Отуз биринҹи дәРС



Yüklə 4,76 Mb.
səhifə3/30
tarix21.10.2017
ölçüsü4,76 Mb.
#7913
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   30

SUALLAR


1.Qur’ani-kərim özünün mö’cüzə olmasını necə iddia edir?

2.Qur’anın mö’cüzə olmasına qısa dəlil hansıdır?

3.Belə bir ehtimal vermək olarmı ki, müxaliflərdən kimsə Qur’anın mislini gətirməyi istəməmiş, yaxud gətirmişsə də bizim ondan xəbərimiz olmamışdır? Niyə?

4.Qur’anın mö’cüzəli bəlağət üslubunu şərh edin.

5.Peyğəmbəri-Əkrəmin (s) ümmi olmasının Qur’anın mö’cüzə olması ilə nə kimi əlaqəsi vardır?

6.Qur’anda ixtilafın olmaması onun mö’cüzə olmasına necə dəlalət edir?


OTUZ ÜÇÜNCÜ DƏRS

QUR’ANIN TƏHRİFDƏN AMANDA OLMASI

Müqəddimə

Qur’ana heç nəyin əlavə edilməməsi

Qur’andan heç nəyin azaldılmaması


MÜQƏDDİMƏ


Əvvəldə qeyd olunduğu kimi, nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi peyğamlar sağ-salamat və təhrif olunmadan insanların ixtiyarına verilməlidir ki, onun vasitəsilə dünya və axirətdəki səadət yollarını qət edə bilsinlər.

Deməli, Qur’an camaata çatdırılana qədər digər asimani kitablarda olduğu kimi, təhrifdən amanda olmasında heç bir münaqişə yeri yoxdur. Bildiyimiz kimi, başqa asimani kitablar insanların ixtiyarına verildikdən sonra müəyyən qədər təhriflərə mə’ruz qalmış, dəyişdirilmiş, yaxud müəyyən müddətdən sonra unudulmuşdur. Belə ki, müasir dövrdə həzrət Nuhun (ə), həzrət İbrahimin (ə) kitabları ümumiyyətlə, mövcud deyildir. Həzrət Musa (ə) və həzrət İsanın (ə) kitabları da əslində olduğu kimi qalmayıb. Bunlara diqqət yetirməklə belə bir sual yaranır: Hazırda sonuncu səmavi kitab olan Qur’anın məhz Peyğəmbərə (s) nazil olmuş və onda heç bir dəyişikliyə mə’ruz qalmamış Qur’an olmasını haradan bilmək olar? Əlbəttə, hər kəs İslamın və müsəlmanların tarixi ilə müəyyən qədər tanış olsa, Peyğəmbəri-Əkrəmin (s) və onun mə’sum canişinlərinin (ə) Qur’an ayələrini yazıb qorumaqda nə qədər sə’y göstərdiklərindən agah olsa, həmçinin, müsəlmanların Qur’an ayələrini qoruyub saxlamaqda ciddiyyətlərini başa düşsə, (belə ki, yalnız bir müharibədə Qur’an hafizlərindən 70 nəfər şəhid olmuşdu) eləcə də Qur’anın on dörd əsr ərzində mütəvatir şəkildə nəql olunmasından, onun ayə, kəlmə, hərf və s. sayına nə qədər diqqət yetirilməsindən agah olsa, bu şərif kitabda azacıq belə təhrifolunma ehtimalını qəbul etməyəcəkdir. Lakin Qur’ani-kərimin təhrif olunmamasını bu kimi qəti tarixi şahidlərdən əlavə, bir əqli və bir nəqli dəlildən mürəkkəb olmuş bəyanla da isbat etmək olar. Yə’ni ilk növbədə Qur’ani-kərimə hər hansı bir şeyin artırılmamasını əqli dəlillə isbat edib sonra hazırda mövcud olan Qur’anın Allah tərəfindən nazil olmasını, eləcə də ondan heç bir şey əskildilmədiyini onun ayələrinə istinadən isbat etmək olar.

Buna görə də Qur’anın hər növ təhrifdən amanda olması məsələsi bir-birindən ayrı olan iki mövzuda araşdırılır:

1.Qur’ana heç bir şey artırılmayıb.

Qur’ani-kərimə heç bir şeyin artırılmaması bütün müsəlmanların, hətta, dünyanın bütün agah şəxslərinin fikir birliyində olduğu məsələdir. Qur’ana nəyinsə artırılmasına ehtimal mənşəyi olan heç bir hadisə baş verməmiş, belə bir ehtimal üçün heç bir növ sənəd təqdim olunmamışdır. Eyni zamanda artırılma fərzini əqli dəlillər vasitəsilə inkar və batil etmək olar. Belə ki, əgər Qur’ana tam bir mətləb artırılsa, mə’nası bu olar ki, Qur’anın oxşarının gətirilməsi mümkündür və belə bir fərziyyə Qur’anın mö’cüzə olması, insanların onun oxşarını gətirməkdə bacarıqsız olması ilə uyğun deyildir. Əgər bir kəlmə, yaxud qısa bir ayənin (“Ərrəhman” surəsinin 64-cü ayəsi olan “müdhammətan» kəlməsi kimi) artırılması fərz olunduqda gərək onun daxilindəki nəzm pozulsun və mö’cüzəlik surətindən xaric olsun. Belə olan halda onun mislini gətirmək və onu təqlid etmək olar. Çünki Qur’an ibarələrinin mö’cüzəli şəkildə olan nəzmi, kəlmə və hərflərin də necə seçilməsinə bağlıdır və onların dəyişdirilməsi ilə mö’cüzəlik halından xaric olur.

Qur’ani-kərimin mö’cüzə olmasını isbat edən həmin dəlillə onun bir şey artırılmasından da amanda olması isbat olunur və ayələrin mö’cüzəlik halından çıxmasına səbəb olan kəlmə və cümlələrin azaldılması da həmin dəlillə inkar edilir. Tam bir surənin, yaxud tam bir mətləbin digər ayələrin mö’cüzəlik halından çıxmağa səbəb olmayacaq qədər ixtisara salınması məsələsinə gəldikdə isə bunun üçün başqa bir dəlilə ehtiyac vardır.

2.Qur’andan heç nə azaldılmayıb

Sünni və şiə alimlərindən olan böyük şəxsiyyətlər aşkar şəkildə buyurublar ki, Qur’ani-kərimə heç bir şey artırılmadığı kimi, ondan bir şey də azaldılmayıbdır. Bu mətləb üçün çoxlu dəlillər gətirmişlər. Lakin sünni və şiələrin hədis kitablarında bə’zi saxta hədislərin nəql olunması, eləcə də bə’zi mö’təbər rəvayətlərdən düzgün olmayan nəticə alınması nəticəsində Qur’ani-kərimdən bə’zi ayələrin ixtisara salınmasına və ya çıxarılmasına ehtimal verənlər və ya tə’kid edənlər olmuşdur.1

Qur’ani-kərimin hər növ təhrifdən – istər artırılmaqdan, istərsə də ixtisara salınmaqdan amanda qalmasına qəti tarixi dəlillər mövcuddur. Bundan əlavə, onun mö’cüzəli nəzminin pozulmasına səbəb olacaq ixtisar mö’cüzə olmaq dəlili vasitəsilə inkar olunur və bir ayənin, yaxud müstəqil surənin Qur’andan ixtisara salınması kimi işdən də amanda olmasını dərk etmək olar. Yə’ni mövcud Qur’anın bütövlükdə Allah kəlamı olması, ona heç bir şey artırılmaması sübuta yetdikdən sonra onun ayələrinin məzmunu ən möhkəm nəqli dəlil ünvanı ilə höccət olur. Qur’an ayələrindən əldə olunan mətləblərdən biri də budur ki, Mütəal Allah bu kitabın hər növ təhrifdən amanda qalmasına zəmanət vermişdir. Halbuki, digər səmavi kitabların qorunub saxlanılması insanların öhdəsinə verilmişdi.2

Bu məsələ “Hicr” surəsinin 9-cu ayəsində belə buyurulur:



«Şübhəsiz ki, Qur’anı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq.»

Bu şərif ayə iki cümlədən təşkil olunmuşdur. Birinci cümlə inna nəhnu nəzzəlnəz-zikrə tə’kid edərək göstərir ki, Qur’ani-kərim Mütəal Allah tərəfindən nazil edilmişdir və nazil olduğu zaman onda heç bir dəyişiklik baş verməmişdir. İkinci cümlədə isə inna ləhu ləhafizun tə’kid ədatlarından, eləcə də davamiyyətə dəlalət edən cümlə quruluşu vasitəsi ilə Qur’anın əbədi olaraq hər növ təhrifdən uzaq qalmasına zəmanət verilmişdir.

Bu ayə Qur’ana bir şeyin artırılmaması barəsində dəlil olmasına baxmayaraq Qur’anda təhrifolunmanın inkar edilməsindən ötrü zəif istidlaldır. Çünki əgər Qur’ana bir şeyin artırılmasını fərz etsək onda yuxarıdakı ayənin də artırılması təsəvvür oluna bilər. Belə bir fərziyyənin düzgün olması bu ayənin özü ilə uyğun gəlmir. Buna görə də Qur’ani-kərimin mö’cüzə olmasına əsaslanaraq o fərziyyəni batil etdik, sonra isə bu şərif ayədən istifadə etməklə ondan hər hansı bir ayə, yaxud müstəqil surənin çıxarılmasından amanda qalmasını (belə ki, onun mö’cüzəli nəzmini bir-birinə qarışdırılmasına səbəb olmayacaq şəkildə) da isbat etdik. Beləliklə, Qur’ani-kərimin artırılıb-azaldılma kimi təhrifdən amanda olmasını bir əqli və bir nəqli dəlillə sübuta yetir.

Dərsin axırında bu məsələni xatırladırıq ki, Qur’anın təhrifdən amanda qalması dedikdə məqsəd bu deyildir ki, hər yerdə Qur’an adlı bir kitab tapılsa, kamil Qur’an olsun, yazıda və ya qiraətdə olan səhvdən uzaq olsun, onun barəsində heç bir növ yanlışlıq və mə’nəvi cəhətdən təhrifin olmaması mümkün olmasın və onun ayə və surələri nazilolma tərtibi ilə tənzim olunmuş olsun. Əksinə, məqsəd budur ki, Qur’ani-kərim bəşər arasında elə bir vəziyyətdə qalmalıdır ki, həqiqət axtaranlar üçün onun bütün ayələrini nazil olduğu şəkildə əldə etmələri mümkün olsun. Buna əsasən, bə’zi Qur’an nüsxələrinin səhv yazılması, yaxud naqis olması, yaxud qiraət fərqləri, yaxud ayə və surələrinin nazil olduğunun əksinə olaraq tənzim olunması, yaxud mə’nəvi cəhətdən təhrif edilməsi, yaxud şəxsi rə’y əsasında təfsir edilməsinin Qur’anın sözü gedən təhrifdən amanda qalması ilə heç bir ziddiyyəti yoxdur.



Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin