Ix. Az ərbaycanın qədim və orta əsrlər şəhər və əhalisi tarixi mənbələrdə



Yüklə 174,06 Kb.
Pdf görüntüsü
tarix31.12.2021
ölçüsü174,06 Kb.
#112926
muhazire (2)



IX. Az

ərbaycanın qədim və orta əsrlər şəhər və əhalisi tarixi mənbələrdə 

 

Şərqin qapısında yerləşən, qədim və zəngin tarixə malik olan Azərbaycan 



haqqında bir çox mənbələrdə məlumatlar vardır. Bu mənbələrdə ulu əcdadlarımızın 

Az

ərbaycanın inkişafı, tərəqqisi, abadlaşması üçün yorulmadan sərf etdikləri zəhmət, o 



cüml

ədən vətənimizin istiqlaliyyəti uğrunda apardıqları mübarizə öz əksini geniş surətdə 

tapmışdır. 

 

Tarixi m



ənbələrdə Azərbaycanın ən qədim zamanlardan çox sıx məskunlaşmış 

bir m


əmləkət olması, zəngin şəhər mədəniyyətinə malik ölkə kimi seçilməsi haqqında 

m

əlumatlar verilir. 



 

Misal üçün, Aşşurbanipalın «B» silindrindəki yazısında e.ə 669-631-ci illərdə 

Assuriyada hökmdar olmuş Aşşurbanipalın Mannaya hərbi təcavüzündən bəhs edilir. 

 

Sözüged



ən mənbədə Aşşurbanipal Mannada törətdiyi qarətlərdən, dağıntılardan 

ağızdolusu danışarkən, viran qoyduğu ölkənin çoxlu şəhərlərə, yaşayış məntəqələrinə 

malik olduğunu da bildirir: “...Mən Mannalılar ölkəsinə soxuldum, ... Ayusiaş qalasını, 

Paşa, Busutu, Aşdiaş, Urkmiyamun, Uppiş, Sihua, Naziniri məntəqələrini - səkkiz 

möhk

əmləndirilmiş şəhəri saysız-hesabsız yaşayış məntəqələri ilə birlikdə ələ keçirdim, 



İzirtunun özünə kimi gedib çıxdım” (Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989. s.12). 

 

M



ənbədən gətirilən iqtibasda Mannanın saysız-hesabsız yaşayış məntəqələrinə, 

çoxlu möhk

əmləndirilmiş şəhərlərə malik olması buranın ən qədim dövrlərdən sıx 

m

əskunlaşmış əhaliyə malik bir ölkə olmasını təsdiqləyir. 



 

M

ənbədə Mannanın iri şəhərləri ətrafında yaşayış məntəqələrinin xatırlanması 



is

ə bir növ müasir dövrdə iri meqapolislərin kiçik (lakin dövrünə görə böyük) modelini 

xatırladır: “... Mən onun (yəni Mannanın) möhkəmləndirilmiş şəhərləri İzirtu, Urmeyate 

v

ə Uzbianı mühasirə etdim, bu şəhərlərdə yaşayan adamları mən dövrəyə aldım və 



onların ürəyini qopartdım, bu vilayəti mən fəth etdim, yaşayış məntəqələrini dağıtdım, 

uçurdum, yandırdım” (Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989. s.12). 

 

Mannanın adı çəkilən yaşayış məntəqələrində əhalinin sıx məskunlaşmasını 



Aşşurbanipalın: “Bu yeri 15 gün içində boşaltdım, xaraba qoydum” – deyə, söyləməsi də 

sübut edir.  Y

əni təcavüzkarın böyük bir ordu ilə sözügedən şəhər və yaşayış 

m

əntəqələrinin əhalisini yaşadıqları yerlərdən didərgin salması üçün iki həftədən artıq 



bir vaxtın lazım olması daha Mannanın çoxsaylı əhaliyə malik ölkə olduğunu aydın 

şəkildə göstərir. Elə Aşşurbanipal: “... Bu hücumda mən onun Erişteyana şəhərini 

xaraba qoydum, onun bütün ölk

əsini kiçiltdim” – deyəndə, yəqin ki, qətliamlar və talanlar 

n

əticəsində ölkə əhalisinin sayca azalmasını nəzərdə tuturdu. 



 

E.

ə 786-760-cı illərdə Urartu hökmdarı olmuş Ι Argişti də Mannaya hərbi yürüşü 



zamanı ölkə əhalisini məruz qoyduğu müsibət və fəlakətlərdən ağızdolusu danışır: “... 

Ölk


əni mən dağıtdım, şəhərləri mən yandırdım, 3270 adamın hamısını mən öldürdüm, 

başqalarını diri apardım” (Меликишвили Г.А «Урартские клинообразные надписи» 

М.1960 s.247-246). 



 

V

ə yaxud Ι Argiştinin oğlu ΙΙ Sarduri (e.ə 760-730) Mannanın Puladi vilayətinə 



qar

ətçi yürüşlərindən bəhs edərkən: “Mən 21 qala fəth etdim, 45 və yaxud 44 şəhəri bir 

gün 

ərzində zəbt etdim”- deyə öyünür.   



        Sözüged

ən dövrdə Manna dövlətinin tez-tez Urartu və Assuriya dövlətlərinin 

dagıdıcı yürüşlərinə məruz qaldıgını nəzərə alsaq, o zaman  Mannadakı insan tələfatını 

t

əsəvvür etmək elə də  çətin olmaz. Məhz bu səbəbdən də Manna hökmdarları Assuriya 



yönümlü siyas

ət yeridərək, ölkədə mərkəzi hakimiyyətin gücləndirilməsində maraqlı 

idil

ər.Belə bir siyasi xəttin yeridilməsi ilk növbədə ölkənin iqtisadi potensialının bərpası 



v

ə insan  resurslarının qorunub saxlanılması üçün olduqca vacib idi. 

        Dem

əli, artıq ən qədim dövrlərdən üzü bəri istər, daxili istərsə də  xarici siyasət 

m

əsələlərində ölkənin demoqrafik maraqları aparıcı istiqamətlərdən biri kimi çıxış 



etmişdir.  

       Antik dövr

ə dair mənbələrdə də Azərbaycanın şəhərləri və əhalisi haqqında son 

d

ərəcə dolğun məlumatlar vardır. Bu məlumatların böyük əksəriyyəti istər Albaniya, 



ist

ərsə də Atropatenadan bəhs edərkən əhalinin cəsurluğundan və zəhmətsevərliyindən 

b

əhs edirlər. 



 

M

əsələn, Misirli Dionisi Perieqet “Yeri məskunlaşdıran əhali” əsərində yazır: 



“Nəhəng Xəzərin ümumi görünüşü yumrulanmış çevrə kimidir. ...Mən onun ətrafında 

Şimal-şərqdən üzü bəri yaşayan tayfaların hamısından danışacağam. Birincisi, Xəzər 

d

ənizi ətrafında skiflərdir, sonra unnlar, ardınca isə kaspilər, onların ardınca isə dağlıq 



ölk

ədə yaşayan cəsur, döyüşkən albanlar və kadusilər gəlirlər” (К.Алиев. «Античные 

источники по истории Азербайджана» Баку 1987 s.93). 

 

Qay Yuliy Solin “Nailiyyətlər məcmusu” əsərində ölkəmizdən bəhs edərkən: “Bura 



əhali baxımından çox sıx məskunlaşmış bir yerdir” – deyə yazır (К.Алиев.adi çək.kit. 

s.93). 


 

Portlu İppolit “Törəməyə dair kitab” əsərində maq, kaspi və albanları öz dilləri 

olan xalqlar adlandıraraq: “Albanlar Kaspi qapıları tərəfdə yaşayırlar, yaxud Kaspi 

qapılarının ağzında yaşayırlar” – deyə yazır. 

 

Strabon özünün “Coğrafiya” əsərində Atropatenadan bəhs edərkən yazırdı: 



“Orada adamlar gözəlliyi və hündür boyu ilə seçilirlər, eyni zamanda onlar 

ür

əyiaçıqdırlar, xırdaçı deyildirlər” (К.Алиев. adi çək.kit.  s.17-35). 



 

Strabon Midiyalılardan danışarkən, xüsusilə də dağlıq Midiyada hökmdarlar 

arasında çoxarvadlılığın yayılmasından ayrıca olaraq bəhs etmişdir. 

 

Strabon yazırdı ki, dağlıq Midiyada bu adət hamıya aid edilir və onlara beş 



arvaddan az arvad almağa icazə verilmirdi. Elə beşdən az kişisi olan qadınlar da bunu 

özl


əri üçün bədbəxtlik hesab edirdilər. 

 

Antik mü



əlliflərdən Polibi də əhali ilə bağlı Strabonun fikrini davam edərək 

Midiyanı  Asiyada həm ərazisinin böyüklüyünə, həm də əhalisinin çoxluğuna görə ən 

qüdr

ətli dövlət hesab etmişdir (К.Алиев. adi çək.kit. səh.16). 




 

Klavdi Ptolomey antik dövr Qafqaz Albaniyasından bəhs edərkən burada 29 

şəhər və yaşayış məntəqələrinin mövcudluğundan söhbət açmış, onların coğrafi 

koordinatlarını göstərmişdir. 

 

Qeyd etm


ək lazımdır ki, mənbələr bir sıra Azərbaycan şəhərlərinin, xüsusilə 

B

ərdə, Şamaxı, Şabran, Dərbənd, Beyləqan, Qəbələ və s. Sasani hökmdarlarının, 



xüsus

ən də Ənuşirəvanın dövründə tikilməsindən xəbər versələr də, əslində həmin 

şəhərlərin böyük əksəriyyətinin hələ antik dövrlərdə mövcud olan şəhərlərin yerində 

yenid


ən tikilərək bərpa olunması haqqında da çoxlu elmi faktlar məlumdur. 

 

Misal üçün, C



ənubi Qafqazda Gəncə-Qarabağ mədəniyyəti adı ilə məşhur olan 

z

əngin arxeoloji mədəniyyətin mərkəzi rayonlarından olan Gəncəçay vadisi, o cümlədən 



G

əncə şəhərinin ərazisində aşkar olunan arxeoloji abidələr (Kurqan  qəbirlər və s.). Son 

Tunc v

ə İlk Dəmir dövrünə (e.ə XΙΙΙ-XΙΙ əsrlərə) aid bu mədəniyyətin bünövrəsi əsasında 



burada oturaq h

əyatın sonrakı, daha güclü və ardıcıl inkişafı üçün möhkəm zəmin 

yaranmışdır. Arxeoloqlar dəqiq müəyyən etmişlər ki, Gəncəçay vadisində qədim və orta 

əsrlərdə mövcud olmuş ən möhtəşəm yaşayış məskəni köhnə Gəncə şəhərinin yeri 

o

lmuşdur (Q.Əhmədov, S.Onullahi «Gəncənin qədim və orta əsrlər tarixi» , Gəncə adlı 



elmi m

əqalələr toplusu. B., 1994 s.3-33). 

 

Yaxud, Naxçıvan şəhərinin Azərbaycanda orta tunc dövründə meydana gəlməsi 



hamıya yaxşı məlumdur. Və yaxud orta əsrlərdə Azərbaycanın sosial-iqtisadi və siyasi 

baxımdan ən qüdrətli şəhərlərindən olan Təbrizin adı ΙΙ Sarqonun kitabəsində Tarui-

Tarmakisi kimi ç

əkilir. 


 

ΙΙ Sarqon hakimiyyətinin yeddinci ilində (e.ə. 717) Manna ölkəsinə daxil olur. O, 

Uşkayanı aldıqdan sonra Bari mahalında yerləşən Tarui-Tarmakisi qalasına gəlir və 

artıq həmin dövrdə buranı varlı və möhkəm yaşayış yeri, qalası kimi təsvir edir: 

“Beləliklə, e.ə VΙΙΙ əsrdə Təbriz abad bir şəhər olduğu halda, ΙΙ Sarqonun oraya yürüşü 

n

əticəsində tamamilə dağılmış, sonralar yenidən bərpa olunaraq eramızın ΙΙΙ-ΙV 



əsrlərində böyük şəhərə çevrilmişdir (Onullahi S.M. XΙΙΙ-XVΙΙ əsrlərdə Təbriz şəhərinin 

tarixi. B., 1982. s.37). 

 

Adları çəkilən Azərbaycan şəhərləri sonrakı dövr tarixi  qaynaqlarında da sosial-



iqtisadi baxımdan inkişaf etmiş, sıx məskunlaşmış yaşayış məskənləri kimi xatırlanır. 

 

VΙΙ əsrdən başlayaraq: “Ərəb istilası ilə əlaqədar tarixi Azərbaycan ərazisində 



aparılan hərbi əməliyyatlar şəhər və kəndlərə böyük ziyan vurdu. Yaxın Şərqdəki bir çox 

şəhərləri nisbətən asanlıqla, «iqtisadiyyata ciddi zərər yetirmədən» tutan ərəblər 

Az

ərbaycan şəhərlərinin əksəriyyətində kəskin müqavimətlə rastlaşdılar. Şəhər 



t

əsərrüfatına dəyən böyük zərər nəticəsində bir sıra şəhərlər tənəzzül etdi” (N.Vəlixanlı 

Ərəb xilafəti və Azərbaycan B., 1993 s.79). 

 

Ərəb mənbələrində, xüsusən də ΙX-X əsr ərəb müəllifləri –İbn Xordadbeh, Əl 



İstəxri, əl-Müqəddəsi və b. əsərlərində Azərbaycanın çoxlu sayda şəhər və kəndlərinin, 

yaşayış məntəqələrinin adları çəkilir. 




 

Ərəb tarixçiləri bir çox Azərbaycan şəhərlərinin, əsasən Sasani hökmdarları Ι 

Qubad (446-531) v

ə onun oğlu Xosrov Ənuşirəvanın (531-578) göstərişi ilə salındığını 

bildirirl

ər. Halbuki, irəlidə Gəncə, Təbriz, Naxçıvanla bağlı misallarda Azərbaycan 

şəhərlərinin hələ e.ə Ι minilliyin ilk əsrlərindən, yaxud daha qədim dövrlərdən mövcud 

olması haqqında məlumat verilmişdi. 

 

T

əqribən ΙX əsrdən başlayaraq, nəinki Azərbaycanın, hətta bütün Qafqazın ən 



böyük şəhəri, mənbələrin «Arranın anası» adlandırdığı Bərdə idi. 

 

Müq



əddəsi Bərdə şəhəri haqqında xüsusi bəhs edərək yazır ki: «Bərdə böyük, 

kvadrat şəklində düzənlikdə yerləşmiş bir şəhərdir».  

“Bu şəhər həmin vilayətin Bağdadıdır. Bərdə çox gözəl şəhərdir, lakin onun ətrafı artıq 

dağılmışdır, şəhərin əhalisinin miqdarı azalmışdır” (M.Şərifli ΙX əsrin ΙΙ yarısı XΙ əsrlərdə 

Az

ərbaycan feodal dövlətləri. B., 1978 s. 299). 



Ərəb tarixçilərinin verdiyi məlumatlardan Bərdənin Yaxın Şərq şəhərləri içərisində 

yüks


ək mövqe tutduğu bəlli olur.  

İstəxri Bərdə şəhərindən bəhs edərək: “Bərdə çox böyük şəhərdir, onun eni və uzunu bir 

f

ərsəxdir” – deyə yazır. Nəzərə alsaq ki, bir fərsəx atın bir saatda getdiyi yolun 



uzunluğuna bərabərdir, onda Bərdə şəhərinin eni və uzununun 7-8 km olması bəlli olar” 

(Qeyd, at bir saatda t

əxminən 12 min addım atır və yaxud 12 min addımlıq yol gedir. Bu 

da orta hesabla 6-8 km-

ə bərabərdir). Müəllif sözünə davam edərək yazır: “Xəzinə 

Suriyada olduğu kimi, Bərdədə də Cümə məscidindədir. Xəzinə xüsusi örtük və dəmir 

qapı ilə bağlanır, o, 9 sütun üzərində durur. Hakimin sarayı Cümə məscidi ilə bir 

sıradadır” (M.Şərifli ΙX əsrin ΙΙ yarısı XΙ əsrlərdə Azərbaycan feodal dövlətləri. B., 1978. 

s.298). 

M

əhz bu xüsusiyyətlərinə görə ibn Havqəl: “Bərdə şəhəri Arranın anası və bu ölkələrin 



ən gözəl hissəsidir... Şəhər iqlimin sağlamlığı, əkinlərinin məhsuldarlığı, meyvələrinin, 

ağacların və çayların bolluğu sayəsində gözəl vəziyyətdədir” (M.Şərifli ΙX əsrin ΙΙ yarısı 

XΙ əsrlərdə Azərbaycan feodal dövlətləri. B., 1978. s.298). 

T

əbii ki, Bərdə şəhərinin yuxarıda sadalanan xüsusiyyətləri – sağlam iqlimi, bol ərzaq və 



maliyy

ə resursları, statusu burada əhalinin məskunlaşmasına, təbii artımına əlverişli 

şərait yaradırdı. “Təqribi hesablamalara görə ΙX-X əsrlərdə burada yüz minədək əhali 

yaşayırdı.” (N.Vəlixanlı Ərəb xilafəti və Azərbaycan B., 1993.s.85) 

S

əlcuq sultanlarından Alp Arslanın və onun oglu Məlikşahın vəziri olmuş, bir neçə ölkəni 



özünd

ə birləşdirən əzəmətli Səlcuq dövlətinin otuz il ərzində, demək olar ki, bütün 

ixtiyaratını öz əlinə keçirmiş yüksək idarəetmə məharəti ilə böyük şöhrət tapmış Xacə 

Nizamülmülk H

əsən ibn Əliyə görə,dövləti idarə edən Şah əhalinin dinc asayişini, rahat 

yaşayışını, məskunlaşmasını təmin etmək üçün ən zəruri tədbirləri həyata 

keçirm

əlidir.Başqa sözlə desək, Nizamülmülkə görə Şah-dünyanın abadlıgı ilə məşgul 



olmalı, kəhrizlər çəkdirməli, arxlar qazdırmalı, böyük çaylar üzərində körpülər 

saldırmalı,kəndləri abad etməli, qalalar ucaltmalı,yeni şəhərlər saldırmalı, yüksək 




binalar, göz

əl malikanələr tikdirməli, böyük cadələrdə (karvan yollarında) karvansaralar 

yaradılmasına əmr etməlidir.(Nizamülmülk Siyasətnamə. B., Elm. 1989 s. 33) 

Nizamülmülk m

əmurların xalqla mədəni rəftarına da yüksək diqqət yetirmişdir:’’Iqtası 

olan iqtadarlar bilm

əlidirlər ki, onların rəiyyət üzərindəki haqqları yalnız ondan ibarətdir 

ki, onlara h

əvalə edilmiş vergiləri rəiyyətdən xoşluqla alsınlar.Aldılarmı, onların canları, 

malları, arvad-uşaqları əmin-amanlıqda olmalıdır. Ev-eşiklərinə dəyilməməlidir.İqtadarlar 

onların yolu üzərində maneə olmamalıdırlar.’’(Nizamülmülk  adı.çək.kit.s.49.) 

Bundan basqa  Nizamülmülk 

əhalinin məskunlaşdıgı yerləri tərk etməməsi üçün, 

m

əmurlara tövsiyə edərərək yazırdı ki, rəiyyətdən biri yoxsullasıb, öküzə, toxuma 



ehtiyacı olsa, ona əl tutub borc vermək, yükünü yüngülləşdirmək lazımdır ki, yerində 

qalsin, evini t

ərk edib, qürbət vilayətlərə getməsin. Rəiyyətdən nə isə artıq alınsa, onu 

d

ərhal geri qaytarmaq və rəiyyətə verdirmək lazımdır. (Nizamülmülk  adı.çək.kit.s.87.)                       



Monqol hücumu 

ərəfəsində və bilavasitə hücumlar dövründə (1213 və 1220-ci illərdə) 

Az

ərbaycanda olmuş Yaqut əl Həməvi «Mucam əl-Buldən» adlı əsərində özündən 



əvvəlki müəlliflərin Bərdə haqqındakı məlumatını versə də, bu məlumatı köhnəlmiş 

hesab ed


ərək yazırdı: “Mən deyirəm ki, Bərdənin bu təsviri qədim dövrə aiddir. İndi isə o 

deyil


ənlərdən bir şey qalmayıb... İndi Bərdədə kəndlərdəki kimi adam azdır” (Йакут Ал-

Хамави. Муджам Ал-Булдан Б., 1983 s.20). 

Az

ərbaycan şəhərləri xalqımızın başına gələn bir çox müsibət və fəlakətlərin şahidləri 



olmuş, bəzən yağı düşmənin amansız təcavüzü nəticəsində tamamilə boşalmış, 

xarabazara çevrilmişlər. Lakin ən ağır sınaqlardan üzü ağ çıxmış, yenidən 

m

əskunlaşmışlar. İbn əl-Əsir «Əl-kamil fi-t-tarix» əsərində monqolların Azərbaycana 



birinci yürüşü zamanı Beyləqanda törətdikləri müsibətlərdən bəhs edərək yazır: 

“Tatarlar 1221-ci ilin Ramazan ayının 6-da şəhəri zorla aldılar. Qılıncı sıyırıb kiçik, 

böyük v

ə arvad buraxmadılar. Hamısını qırdılar. Hətta hamilə arvadların qarınlarını 

yarıb, çağalarını çıxartdılar və öldürdülər. Özləri də arvadları zorlayıb sonra öldürdülər. 

Onlar b


əzən bir evin qapısından girir, orada olan adamları bir-bir öldürür və arxayın 

olurdular”. (Ибн-Ал-Асир. Тарих-Ал-Камил. Б., 1940. s.140). 

M

ənbədə monqolların Beyləqan şəhərinin nümunəsində Azərbaycanda az qala total 



q

ətliamlar törətdiyi aydın şəkildə görünür. Lakin diqqəti cəlb edən məqam Azərbaycan 

şəhərlərinin hətta belə böyük insan itkilərindən sonra demoqrafik kompensasiyanı çox 

da böyük olmayan zaman k

əsiyində bərpa edə bilməsidir. Yenə də Beyləqan şəhərinin 

timsalında demoqrafik kompensasiyanın necə baş verməsinə nəzər saldıqda bu fakta 

heyr

ətlənməyə bilmirsən. 



İbn əl-Əsir sözügedən əsərində yazır: “... Yuxarıda söylədiyimiz kimi, bu şəhəri (yəni 

Beyl


əqanı) tatarlar dağıtmış və qarət etmişdilər. Tatarlar buradan çıxıb Qıpçaq 

vilay


ətinə getdilər. Sağ qalan beyləqanlılar qayıdıb gəlmiş və bacardıqları qədər tikililəri 

yenid


ən bərpa etməyə müvəffəq olmuşdular”.  (Ибн-Ал-Асир. Тарих-Ал-Камил. Б., 

1940. s. 148). 

Bu heyr

ətamiz faktı Yaqut əl-Həməvi də sözügedən əsərində xüsusi olaraq qeyd 

etmişdir: “Hicri 617-ci ildə (1220) tatarlar şəhərdə qarşılarına çıxan hər kəsi qətlə 



yetirdil

ər, talan etdilər, sonra da yanğın törədib şəhəri oda qaladılar. Lakin onlar şəhəri 

t

ərk edəndən dərhal sonra onun (Beyləqanın kursiv bizimdir.) sakinləri geri qayıtdılar. 



Bir q

ədər sonra digər qaçqınlar da qayıdanlara qoşularaq geri döndülər. Ona görə də 

şəhər yenidən əhali ilə məskunlaşmışdır” (Йакут Ал-Хамави. Муджам Ал-Булдан. Б., 

1983 s.21). 

Orta 

əsr mənbələri Azərbaycan şəhərlərinin maliyyə baxımından da kifayət qədər 



t

əminatlı olmasını qeyd edirlər. Bir sıra şəhərlərimizdə yeraltı təbii sərvətlərimizin 

bolluğu həmin şəhərlərin sosial-iqtisadi və demoqrafik durumuna təbii ki, çox ciddi təsir 

göst


ərirdi: “... Sonra dağlardan keçib Azərbaycana qayıtdım və Muğana çatdım. Mən 

böyük T


əbəristan dənizinin sahili ilə Şirvan vilayətlərindən olan Bakuya adlı yerə gəlib 

çatanacan 80 f

ərsəx ağacların altı ilə getdim. Burada neft mənbəyi aşkar etdim. Onun 

günd


əlik icarə haqqı (qəbələsi) 1000 dirhəmdir. Bunun yanında başqa bir mənbə də 

vardı, ağ neft zanbaq yağı kimi axırdı” (N.Vəlixanlı Ərəb xilafəti və Azərbaycan B., 1993 

s.108). M

əhz Bakının neft və duz kimi təbii sərvətləri, Xəzər dənizində son dərəcə 

əlverişli buxtada yerləşməsi bu şəhərin sonrakı siyasi taleyində heç də az rol 

oynamamışdı. Misal üçün 1723-cü ildə rus generalı Matyuşkin Bakını ələ keçirməzdən 

əvvəl, ΙΙ Təhmasib Astara və Ərdəbil hakimlərinə Bakıya azuqə, qurğuşun, barıt 

gönd


ərmək barədə göstəriş vermişdi. ΙΙ Təhmasib strateji və ticarət mövqeyindən əlavə, 

neft v


ə duz hesabına böyük gəlir mənbəyinə malik Bakını heç cür əlindən vermək 

ist


əmirdi: “Bunu xatırlatmaq kifayətdir ki, qala rusların əlinə keçdikdən sonra onlar hər il 

dig


ər vergilərdən əlavə, yalnız Bakının nefti və duzu hesabına hər il 50 min manata 

yaxın gəlir əldə edirdilər” (Musəvi T.M. Bakı tarixinə dair orta əsr sənədləri. B., 1967. 

s.36). 

Q

ədim və orta əsr mənbələrində Azərbaycan şəhərlərinin yaranma və inkişaf tarixinə 



dair m

əlumatları diqqətlə öyrənib təhlil etdikdə həmin şəhərlərin əmələ gəlməsində rol 

oynayan çoxsaylı amillərdən, yaxud səbəblərdən birinin daha mühüm əhəmiyyət kəsb 

etm


əsi qənaətinə gəlirsən: “Keçmişdə belə amillər bazarlar (Bərdə), strateji 

möhk


əmlənmiş qalalar (Qəbələ, Dərbənd, Şamaxı), müqəddəs sayılan ibadətgahlar 

(Ərdəbil) və s. olmuşdur” (V.Muradov.Orta əsr Azərbaycan şəhərləri. B., 1983 s.91). 

əsr ərəb tarixçi və coğrafiyaçılarının verdikləri məlumatlara görə Ərdəbil Azərbaycanın 



ən böyük şəhəri olmuşdur... Şəhərin uzunluğu üçdə iki fərsəx, eni də elə bir o qədər 

olmuşdur. 

Feodal Az

ərbaycanının ən böyük ibadətgahı Şeyx Səfinin Ərdəbildəki dini kompleksi idi. 

M

əhz bu amil Ərdəbili gələcəkdə yaradılan Səfəvi dövlətinin ideoloji mərkəzinə 



çevir

əcəkdi. 


Şəhərin içərisindən axan çay onun plan kompozisiyasında iştirak etmiş, mikroiqliminə 

yaxşı təsir göstərmiş, yaşıllığa bürünmüş abad küçələri ilə birlikdə tikintinin estetik 

d

əyərini artırmışdır (V.Muradov.Orta əsr Azərbaycan şəhərləri. B., 1983 s.94). 



Görünür, m

əhz bu və ya digər amillər Ərdəbili sıx məskunlaşmış yaşayış 

m

əskənlərindən birinə çevirmiş, şəhər ağır tarixi sınaqlar zamanı dağıdılsa da, əhalisi 



onu müv

əqqəti tərk etsə də yenidən məskunlaşdırmışdır. 




Ərdəbilin monqolların hücumundan sonrakı vəziyyətindən danışarkən Yaqut əl-Həməvi: 

“Mən şəhəri tərk edəndən sonra tatarlar ora hücum etdilər... Şəhəri ələ keçirən tatarlar  

müs

əlmanlara həmlə edərək heç kəsi sağ buraxmadılar. Yalnız qaçıb gizlənənlər 



canlarını qurtara bildilər. Tatarlar şəhəri tərk edib viran qoyandan sonra, ora uzun 

müdd


ət bir nəfər insanın belə yaşamadığı xarabazara çevrildi. Ancaq indi ora yenidən 

əvvəlki simasına qayıdıb, hətta daha yaxşı olub” (Йакут Ал-Хамави. Муджам Ал-

Булдан. Б., 1983 s.12). 

Avropa şəhərlərindən fərqli olaraq Azərbaycanın feodal şəhərlərində yeni müdafiə xətti 

tikil

ərkən köhnəsi dağıdılmadığına görə bir neçə müdafiə xətti əmələ gəlirdi: “Hələ XVΙΙ 



əsrin ikinci yarısında Bakı şəhərinin aralarında 15 addım məsafə olan iki: daxili və xarici 

divarları var idi. ... Şəhərin böyüməsi ilə əlaqədar olaraq xarici divarlar 1883-cü ildə 

sökülmüşdür” (V.Muradov.Orta əsr Azərbaycan şəhərləri. B., 1983 s.28). 

Qeyd etm


ək lazımdır ki, etibarlı müdafiə divarları ilə əhatə olunmuş, kifayət qədər 

etibarlı sədlərlə möhkəmləndirilmiş şəhərlər insanlarda təhlükəsizliklərinə inam hissi 

yaratdığına görə həmişə sıx məskunlaşmışlar. Hətta divarların çəkilişinin şəhərin 

sah


əsini müəyyən qədər azaltması da əhalinin sıx məskunlaşmasının qarşısını ala 

bilmirdi. Siyasi sabitliyin tez-

tez pozulduğu orta əsrlərdə hamı təhlükəsiz məkanda, 

yaxud 


qala divarlarının daxilində yaşamaq istəyirdi. 

Az

ərbaycan xalqı həmişə doğulub boya-başa çatdığı elinə-obasına, kəndinə, şəhərinə 



sıx şəkildə bağlı olub. Elə məhz bu səbəbdəndir ki, orta əsr şəhərlərimiz hətta müdafiə 

s

əddinə malik olmadıqda belə, düşmən belə şəhərləri yerlə-yeksan etdikdə belə, bu 



şəhərlərimiz yenidən qısa zaman kəsiyində məskunlaşıb. 

Az

ərbaycanın orta əsrlərdə mövcud olmuş demək olar ki, bir çox, yaxud bütün şəhərləri 



q

ədim yaşayış yerlərinin yerində meydana gəlmişdir. Misal üçün, Azərbaycanın ən 

q

ədim və böyük mədəniyyət mərkəzlərindən biri olan Şamaxı şəhərinin yerində e.ə ΙV-ΙΙΙ 



əsrlərdə yaşayış yeri olmuşdur. Sasani hökmdarı burada mövcud olan qədim yaşayış 

yerini b


ərpa etdiyinə görə şəhərin salınması da onun adı ilə əlaqələndirilir. 

Ümumiyy


ətlə istər ərəb, istərsə də fars mənbələrində Azərbaycan şəhərlərinin 

salınmasında Sasani hökmdarlarının adları daha çox hallanır. Misal üçün, Əl-Bəlazuri Ι 

Qubadın 360 şəhər saldığını xüsusi olaraq qeyd etmişdir. 

XΙΙΙ əsrin anonim müəllifi «Əcaib əd-dünya» əsərində Azərbaycan şəhərlərini abad, hər 

cür h

əyat vasitələrilə gen-bol təchiz edilmiş, bu səbəbdən də yaxşı məskunlaşmış 



yaşayış məskənləri kimi təsvir edir. Belə ki, anonim müəllif  Dərbəndi geniş şəhər kimi 

t

əsvir edir. Şabrandan bəhs edərkən: “... Hər cür neməti boldur” , Şəmkirdən bəhs 



ed

ərkən: “Burada əncir, nar, yemiş, kahı boldur” – deyə, söyləyir. 

Anonim mü

əllif  Naxçıvandan bəhs edərkən isə bu şəhərin əhali ilə sıx məskunlaşmış 

bir yaşayış yeri olmasını xüsusi olaraq vurğulayır: “Naxçıvan – bu, yaxşı 

möhk


əmləndirilmiş, yüksəkdə yerləşən, böyük və əhalisi sıx olan Azərbaycan  

şəhəridir”. 




əllif fikrinə davam edərək, Naxçıvanı dövrünün ən qabaqcıl şəhərlərindən biri kimi 

t

əsvir edir: “Burada çoxlu saraylar, köşklər, eyvanlar vardır. Şəhərin kənarında daşdan 



tikilmiş qala, qalanın içərisində isə mədrəsə və məscid inşa edilmişdir. Qalada suyu çox 

göz


əl olan çeşmə də vardır... Şəhərin ətrafında yaxşı axar su, bağlar və çoxlu yaşıllıqlar 

vardır”. Təbii ki, müəllifin şəhər haqqında söylədikləri burada əhalinin sıx 

m

əskunlaşması üçün bütün amillərin olmasını aydın şəkildə göstərir. Məhz ona görə də 



əllif şəhərin məskunlaşması ilə bağlı fikrini belə tamamlayır: “Deyirlər ki, yer üzündə 

bu şəhər kimi əhalisi olan, belə sıx məskunlaşmış şəhər yoxdur” (Ализаде А. 

Социально-экономическая и политическая история Азербайджана в XΙΙΙ-XΙVвв. Б., 

1956. s.52).  

«Əcaib-əd-dünya»nın müəllifi Gəncə və Təbriz şəhərlərini də yaşayış üçün son dərəcə 

əlverişli yaşayış məskənləri kimi təqdim edir: “Gəncə məskunlaşmış və çiçəklənən 

şəhərdir. ... Onun insanları bacarıqlı və iti zəkalıdırlar”,  yaxud: “Təbriz Azərbaycanda 

böyük şəhərdir. Eldəgizin şanlı hakimiyyəti illərində paytaxt elan edilən bu şəhərdə 

dünyanın hər bir yerindən əcnəbilər gələrək məskunlaşmışlar.” – deyə, söyləyən müəllif 

sözüged

ən şəhərlərin sıx məskunlaşmış şəhərlər olduğunu nəzərə çatdırmışdır 

(Ализаде А. Социально-экономическая и политическая история Азербайджана в 

XΙΙΙ-XΙVвв. Б., 1956. səh.49-50). 

Sonrakı dövrlərdə də istər Gəncədə və Təbrizdə, istərsə də digər şəhərlərdə əhalinin 

t

əbii artımının inkişaf dinamikası həqiqətən də tarixən Azərbaycanın təkcə yüksək 



şəhərsalma və şəhər mədəniyyətinə deyil, eləcə də bütövlükdə əhali məskunlaşması 

üçün lazım olan bütün təbii imkanlara, zəngin ehtiyatlara, böyük potensiala malik 

olduğunu bir daha konkret tarixi faktlarla sübuta yetirir. Məsələn, 1648-ci ildə Təbrizdə 

olmuş fransız səyyahı Aleksandr do Rud yazırdı: “İranda səyahətdə olduğum zaman 

m

ən Təbriz kimi möhtəşəm, əhalisi zəngin olan şəhər görmədim”. 



1673-cü ild

ə Təbrizdə olmuş Fransız səyyahı Şardən yazırdı: “Bu, yerinə, böyüklüyünə, 

z

ənginliyinə, ticarətinə, əhalisinin sayına görə Səfəvilərin ikinci şəhəridir” (J.Şardən. 



S

əyahətnamə. B., 1994.s 72). 

Şardənin Təbrizin əhalisi haqqında dediyi fikirlər də böyük maraq doğurur: “Təbrizin 

əhalisinin nə qədər olduğunu öyrənmək üçün çox səy göstərmişəm. Bununla belə, onu 

d

əqiq öyrəndiyimə əmin deyiləm. Lakin belə fikirləşirəm ki, onun əhalisinin 550 min 



n

əfərə qədər olduğunu qətiyyətlə demək olar. Şəhərin nəcib adamlarının çoxu məni 

inandırmaq istədilər ki, onun əhalisi on bir min yüzdən (bir milyon yüz mindən) də 

çoxdur” (J.Şardən. Səyahətnamə. B., 1994 s.75). 

S.Onullahi Şardənin Təbriz əhalisinin sayı ilə bağlı verdiyi məlumata inanmadığını, bu 

m

əlumatın şişirdilmiş olduğunu bildirərək yazmışdır: “Şardənin Təbriz əhalisinin miqdarı 



bar

ədə göstərdiyi rəqəm bir qədər şişirdilmişdir. Lakin şübhə yoxdur ki, XVΙΙ əsrin 

ortalarında Təbrizdə 300-400 min əhali olmuşdur.” (S.Onullahi.XΙΙΙ-XVΙΙ əsrlərdə Təbriz 

şəhərinin tarixi.s.161) 

Qeyd etm

ək yerinə düşərdi ki, son dərəcə mühüm geostrateji məkanda yerləşən 

Az

ərbaycan  tarix boyu ən mühüm, ziddiyyətli və mürəkkəb hadisələrə şahidlik edib, çox 




vaxtsa bilavasit

ə bu hadisələrin fəal iştirakçısı olub. Azərbaycanın çətin günlərini 

şəhərləri də onunla birgə yaşamış, bu taleyi onunla birgə bölüşmüşlər. 

Bel


ə ki, yadelli işğalçılar şəhərlərimizi viran qoyaraq, onu büsbütün boşaltmış, bəzən isə 

əhalini sadəcə şəhərdən sıxışdırıb çıxararaq, özləri həmin yerlərdə məskun olmuşlar. 

M

əsələn, Həmdullah Qəzvini monqolların Azərbaycana yürüşü zamanı otuz beş kəndi 



dağıdaraq, viran qoymalarından, əhalisini büsbütün qıraraq, həmin kəndlərdə 

m

əskunlaşdıqlarından, yaxud monqolların daha yüz yaşayış məntəqəsindən əhalini 



s

ıxışdıraraq, həmin ərazilərdə məskun olmalarından təfərrüatı ilə məlumat verir 

(Ализаде А. Социально-экономическая и политическая история Азербайджана в 

XΙΙΙ-XΙVвв. Б., 1956. s.172). 

Dem

əli, tarixi inkişafın ayrı-ayrı dövrlərində bir çox ictimai-siyasi, sosial-iqtisadi amillərin 



t

əsiri ilə Azərbaycan şəhərlərinin əhalisinin sayı da artıb-azalmışdır. Məsələn, XVΙΙ əsrin 

birinci yarısında yeni Gəncə şəhərinin uzunluğu bir fərsəng (6-7 km), eni isə 0,5 fərsəng 

(3,35 km) idi. Bu hesabla yeni G

əncənin şəhərinin sahəsi köhnə Gəncə şəhərinin sahəsi 

il

ə təqribən eyni olmuşdur. Lakin sahəsinə görə köhnə Gəncəyə nisbətən yeni Gəncədə 



əhalinin sayı səkkiz dəfə az olmuşdur. Belə ki, XVΙ əsrin 80-ci illərində Gəncədə 50 min 

ail


ə (250 min nəfər) məskun olduğu halda, XVΙΙ əsrin 40-cı illərində 6 min ev (30 min 

n

əfər) əhali məskunlaşmışdır (Q.Əhmədov, S.Onullahi. Gəncə XVΙΙ əsrdə B.1994 s.32). 



Buradan bel

ə bir nəticəyə gəlmək olar ki, nəinki qədim və orta əsrlər dövründə, 

ümumiyy

ətlə, bəşər tarixinin istənilən zaman kəsiyində sənət və ticarət mərkəzləri olan 

şəhərlərin sosial-iqtisadi inkişafı ilə demoqrafik inkişafı həmişə düz mütənasib olub. Bu 

inkişaf amilinin əsasında isə müharibələrarası dinc dövrlər və siyasi sabitlik son dərəcə 

müst

əsna rol oynayıb. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Yüklə 174,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin