qulluqdadır.”
23
Rəvayətlərdə belə nəql olunur: “Qadının öz ərinə bir
qurtum su verməsi onun üçün bir ilin ibadətindən
üstündür.”
24
Qadın evdarlığının böyük dəyərə malik
olmasından danışan rəvayətlər çoxdur. Bu rəvayətlərdən
biri də “Əsma” adı ilə tanınır. Nəql edirlər ki, bir gün
Əsma adlı bir qadın həzrət Peyğəmbərin (s) yanına gəlib
dedi: “Mən sizə bir sual vermək üçün qadınlar tərəfindən
seçilmişəm. Sual belədir: Allah-təala sizi həm kişilər,
həm də qadınlara doğru göndərdi. Biz sizə iman gətirdik,
amma biz ev işlərinə məşğul ikən kişilərin cihada getməsi
onlara daha çox savab qazanmaq imkanı verib. Kişilərin
əldə etdiyi bu savaba bizim şərikliyimiz varmı?” Həzrət
(s) Əsmanın sualını bəyənərək buyurdu: “Bu sualı verən
bütün qadınlara e`lan et ki, sizin ərə yaxşı qulluq
etməyinizin, onun razılığını qazanmağınızın, ona itaət
göstərməyinizin savabı onun gördüyü bütün işlərin savabı
qədərdir.”
Demək, evdar qadınlar bilməlidirlər ki, onların
gördüyü iş ən şərif və ən dəyərli işlərdəndir. Onlar öz
evdarlıqlarını ucuz qiymətləndirməməli və bilməlidirlər
ki, çəkdikləri bütün zəhmətlər ibadət sayılır və onları
Allaha yaxınlaşdırır. Digər bir tərəfdən, həyat yoldaşı
evdarlıqla
məşğul
olan
kişilər
onları
lazımınca
dəyərləndirməlidirlər.
Evdarlıq
əhəmiyyətsiz
sayılmamalıdır. Kişilər öz rəftarları ilə göstərməlidirlər
ki, qadının evdarlığını qiymətləndirirlər, bu üzücü
zəhmətlərə biganə deyillər. Belə bir nöqtəni də
xatırlatmaq yerinə düşər ki, körpəyə qulluq kişiyə yüngül
iş kimi görünə bilər. Əgər qadının gün uzunu gördüyü
işlərin siyahısı tutulsa, bu işin nə dərəcədə çətin olduğu
23
“Vəsailüş-şiə”, cihad babı.
24
“Vəsailüş-şiə”, c. 14, s. 123.
87
üzə çıxar. Uşaqlı qadının zəhməti isə daha artıqdır.
(Əlbəttə ki, müasir elektirik cihazları evdar qadının işini
bir qədər yüngülləşdirmişdir. Belə qadınlar boş qalan
vaxtlarında başqa faydalı işlərlə məşğul olmalıdırlar.
Məsələn, zəruri kitabların mütaliəsi onların boş vaxtını
doldura bilər. Qadın vaxtını səmərəli keçirməklə yanaşı,
öz düşüncəsini də inkişaf etdirir. Vaxtı boş keçirmək,
müsbət fəaliyyətlərdən qaçmaq insan ruhu üçün çox
zərərlidir. Həzrət Əli (ə) buyurur: “İş ən yaxşı
Dostları ilə paylaş: |