Отуз биринҹи дәРС



Yüklə 4,76 Mb.
səhifə21/30
tarix21.10.2017
ölçüsü4,76 Mb.
#7913
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

SUALLAR


1.Qiyamət baş verən zaman yerin və göylərin vəziyyətini şərh edin.

2.Qiyamətin başlanğıcı və onun xüsusiyyətini bəyan edin.

3.İlahi ədalət məhkəməsini izah edin.

4.Mö’minlərin və kafirlərin öz əbədi iqamətgahına doğru hərəkətini bəyan edin.

5.Behişt ne’mətlərini barəsində mə’lumat verin.

6.Cəhənnəm və onun əhlinin vəziyyətini açıqlayın.

7.Cəhənnəm əhlinin söhbətlərini şərh edin.

ƏLLİ BİRİNCİ DƏRS

DÜNYANIN AXİRƏT İLƏ MÜQAYİSƏSİ

Müqəddimə

Dünyanın fani, axirətin isə əbədi olması

Axirətin həqiqi həyat olması

Axirətdə ne’mətin əzabdan ayrılması

Dünya həyatını seçməyin nəticəsi


MÜQƏDDİMƏ


Əql və nəql yolu ilə axirət aləmi barəsində əldə olunan mə’lumatlara əsasən dünya və axirəti müxtəlif cəhətlərdən müqayisə edə bilərik. Xoşbəxtlikdən bu müqayisələr Qur’ani-kərimin özündə də vardır. Biz Qur’an ayələrindən istifadə edərək dünya və axirət həyatlarını düzgün şəkildə qiymətləndirib axirət aləminin üstün olmasını bəyan edə bilərik.

DÜNYANIN FANİ, AXİRƏTİN İSƏ ƏBƏDİ OLMASI


Dünya ilə axirət aləmi arasında olan fərqin ən bariz nümunəsi insan ömrünün dünyada məhdud, axirətdə isə əbədi olmasıdır. Bu dünyada hər insanın ömrü üçün gec-tez gəlib çıxacaq əcəl vardır. Hətta bir şəxs bu dünyada, yaxud min il yaşasa, nəhayət, təbiət aləminin son dəyişiklikləri və birinci surun üfürülməsi zamanı ömrü sona çatacaqdır.

Digər tərəfdən isə Qur’anın təqribən səksən ayəsi axirət aləminin əbədi olmasını göstərir.1 Aydındır ki, tükənən, sona yetən bir şey nə qədər uzun ömürlü olsa belə, onun sonsuz şeylə heç bir uyğunluğu olmayacaqdır.

Deməli, axirət aləmi davamlı və qalarlı olmaq baxımından dünyaya nisbətən çox böyük üstünlüyə malikdir və bu mətləb də çoxlu ayələrdə “əbqa» tə’biri ilə gətirilir.2 Axirətin qalarlı, dünyanın isə fani olmasını xatırladır.3 Başqa ayələrdə dünya həyatı bir neçə günlük cücərib yaşıllaşan, sonra isə saralıb məhv olan və nəhayət quruyan bir bitkiyə oxşadılır.4 “Nəhl” surəsinin 96-cı ayəsində isə ümumi bir qanun olaraq buyurulur:

«Allah yanında olan şeylər əbədidir.»

AXİRƏTDƏ NE’MƏTİN ƏZABDAN AYRILMASI


Dünya həyatı ilə axirət həyatı arasındakı əsaslı fərqlərdən biri də budur ki, dünya həyatının xoşluqları həmişə əzab-əziyyətlə, zəhmətlə qarışıqdır, elə bir şəraitdə deyildir ki, camaatın bir qismi həmişə və hər cəhətdən ne’mətdə, şadlıqda, asayişdə olsunlar, digər dəstə isə həmişə əzabda və qəm-qüssədə. Dünya əhalisinin hamısı az-çox ləzzətlərdən, şadlıqlardan bəhrələnir, eləcə də müəyyən qədər əzab-əziyyətlərə və nigarançılıqlara düçar olurlar. Lakin axirət aləmi bir-birindən tamamilə ayrı olan iki hissədən – behişt və cəhənnəmdən ibarətdir. Onun bir hissəsində əzab-əziyyətdən, qorxu və qəm-qüssədən heç bir əsər-əlamət yoxdur, digər hissəsində isə insanı dərdə salan atəşdən, qəm-qüssədən başqa heç bir şey mövcud deyildir.

