60
Bələdiyyə mülkiyyətinin yerli özünüidarəetmə fəaliyyətində oynadığı vacib
rola baxmayaraq, bu mülkiyyət forması tam tədqiq olunmamışdır və ona görə də bu
günümüz üçün çox aktualdır. Mülkiyyət münasibətlərinin təhlili metodologiyası
bələdiyyə mülkiyyətinin mövcudluq formasım onun təşkili formasından ayırmağı
tələb edir. Bu cür bölünmə bələdiyyə mülkiyyətinin məzmununda bir çox məsələləri
aydmlaşdınr. Konkret desək, bələdiyyə mülkiyyətinin mövcudluq forması bu
təşkilatm ərazi xüsusiyyətləri ilə müəyyən olunur. O, bələdiyyə mülkiyyətinin
obyekt və subyektləri arasmda olan qarşılıqlı münasibətlərin real məzmunu kimi
təzahür edir. Bələdiyyə mülkiyyətinin təşkili forması isə bələdiyyə ərazisində
yaşayan əhalinin aynca səciyyəvi xüsusiyyətlərindən asılıdır. Buraya əhalinin gəlir
səviyyəsi, əhali xərclərinin strukturu, milli xüsusiyyətlər və s. daxildir.
Bələdiyyə mülkiyyəti dedikdə, ilk növbədə, bələdiyyə təşki- latmın sahibolma,
istifadəetmə və sərəncamvermə kimi hüquqlan üzərində reallaşdıra bildiyi hər hansı
əmlak nəzərdə tutulur;
Dostları ilə paylaş: