(C)
31
.
Oynaq sıx olmayan sarğı ilə immobilizə olunmalıdır. 24-48 saat
ərzində ağır yük gəzdirməkdən qaçmaq lazımdır.
Əzələdaxili qansızma
Hematoma – əzələ toxumasına qansızma olub, adətən, statik
yüklənməyə daha çox məruz qalan əzələlərdə lokalizasiya olunur
(məs., budun dördbaşlı əzələsi, baldırın üçbaşlı əzələsi, qalça-bel
əzələsi). Bəzən hematomalar çox geniş miqyaslı olub, xəstədə
anemiyanın yaranmasına gətirib çıxara bilər. Böyük hematomalar
həmçinin, ətraf toxumaların kompressiyası ilə də müşayiət olunur.
Sinirlərə və ya əzələlərə təzyiq göstərən hematoma hissiyyat
pozuntusu, əzələlərin atrofiyası və kontrakturaların yaranmasına
səbəb ola bilər.
Geniş miqyaslı hematomalarla müşayiət olunan atrofik və kistoz
dəyişikliklər uzun borulu sümüklərdə patoloji sınıqların yaranmasına
gətirib çıxara bilər. Qalça əzələsi nahiyəsinə qansızma budun bükücü
kontrakturasının yaranması ilə nəticələnir. Çənəaltı, boyun, əsnək və
udlaq nahiyəsinin yumşaq toxumalarına geniş miqyaslı qansızmalar,
yuxarı tənəffüs yollarının stenozu və asfiksiya təhlükəsi yaradır.
Adekvat intensiv müalicə sayəsində xəstələrin əksəriyyətində
hematoma tamamilə sorulur. Bəzi hallarda hematomalar “hemofilik
psevdoşişlərə” çevrilə bilər. Bu hallarda cərrahi müalicə aparılır.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
32
Xəstə travma aldıqdan və ya ilk diskomfort əlamətlərindən sonra
faktorun səviyyəsini mümkün olduğu qədər tez qaldırmaq lazımdır.
Sinir-damar dəstəsinin zədələnməsi varsa, simptomlara uyğun olaraq
faktorun müvafiq səviyyədə qalmasını 5-7 gün və ya daha çox təmin
eləmək lazımdır (C)
7
(Cədvəl 5).
Müalicə məqsədi ilə öncə xəstəyə faktor konsentratın yeridilməsi,
sonra isə onun vəziyyəti qiymətləndirilməlidir.
Travmadan dərhal sonra və ilk simptomlar müşahidə olduqda
faktor səviyyəsini 40%-ə qədər yüksəldilməlidir.
Əksər hallarda 24 saatdan sonra təkrari inyeksiya aparılmalıdır.
Dostları ilə paylaş: |