Qur’ani-kərimdə bu müqayisə qeyd edilmiş, axirət ne’mətlərinin, Allahın dərgahında qonşu olub Ona yaxın olmağın dünya ne’mətlərinə olan üstünlüyü dəfələrlə bəyan edilmiş,1 eləcə də axirət əzablarının bu dünyadakı əzab-əziyyətlərlə müqayisəolunmaz dərəcədə şiddətli olması xatırladılmışdır.2


AXİRƏTİN HƏQİQİ HƏYAT OLMASI


Dünya ilə axirət arasında olan fərqin ən mühümü bundan ibarətdir ki, dünya həyatı axirət üçün bir müqəddimə, əbədi səadət və xoşbəxtlik kəsb etmək üçün bir vasitədir. Axirət həyatı son və həqiqi həyatdır. Dünya həyatı və onun maddi və mə’nəvi ne’mətləri insan tərəfindən istənildiyinə baxmayaraq onların hamısı əbədi səadətin əldə olunması və həqiqi təkamülə çatmaq üçün bir vasitə və imtahandır. Buna görə də həqiqi mahiyyətə malik olmayacaqdır. Onların həqiqəti bir növ, şəxsin əbədi həyatı üçün tədarük görəcəyi yol ehtiyatıdır.3

Buna görə də əgər bir şəxs axirət həyatını unudaraq özünü dünyanın müvəqqəti bər-bəzəklərinə məftun edərsə və onun ötəri ləzzətlərini özünə hədəf seçərsə, onda onun həqiqi dəyərini tanımamış və ona xəyali bir dəyər vermiş olur. Çünki o, hədəf əvəzinə vasitəni götürmüş olur. Bu da oyun-oyuncaqdan, baş qatmaqdan, aldanmaqdan başqa bir şey olmayacaqdır. Məhz buna görə də Qur’ani-kərim dünya həyatını oyun-oyuncaq və aldadıcı vasitələr adlandırmış,4 axirət həyatını isə həqiqi həyat hesab etmişdir.5 Amma diqqət yetirmək lazımdır ki, dünya barəsində bu qədər məzəmmət ona məftun olan insanların tutduğu istiqamət və onun barəsində olan nəzərləri ilə əlaqədardır. Halbuki, onun həqiqət və mahiyyətini tanıyıb ona sadəcə bir vasitə kimi baxan və ömürlərinin hər anından əbədi səadət üçün bəhrələnən layiqli bəndələr üçün dünya həyatı məzəmmətə yox, əksinə, son dərəcə yüksək dəyərə malikdir.


DÜNYA HƏYATINI (ƏSAS MƏQSƏD KİMİ) SEÇMƏYİN NƏTİCƏSİ


Axirət aləminin məziyyətləri, behişt ne’mətləri və Allah dərgahına yaxın olub Onun razılığını qazanmağın dünya həyatına nisbətən təşkil etdiyi üstünlüyə diqqət yetirməklə aydın olur ki, axirət əvəzinə dünya həyatını seçmək əqlə uyğun deyil1 və bu işin ziyan və peşmançılıqdan başqa heç bir nəticəsi olmayacaqdır. Lakin belə bir seçkinin düzgün olmadığı o zaman daha aşkar surətdə mə’lum olacaqdır ki, dünyanı seçib onun ötəri ləzzətlərinə məftun olmağın nəinki insanın əbədi səadətdən məhrum olmasına, üstəlik əbədi bədbəxtliyə də səbəb olan ən mühüm amil sayılması mə’lum olsun.

İzah:


Əgər insan əbədi səadət yerinə dünyanın ötəri ləzzətlərini seçsəydi, amma bu işin onun əbədi dünyası üçün heç bir pis və xoşagəlməz nəticəsi olmasaydı onda bu axirət səadətinin son dərəcə üstünlüyə malik olmasını nəzərə almaqla səfehcəsinə bir iş olardı. Lakin heç kəsin axirət aləmindən qaçış yolu yoxdur və özünün bütün qüvvələrini dünya həyatına sərf edən, axirət aləmini unudan və ya ümumiyyətlə, onu inkar edən şəxslər nəinki təkcə behişt ne’mətlərindən məhrum olmur, üstəlik həmişəlik olaraq cəhənnəm əzabına düçar olaraq ikiqat ziyan çəkmiş olurlar.2

Məhz buna görə də Qur’ani-kərim bir tərəfdən axirət ne’mətlərinin üstünlüklərini xatırladır və dünya həyatının insanları aldatmaması üçün ciddi xəbərdarlıq edir,3 digər tərəfdən isə dünyaya məftun olub axirəti unutmağın, əbədiyyət dünyasını inkar etməyin, yaxud onun barəsində şəkk-şübhə etməyin ziyanlarını sadalayır və bu iş insanın əbədi bədbəxtliyinə səbəb olacağını tə’kid edir.4 Dünyanı özünə məqsəd kimi seçən adamın yalnız axirət ne’mətlərindən məhrum olması güman olunmamalıdır, əksinə, bundan əlavə, o, əbədi cəzalara da düçar olur.



Səbəbi dünyapərəst bir şəxs Allahın ona verdiyi istedadlara istehza edərək əbədi səadət kimi səmərə verməli olan ömür həyatının barlı ağacını qurutması nemət verənin haqqına riayət etməməsi, Onun nemətlərini Onun razı olmadığı yollarda sərf etməsidir. Şübhəsiz, belə bir şəxs öz seçdiyi yolun pis nəticələrini gördüyü zaman torpaq olmasını və belə ağır aqibətə düçar olmamasını arzu edəcəkdir.5

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin