8. Milli iqtisadiyyat və milli iqtisadi sistem
Eyni iqtisadi sistemdə müxtəlif nəticələri ilə fərqlənən milli iqtisadi sistemlər faliyyət
göstərir. Bunların fəaliyyəti iqtisadi sistemin səmərəliliyini əks etdirir. Milli iqtisadi sistemin
formalaşmasında onun iqtisadi potensialının istifadəsi və bölgüsü çox əhəmiyyətlidir. İqtisadi
potensial milli iqtisadiyyatın istehsal imkanlarını əks etdirir və bura milli sərvət, təbii sərvətlər,
insan resursları, investisiya, elm və innovasiya potensialları, əsas kapital, maliyyə və qeyri-
maliyyə aktivləri, xarici iqtisadi potensial, idarəetmənin təşkili aiddir. İqtisadi potensial milli
iqtisadiyyatın səmərəli inkiaşfının təminatçısı və sürətli iqtisadi artımın amilidir. Ölkədə mövcud
olan bütün resurslar nominal iqtisadi potensial, təkrar istehsal dövriyyəsinə müəyyən vaxt
ə
rzində cəlb edilənlər isə real iqtisadi potensialdir. İqtisadi potensialdan səmərəli istifadə təbii,
ə
mək, kapital, intellektual və texnoloji resurslardan məqsədyönlü və mənəvi dəyərlər
çərçivəsində fəaliyyət göstərilməsidir.Deməli milli iqtisadiyyat həmçinin ölkə ərazisindəki
iqtisadi potensialdan cəmiyyət üzvlərinin mənafelərinin reallaşması prosesi kimi təzahür edir.
Dostları ilə paylaş: |