66
Dil inqilabının bir parçası olan türkcə terminyaratma prosesində
də bu şəkilçi tez-tez müraciət olunan vasitələrdəndir. -ma
2
şəkilçisi qədər
olmasa da -ış
4
şəkilçisi terminologiyada hərəkət və prosesləri ifadə edən
adların-terminlərin yaranmasında aktivdir. Osmanlıcada mövcud olan
telekki, zihniyat, tevekkun, maruzat kimi sözlər -ış
4
vasitəsilə yaranan
kavrayış,
anlayış,
oluş,
sunuş kimi türk mənşəli isimlərlə əvəz
olunmuşdu.
Azərbaycan dilində də bu şəkilçi fellərə qoşularaq müxtəlif
semantikalı isimlər yaratmağa xidmət edir. Omonim şəkilçi olan
-ış
4
qarşılıq növün əlaməti olmaqla yanaşı hərəkət və proseslə bağlı olan,
mücərrədlik ifadə edən sözlər yaradır. -ış
4
şəkilçisinin Azərbaycan
dilində qoşulduğu sözlərdə yaratdığı məna çalarlarını aşağıdakı kimi
qruplaşdırmaq olar: a) hərəkətin adını bildirən isimlər (yürüş, yeriş,
vuruş,
döyüş); b) proses və hərəkətin nəticəsini bildirən isimlər (
yığış,
uduş,
yüksəliş,
dönüş); c) hal-vəziyyət ifadə edən isimlər (
titrəyiş,
gəliş,
duruş); d) konkret isim bildirən adlar (
arayış,
göstəriş,
çıxarış,
düzəliş).
Termin yaradıcılığında işlək olan bu şəkilçi «ən çox milli mənşəli
sözlərə artırılaraq müxtəlif modelli terminlər yaradır. Bu xüsusiyyət isə
həmin şəkilçinin mənşəyi ilə, yəni, fellə əlaqədar olması ilə bağlıdır»
[5. S. 59].
Qaqauz dilində də mövcud olan bu şəkilçi adətən felin qarşılıq-
birgəlik növü ilə üst-üstə düşməklə yanaşı aşağıdakı funksiyaları da
həyata keçirir:
1 hərəkət adı bildirən isimlərin yaranması da müşahidə olunur:
açılış ‘açılış’, ‘açma’,
dolaş ‘dolanma’, ‘ötmə’,
alış ‘alma’, ‘satınalma’,
atış ‘tullama’, ‘atma’, ‘atış’,
aalayış,
çaarış /
çıırış,
aldanış
‘özünüaldatma’, ‘özünə vurğunluq’, örüüş ‘yeriş’;
2 proses adını bildirən isimlər yaranmasında iştirak edir: bozuş
‘mübahisə’, diiş ‘mübadilə’, ‘növbə’, konuş ‘qonaqlıq’, oturuş ‘toplantı’,
ayırış ‘boşanma’,
düüş ‘döyüş’,
görüş ‘görüş’;
3 müxtəlif mənalı konkret və mücərrəd isimlər əmələ gətirir:
soruş ‘sual’,
baalaşık ‘müttəfiq’,
söleyiş ‘atalar sözü’,
danış ‘məsləhət’,
çıxış ‘nəticə’.
Fellərin sonuna artırılan
-ıcı
4
şəkilçisi isə çoxluq, artıqlıq,
davamiyyət, atributivlik ifadə edən isimlərlə yanaşı, alət, dəzgah adı
67
bildirən sözlərin düzəldilməsində istifadə olunur:
kalıcı,
ivdirici,
iletici,
inceltici,
oyalayıcı,
görücü,
okuyucu,
düşündürücü,
artırıcı,
bağlayıcı,
ayırtıcı və s.
Bu şəkilçi əski türkçədə -gçı
2
/ -guçı
2
şəklində olmuşdu. -g, -gu,
-gü +
-çı,
-çi birləşməsindən yaranan şəkilçi
g-nin düşməsi ilə
-uşı,
-üçi
formasını almışdır. Sonradan ç-nin c ilə əvəzlənməsi və dodaqlanan sait-
lərin ahəngə uyğun olaraq öz yerini qapalı saitlərə verməsi nəticəsində
-ıcı, -ici şəkli meydana çıxmışdır. -ıcı
4
şəkilçisinin yaratdığı isimlər həm
ümumişlək, həm də terminoloji məna daşıyır, məs.: tüketici, denetici,
yönetici, üretici, eğitici, dinleyici, alıcı, verici kimi sözlər müxtəlif termi-
noloji sistemlərin tərkib hissəsidir.
Ümumiyyətlə, bu yolla yaranan sözlər əsasən hər hansı bir hərəkəti
yerinə yetirəni və bu işi daima, mütəmadi olaraq həyata keçirən şəxsi ifa-
də peşə adlarını bildirir: satıcı, dikici, bakıcı, örücü, alıcı, eğitici, deneti-
Dostları ilə paylaş: