Microsoft Word Iqtisadiyyat makro imtahan doc


 Milli iqtisadiyyat anlayı



Yüklə 330,34 Kb.
Pdf görüntüsü
səhifə6/51
tarix31.12.2021
ölçüsü330,34 Kb.
#112541
1   2   3   4   5   6   7   8   9   ...   51
makro cavab01az

  6. Milli iqtisadiyyat anlayışının məzmunu 

Milli  iqtisаdiyyаt  dеdikdə  ölkənin  ərаzisində    оlаn  iqtisаdi  еhtiyаtlаrdаn  əhаlinin 

mənаfеyinə  uyğun  istifаdə  еdilməsi  ilə  bаğlı  münаsibətlər  bаşа  düşülür.  Milli  iqtisаdiyyаt 

müəyyən cоğrаfi məkаnа, tаriхi ənənələrinə, milli mənəvi dəyərlərə əsаslаnаn istehsalın tarixən 

formalaşmış  sahə,  ərazi  və  texnoloji  quruluşuna  malik  olan,  xarici  ölkələrlə  iqtsiadi  əlaqələr 

quran bir iqtisаdiyyаtdır. О millətin mənаfеyi bахımındаn mаkrоiqtisаdiyyаtın inikаsıdır. Аlmаn 

iqtisаdçısı  F.List  ilk  dəfə  оlаrаq  milli  iqtisаdiyyаt  аnlаyışının  mаhiyyətini  izаh  еdərək 

göstərmişdir ki, аyrı-аyrı  ölkələrin iqtisаdiyyаtı öz qаnunlаrınа uyğun inkişаf еdir. Buna görə də 

hər  bir  ölkə  üçün  milli  iqtisadiyyat  xarakterikdir.  Bu  iqtisadiyyatın  vəzifəsi  isə  millətin 

məhsuldar qüvvələrinin inkişafı üçün əlverişli şəraitin yaradılmasıdır. F. Listin bu konsepsiyası 

sonralar  digər  alman  iqtisadçıları  V.  Oykenin  nəzəriyyəsi  və  L.  Erxardın  islahatları  sayəsində 

alman iqtisadiyyatının proqram sənədinə çevrildi və az müddət ərzində Almaniya iqtisadi inkişaf 

səviyyəsinə  görə  dünyanın  qabaqcıl  ölkələrinə  çevrildi.  Bu  günkü  dövrdə  sosial  yönümlü 

iqtisadiyyatın  formalaşmasının  əsasını  məhz  alman  modeli  təşkil  edir.  Hər  bi  milli 

iqtisadiyyatların  özünəməxsus  inkişaf  meylləri  və  məqsədləri  olmasına  baxmayaraq  əsas 

məqsədləri  iqtsiadi  artımı,  yüksək  məşğulluq  səviyyəsinin,  yüksək  iqtisadi  səmərəliliyin 

gəlirlərin stabil səviyyəsinin, tədiyyə balansının tarazlığının təmin edilməsi və cəmiyyətdə sosial 

ə

dalətə nail olunmasıdır. 



 


Yüklə 330,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin