. Onlar göstərir ki, insanın ixtiyari əməlləri müxtəlif mələkuti (batini) surətlərə malikdir ki, bərzəx aləmində və qiyamətdə zahir olacaqdır.

İndi insanın əməlləri ilə onun axirət nəticələri arasındakı rabitənin varlığına dəlalət edən ayələrdən bir neçəsini nümunə olaraq göstəririk:

«Özünüz üçün əvvəlcədən göndərdiyiniz hər şeyi Allah yanında tapacaqsınız2

«O gün hər kəs etdiyi yaxşı pis əməlləri qarşısında hazır görəcək günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi öz əzabından çəkindirir, çünki Allah (Öz bəndələrinə) mərhəmətlidir3

«O gündə insan öz əlləri ilə göndərdiyi şeylərə baxacaqdır4

«Hər kəs zərrə qədər yaxşılıq etsə, onu görəcək hər kəs zərrə qədər pislik etsə, onu da görəcəkdir5

«Görəsən, sizə verilən cəza (əvəz) dünyada etdiyiniz əməllərdən başqa bir şeydən ibarətdirmi?!»6

«Həqiqətən, yetimlərin mal-dövlətlərini zülmlə mənimsəyənlər öz qarınlarına od daxil edirlər7

Aydındır ki, insanın qiyamətdə özünün bu dünyadakı əməllərinin sadəcə olaraq nəticəsini “görməsi” onun cəza və ya mükafatı olmayacaq, əksinə, ne’mət və ya müxtəlif əzablar formasında görünən şey məhz əməllərin mələkuti surətləridir ki, zahir olacaq və şəxs onların vasitəsilə ne’mətə, yaxud əzaba düçar olacaqdır. Sonuncu ayədən mə’lum olduğu kimi, yetim malını mənimsəməyin batini surəti cəhənnəm odu yeməkdir. Axirət aləmində həqiqətlər zahir olarkən şəxs filan haram yeməyin batini aləmi atəş olduğunu görəcək. Bunun nəticəsində daxilindəki yanğını hiss edəcək və ona deyiləcəkdir: «Bu cəhənnəm odu yediyin haram maldan başqa bir şeydirmi?!»



Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin