D əlidağ volfram təzahürü D
əlidağda volframın varlığını 1960-cı ildə Q. Q. Əliquliyev
Teymuruçandağ mis-molibden filiz yataqlarının kəşfiyyatı zamanı
aşkar etmişdir. O, 1961-ci ildə müəyyən edib ki, Dəlidağ
qranitoid intruzivinin şimal-şərq təmas zolaqlarının demək olar ki,
bütün damarları volfram daşıyıcısıdır. Filiz damarlarının bir
hiss
əsi intruziv massiv kütləsində qranosienit, sienit-diorit və
kvarslı sienitlərlə qarışıq yerləşir.
Tey muruçandağ yatağı Sultanheyd
ər-Qatardaşın antiklinalının şimal-qərb qanadında
yerl
əşir. Mineral tərkibindən asılı olaraq kvars damarları kvars-
molibden v
ə kvars-polimetallara bölünürlər. Kvars-molibden
damarları daha çox inkişaf etmişdir. Q. Q. Əliquliyev, A. M.
Babayev v
ə digər tədqiqatçılar 1962-ci ildə kvars-molibdenit
damarlarını iki qrupa bölüblər: Kvars-pirit-molibdenitli və sulfid-
molibdenit damarlar.
Bu filiz yatağında aşağıdakı filiz mineralları
mü
əyyən edilib: əsas minerallar –molibdenit, pirit, xalkopirit,
ikinci d
ərəcəli minerallara isə sfalerit, qalenit, tutxun filizlər,
kovelin, bornit, azurit, xalkozin, serussit v
ə s. aiddir. Filiz əsas
zolaqlı, brekçiyavari və kollomorf teksturaya malikdir.
Yataq 41 kvars damarı və hidrotermal dəyişilmə zonaları ilə
t
əmsil olunur. Filiz damarlarının qalınlığı 0,1-1,8 m, uzanmaları
şimal-şərq istiqamətindədir. Damarlarda molibdenin miqdarı
0,01-
0,2 %, misin miqdarı 0,001-1%, sinkin miqdarı isə 0,01-
0,74%-dir.