Məhəllə komitələri nədir? Məhəllə komitələri bələdiyyələrin səlahiyyətlərinə aid məsələlərin həllində onlara kömək
məqsədilə vətəndaşların yaşayış yeri üzrə öz təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir.
Məhəllə komitəsinin üzvlərinin sayı 5-11 nəfərdən çox olmayaraq açıq səs vermə yolu ilə 2
il müddətinə seçilir.
Məhəllə komitəsinin səlahiyyətləri - yerli əhəmiyyətli məsələlər barəsində bələdiyyələr qarşısında vəsatət aldırmaq;
- müvafiq bələdiyyə torpaqlarından istifadəyə dair rəy və təkliflər vermək;
- yaşayış məntəqələrinin abadlaşdırılması, yaşıllaşdırılması, sanitariya vəziyyətinin
yaxşılaşdırılması, uşaq və idman meydançalarının, avtomobil yollarının, küçələrin, səkilərin
və digər obyektlərin tikintisi, yenidən qurulması, təmir olunması işində əhalinin iştirakını
təşkil etmək;
- fəaliyyət göstərdikləri ərazidə yaşayan imkansızlara, xəstələrə və ahıl vətəndaşlara yardım
göstərmək;