ifadə etdiyi hərəkəti, o hərəkətin baş verdiyi prosesi adlandıran isimlər
65
Bununla yanaşı, türkmən dilində də bu şəkilçinin əşya, vasitə, alət
adı bildirmə xüsusiyyəti mövcuddur: anlatma ‘ifadə’, süyüşme
‘sürüşdürücü’, denleme ‘tənlik’, tizleme ‘təcil’, qoranma ‘mühafizə’,
artma ‘artım’, bölme, ölçeme ‘ölçü’.
Oğuz qrupu türk dillərindən biri olan qaqauz dilində də -ma
2
şəkilçisi həm isim, həm də sifət düzəldici xüsusiyyətə malikdir. Bu qrupa
daxil olan digər dillərlə eyni məna çalarları ifadə edən
-ma
2
şəkilçisi fel
köklərindən hərəkət, proses və əşya adı bildirən yeni sözlər yaradır:
kazma ‘bel’, dolama ‘dolama’, kıvırma yemək adı, qözleme yemək
adı, yarma, dokuma, asma, örmə, kapma. «Yeni yaranan sözlər əksərən
omonim xarakterlidir ki, bu da -ma, -mə / -me şəkilçinin sifət yaratma
xüsusiyyəti ilə bağlıdır» [6. S. 96].
Türk dilində həm də məsdər şəkilçisi funksiyası olan -ış
4
şəkilçisi mücərrəd mənalı isimlər yaratma xüsusiyyətinə malikdir:
kapanış,
açılış,
buluş,
veriş,
alış,
çıkış,
anlayış. Bütün fellərə artırılan
bilən bu şəkilçinin yaratdığı isimlər heç bir vaxt atributivlik daşımır, yəni
sifət və ya təyin ola bilmir. Fellərdən isim yaradan işlək şəkilçilərdən
olan -ış
4
türk dilində müxtəlif məna çalarları yaratma xüsusiyyətinə
malikdir. Türkoloqlar türk dillərinin əksəriyyətində işlənən bu şəkilçinin
işin və ya icra üsulunu ifadə etdiyi qənaətindədirlər. R. Rüstəmov isə bu
məna çalarlarını aşağıdakı kimi qruplaşdırmışdır:
1 hal-vəziyyət bildirən isimlər: yarış, bakış, koşuş və s.;
2 tərz bildirən isimlər:
okuyuş,
söyleyiş və s. [4. S. 24].
Türk dilində eyni zamanda nevi məsdərin şəkilçisi olan -ış
4
şəkilçisi əşya adı deyil, hərəkət adı ifadə edir. Ancaq bəzən qəlibləşərək
əşya adı da ifadə edir: atış, gülüş, buluş, bakış və s.
Müasir dildə feldən isim yaradan ən işlək şəkilçilərdən biri olan
Dostları ilə paylaş: