N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə72/94
tarix31.12.2021
ölçüsü0,92 Mb.
#112473
1   ...   68   69   70   71   72   73   74   75   ...   94
Turkologiya-2011-2

 

 

Açar  sözlər:  affiks,  sözyaratma,  türk  dilləri,  isim  yaratma

morfoloji yol 

 

 

Olduqca  zəngin  derivatoloji  imkanlara  malik  olan  türk  dillərində 

morfoloji  üsul  söz  yaradıcılığında  aparıcı  rol  oynayır.  Dilin  müxtəlif 

laylarında  demək  olar  ki,  hər  zaman  əsas  sözyaratma  üsulu  kimi  çox 

zəngin  və  rəngarəng  imkanlara  malik  olan  morfoloji    üsul  daim 

inkişafında və dəyişməkdə olan dil ünsürlərinin, habelə ayrı-ayrı sözlərin 

konkret  məna  və  məzmun  kəsb  etməsində    yaxından  iştirak  edir.  Bu 

baxımdan  dildə  işlənən  sözdüzəldici  şəkilçilərin  zənginliyi  də 

sözyaratma  prosesinin  mütəmadi  inkişafını  təmin  edən  ən  əsas  amildir. 

Oğuz qrupuna daxil olan Azərbaycan, türk, türkmən və qaqauz dilləri də 

tarixən    morfoloji  üsulla  söz  yaratma  dilin  inkişafı  və  formalaşmasında 

başlıca  vasitə  olaraq  qalmışdır.  Xüsusilə  təkcə  isim  yaradıcılığında 

onlarla  şəkilçinin  işləkliyi  bu  dillərdə  morfoloji  qanunauyğunluqlar 

əsasında yeni sözlərin yaranmasına necə böyük təsir göstərməsinin bariz 

nümunəsidir.  İsim  yaradıcılığında  işlək  olan  bu  şəkilçilərin  bir  qismi 

fellərdən yeni söz əmələ gətirmə xüsusiyyətinə malikdir.  

Müxtəlif    mənalı  və  funksiyalı  sözlərin  yaranmasında  iştirak edən 

feldən isim düzəldən şəkilçilərdən biri olan -ma-me tarixən də işləkliyi 

və  çoxfunksiyalılığı  baxımından  əhəmiyyətli  mövqeyə  malikdir.                     

A. N. Kononov, N. K. Dmitriyev və digər türkoloqlar bu şəkilçinin -maq 

ТЦРК ОЛОЭИЙА   



 

63 


məsdər  şəkilçisi  ilə  bağlı  olduğunu  qeyd  edirlər.  «Bizcə,  bir  tərəfdən, 

həmin  şəkilçinin  ancaq  fel  köklərinə  bitişməsi,  digər  tərəfdən  –  yenə 

həmin  şəkilçinin  tam  forması  olan  -maq,  -mək  şəkilçisinin  isim  əmələ 

gətirməsi,  ismə  yaxınlaşması  -ma,  -mənin  -maq,  -məklə  bir  mənşədən 

olduğunu  təsdiq  etməyə  əsas  verir»  [1.  S.  104].    S.  Cəfərov    da  bu 

şəkilçinin  -maq



2

  məsdər  şəkilçisindən  törənib  dilimizdə  atributiv  və 

substantiv  isimlər  əmələ  gətirdiyini  qeyd  edir  [2.  S.  181].    M.  Erginin 

fikrincə,  bütün  fel  köklərinə  artırıla  bilən  -ma,  -me  şəkilçilərinin  əsas 

funksiyası iş isimləri yaratmaqdır [3. S. 186]: okumagelmeyazma və s. 

R. Rüstəmov  isə  bu  şəkilçinin  hal-vəziyyət, əşya,  keyfiyyət, münasibət 

bildirdiyini,  bununla  yanaşı,  konkret  isimlər  düzəltdiyini  qeyd  edir                

[4. S. 23]. Türk dilində xəfif məsdərin şəkilçisi olan bu şəkilçi qoşulduğu 

fellərə  isim  xüsusiyyəti  qazandırır.  Ən  çox  terminyaratmada  istifadə 

olunan bu şəkilçinin digər bir xüsusiyyəti isə qəlibləşən, əşya adı bildirən 

sözlər  düzəltməkdir.  Hərəkət  və  proses  adı  bildirən  birinci  qrup 

isimlərdən fərqli olaraq dondurmakavurmadolma kimi sözlər felə aid 

xüsusiyyətini  tamamilə  itirərək  qəlibləşmiş  ismə  çevrilmişdir.  Hind-

Avropa dillərindəki -tion-ung şəkilçilərinin qarşılığı kimi -ma



2 

şəkilçisi 

həm də mücərrəd anlayışları ifadə etmə xüsusiyyətinə malikdir.  

 

 



Türk  dilinin  ərəb-fars  mənşəli  hərəkət  adlarından,  fail  və 

məfullardan  təmizlənməsində  (süküt    düşme,  murur    geçme,  kıraat   




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin