1 – ‘Pərvərin professoru dəvət etməsi’ (əsas); 2 – ‘Pərvərin kim tərəfindənsə
58
dəvət olunması’; 5. Ş e y x N ə s r u l l a h
. ...İman məmləkətini canalıcı naz-
qəmzə gözəllərinin qarətindən mühafizə etmək üçün siğə möhkəm bir tədbirdir
(C. Məmmədquluzadə): naz-qəmzə gözəllərinin qarəti: 1 – ‘gözəllərin kimi isə
qarət etməsi’ (əsas); 2 – ‘kiminsə gözəlləri qarət etməsi’; 6. Qalan kəndlilər
dəvəçinin ölüsünü sürüyüb salırlar otağa (C. Məmmədquluzadə): dəvəçinin
ölüsü: 1 – ‘öldürülmüş dəvəçi’ mənasında (əsas); 2 – ‘dəvəçinin ölən hər hansı
bir yaxını’.
Sintaktik omonimlik hadisəsinin tədqiqində bədii üslub nümunələrinə
müraciət olunması daha zəngin materialın toplanmasına şərait yaradır. Bu isə
bədii ədəbiyyatın, daha doğrusu, bədii üslubun dilimizdə sintaktik omonimlik
hadisəsini izləmək üçün ən əhəmiyyətli mənbə olduğunu bir daha sübut edir.
Çünki dilin digər üslublarından fərqli olaraq, bədii üslub həm ədəbi dil, həm də
canlı danışıq dili faktlarını əhatə edə bilir. Aşağıdakı nümunələrin də mənbəyi
bədii üslub, daha dəqiq desək, müasir Azərbaycan ədəbiyyatıdır: kişinin cəzası,
gələcək nəslin məhkəməsi,
orqanların tapşırığı,
əsgərin müşayiəti,
müəllimənin
danlağı,
kolxozun sifarişi,
həkimlərin müalicəsi,
bankın təsdiqi,
Hüseynin
tərbiyəsi,
redaktorun qəbulu,
katibənin zəngi,
müəlliminin sorğu məclisi,
Beyrəyin cəzası,
Oğuzun casusu,
Dış Oğuzun payı,
Ağanın tərifi,
qız-gəlinlərin
təqlidi,
İmanlının hayıfı,
atamın təhqiri,
Buxara əmirinin hədiyyəsi,
Əlfridin
qiyməti,
qızın rəyi,
müqtədir aktyorun,
dünyagörmüş ağsaqqalın alqışı,
Qacarın
qisası,
ruhumun qayğısı,
bədənimin əsarəti,
dövlətin himayəsi və s. Onu da
qeyd edək ki, bu nümunələrin sayını artırmaq mümkündür.
İsmi birləşmələrin omonimliyi tədqiq olunan zaman həmin söz
birləşmələri təcrid olunmuş şəkildə deyil, cümlə və mətn daxilində nəzərdən
keçirilməlidir. Yalnız bu zaman onlarda omonimlik faktının mövcudluğu və
birləşmə daxilində ifadə olunan mənalardan hansının aparıcı mövqedə olması
haqqında düzgün qənaətə gəlmək olar. Q. Kazımov yazır: «Söz birləşmələrinin
semantik və qrammatik xüsusiyyətlərini cümlədən kənarda da öyrənmək olar,
lakin onların əlamət və xüsusiyyətləri cümlə daxilində daha dəqiq
müəyyənləşir, ona görə də sintaksisin bu ilkin vahidinin cümlə daxilində
öyrənilməsi daha münasib sayılır» [6. S. 42].
Sintaktik omonimlik hadisəsinin mövcudluğu, eləcə də onun ismi söz
birləşmələrində təzahürü mənfi dil hadisəsi kimi arzuolunan hal hesab
olunmasa da, amma kommunikasiya prosesində heç bir ciddi maneə yaratmır.
O. V. Draqoyun çoxmənalılıqla bağlı aşağıda qeyd olunan fikrini eynilə ismi
söz birləşmələrinin omonimliyinə də aid etmək olar: «Çoxmənalılıqla bağlı
problem, bir qayda olaraq, danışan və yazan tərəf üçün aktual deyil – normal
ünsiyyətdə insanlar eyni vaxtda söyləmə bir neçə fikir daxil etmirlər. Şərhin
59
müxtəlif variantları arasındakı seçim yalnız dinləyici və ya oxucu tərəfindən
anlama prosesində həyata keçirilir» [7. S. 44].
Sintaktik omonimliyin ünsiyyət prosesinə mane olan mənfi dil hadisəsi
kimi qiymətləndirilərək tədqiqata cəlb olunmaması doğru olmazdı. O cümlədən
söz birləşmələrinin və onun böyük hissəsini təşkil edən ismi birləşmələrin
omonimliyi də tədqiqatdan kənarda qalmamalıdır. Çünki ismi birləşmələrin
omonimliyinin tədqiqi bu dil vahidlərinin informativ yükünün müəyyənləşdiril-
məsi və kommunikasiya prosesindəki mövqeyinin dəqiqləşdirilməsi baxımın-
dan zəruridir.
Dostları ilə paylaş: