95
Mövzu 9. Bələdiyyələrin fəaliyyətinə fəaliyyətinə nəzarət sisteminin
təkmilləşdirilməsi. Bələdiyyələrin məsuliyyəti
9.1. Bələdiyyələrin fəaliyyətinə ictimai nəzarət.
9.2. Bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətin formaları və onların
təkmilləşdirilməsi.
9.3. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və onun
təkmilləşdirilməsi
9.4. İnzibati nəzarətin həyata keçirilməsinin əsasları
9.1. Bələdiyyələrin fəaliyyətinə ictimai nəzarət.
Azərbaycan Respublikasinda demokratik dövlət quruculuğu prosesinin tərkib
hissəəsi kimi yaradılmış bələdiyyələr 15 ildən artıqdır ki, fəaliyyət göstərirlər. Kecən
dövr ərzində ayr-ayrı bələdiyyələr yerli özünüidarəetmənin səmərəli təşkilinə nal
olsalar da bunu ölkədə fəaliyyət göstərən butun bələdiyyələrə şamil etmək mumkun
deyildir.
Aparilan araşdirmalar belə bir qənaətə gəlməyə əsas verir ki,bələdiyyələr
fəaliyyətləriinin təşkilində “ müstəqillik”prinsipini daha
cox qabardaraq ,bu zaman
hüquqi dövlət quruculugunda daha önəmli olan “qanunculuq”və “aşkarlıq” kimi əsas
prinsiplərə tam əməl etməyə səy göstərmirlər. Nəticədə qanunvericiliklə onlara
verilmiş hüquqlardan istifadə edərək fəaliyyətlərini qanunlara uyğun şəkildə,
müstəqil qurmaq əvəzinə daha cox “müstəqillik” göstərərək inzibati və ya cinayət
məsuliyyəti yaradan fəaliyyət nümayiş etdirirlər. Bu cür neqativ hallarin vaxtinda
,baş verməmişdən öncə garşısını almaq üçün bələdiyyələrin fəaliyyətinə
mükkəmməl nəzarət sisteminin yaradılması vacibdir .Məhz bu səbəbdən
bələdiyyələrin müstəqilliyinin təminatı ilə yanaşı , onlarin məsuliyyətinin daha da
96
artırılması məqsədilə 18 mart 2009-cu il tarixində Azərbaycan Respublikasının
Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı keçirilən Referendumda
bələdiyyələrin müstəqilliyinin təminatını müəyyənləşdirən, Konstitusiyanın 146-cı
maddəsinə aşağıda göstərilən bəndlər əlavə edilmişdir:
1. Bədiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə
bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna
etmir. Bələdiyyə üzvlərinin seçilməsi,səlahiyyətlərinin dayandırılması və ya
səlahiyyətlərinə xitam verilməsi,bələdiyyələrin vaxtından əvvəl buraxılması halları
və qaydası qanunla müəyyən edilir.
2. Bələdiyylərin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan
dövlətinin suverenliyinə xələl gətirə bilməz.
3. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.
4.Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri
barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər.
5. Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət orqanlarının
qərarları nəticəsində yaranan əlavə xərclərin ödənilməsinə təminat verilir.
Beləliklə, Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətlərinin
müstəqilliyinin təminatı ilə bərabər onların məsuliyyətlərinin də konstitusion
əsasları müəyyənləşdirildi.
Bələdiyyə idarəçiliyi təcrübəsi daha çox olan və mükəmməl yerli
özünüidarəetməyə malik, inkişaf etmiş demokratik dövlətlərdə bələdiyyələrin
fəaliyyətinə nəzarət paralel olaraq iki formada həyata kecirilir:
1. İctimai nəzarət;
2. Dövlət nəzarəti.
Bələdiyyələrin
fəaliyyətinə
ictimai
nəzarət
dedikdə
ictimaiyyətin
nümayəndələrinin- vətəndaşların,seçicilərin,ayrı-ayrı sosial qrupların, KİV və QHT
nümayəndələrinin bələdiyyələrin fəaliyyətində biləvasitə iştirak etmək,fəaliyyətləri
97
barədə lazımi informasiya toplamaq ,hesabatlar tələb etmək,təklif və tövsiyyələr
vermək və s. kimi başa düşülür.
İctimai nəzarətin əsas məqsədi bələdiyyələrin fəaliyyətinin yerli əhalinin
mənafeyi naminə səmərəli təşkil edilməsindən ibarətdir. Eyni zamanda yerli
özünüidarənin həyata keçirilməsində vətəndaşların iştirak etmək kimi konstitusion
hüquqlarının reallaşdırılması üçün müvafiq şəraitin yaradılmasını nəzərdə tutur.
Yuxarıda qeyd edilən hüquqi əsasları “Bələdiyyələrin statusu haqqında”
Azərbaycan Respublikasının Qanununda aşağıdakı formada təsbit olunmuşdur:
Maddə 1. Yerli özünüidarə anlayışı
A
zərbaycan Respublikasında özünüidarə vətəndaşların fəaliyyətinin
təşkilinin elə bir sistemidir ki,bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli
məsələləri müstəgil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli
əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü
maddəsinin II hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək
imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər,
birbaşa seçki hüququ əsasında sərbəst ,şəxsi və gizli səsvermə yolu ilə seçilmiə
bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya
vətandaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə
yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşiyan , daimi fəaliyyət
göstərən icra strukturları yarada bilərlər.
Dostları ilə paylaş: