Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235


 3. Bank əməliyyatlarının təsnifatı



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə36/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   114
bank emeliyyatlari

  
2. 3. Bank əməliyyatlarının təsnifatı 
 
Bütün bank əməliyyatları aşağıdakılara bölünür: 

  Likvid və qeyri-likvid əməliyyatlar; 

  Valyuta əməliyyatları; 

  Müntəzəm  (bank  tərəfindən  dövri  olaraq,  daim  həyata 
keçirilən  əməliyyatlar)  və  qeyri-müntəzəm  (bank  üçün 
təsadüfi, epizodik xarakter daşıyan əməliyyatlar); 

  Balans və qeyri-balans əməliyyatları.  
Sonuncu  əməliyyat  kateqoriyasından  daha  ətraflı  bəhs 
etmək lazımdır. Belə ki, aparıcı dünya bankları tərəfindən həyata 
keçirilən  qeyri-balans  əməliyyatlarının  həcmi  hal-hazırda  surətlə 
artmaqdadır.  
«Qeyri-balans»  əməliyyatları  bir  qayda  olaraq  rəsmi 
şəkildə  dərc  edilən  bank  balanslarında  əks  olunmayan  və  ya 
«kontur  hesablar»  (qeyri-balans  hesabları)  bölməsində  verilən 
geniş  əməliyyatlardır.  Qeyri-balans  əməliyyatları  banklar 
tərəfindən  həm  vəsaitlərin  cəlb  edilməsi  məqsədilə  (passiv 
əməliyyatlar),  həm  də  onların  yerləşdirilməsi  məqsədilə  (aktiv 
əməliyyatlar)  həyata  keçirilə  bilər.  Bundan  başqa,  əgər  banklar 
qeyri-balans  əməliyyatlarını  müştərinin  tapşırığına  əsasən 
müəyyən  haqq  (komissiya)  müqabilində  həyata  keçirirsə,  onlar 
aktiv-passiv əməliyyatlara və ya bank xidmətlərinə aid edilir.  
Qeyri-balans  əməliyyatlarının  əsas  xüsusiyyəti  ondan 
ibarətdir  ki,  onların  əksər  hissəsi  əvvəlcədən  razılaşdırılmış 
müəyyən şərtlərin baş verməsi zamanı bankın aktiv (bəzi hallarda 
passiv)  əməliyyatlar  həyata  keçirmək  öhdəliyindən  ibarətdir. 
Beləliklə, qeyri-balans  əməliyyatlarının əksər hissəsinin xüsusiyyəti 
onların  şərti  xarakter  daşımasından  ibarətdir,  bu  səbəbdən,  onlar 
adətən şərti öhdəliklər adlandırılır.  


 
 
 
 
56 
Qeyri-balans  əməliyyatları  dünya  bank  fəaliyyətində  yeni 
bir  təzahür  deyildir.  Kredit  idarələri  əvvəllər  də  onların  ayrı-ayrı 
növlərini  məsələn,  trast  əməliyyatları,  forvard,  valyuta 
əməliyyatları ilə aparılan əməliyyatları həyata keçirmişdir. Lakin 
yaxın  zamanlaradək  qeyri-balans  fəaliyyətinin  həcmi  nisbətən 
böyümüşdür. Bu vəziyyət 80-ci illərin əvvəllərində kəskin şəkildə 
dəyişmişdir.  Qeyri-balans  əməliyyatları  bank  fəaliyyətinin  aparıcı 
istiqamətinə  çevrilmişdir.  Onlardan  daxil  olan  gəlirin  bank 
gəlirinin  formalaşmasında  mühüm  yeri  vardır.  Qeyri-balans 
fəaliyyəti  Amerika 
banklarında 
daha 
geniş  yayılmışdır. 
Qeyri­balans  əməliyyatlarının  otuzdan  çox  növü  mövcuddur. 
Onlar  banklara  aşağıdakı  mühüm  məsələləri  həll  etməyə  imkan 
verir: 

  Risklərin  (xüsusilə  kredit  və  bazar)  bazar  iştirakçıları 
arasında bölünməsi və onların sığortalanması; 

  Kreditorla əlaqələrin genişləndirilməsi; 

 
Əlavə  gəlir  əldə  olunması  və  aktivlərin  gəlirliliyinin 
artırılması; 

  Bankın  nəzarət  orqanları  tərəfindən  tələb  olunan 
əməliyyatların  artırılması  zamanı  kapital  və  aktivlər 
arasında nisbətin qorunması; 

  Aktivlər və passivlərin idarə edilməsi; 

  Etibarnamə əməliyyatlarının həyata keçirilməsi.  
Müasir  dövrdə  bank  əməliyyatlarının  miqyası  genişlən-
dikcə, onların təsnifatı da dəyişir.  
 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin