152
isbatı, ruhun əzəməti və öldükdən sonra onun əbədi qalacağı haqqında
bir çox kitab
yazmışdır. «Yaradılışda Allah» kimi bəzi kitablar ona məxsusdur. «Ölüm və
əsrarı» jurnalları da İran və Misir alimləri tərəfindən fars və ərəb dilinə tərcümə
olunmuşdur.
O, bu əsərlərində ölüm mövzusunu geniş şəkildə açıqlayaraq, belə deyir:
«Həqiqətdə ölüm, fəna və yoxluq anlamında deyildir. Ölüm, bir aləmdən, bir başqa
aləmə keçid deməkdir. Sadəcə olaraq, qəlib dəyişir. Maddi ünsürdən çıxıb, daha
lətif bir şəklə düşməkdir. Çünki ruh (həyat mayası) heç bir zaman fəna olmaz və
əbədi qalan bir varlıqdır.
Ruhun bədəndən ayrı, başqa bir şey olduğu mövzusu, illər boyu aparılan uzun
araşdırmaların qəti nəticəsidir. Ruhun mənəvi azadlığı vardır. Bədən çürüdükdən
sonra ruh yenə də eləcə qalır».
Avropalılar Darvin, Bachner kimi maddiçilərlə deyil, Bruksun (Fransız
filosofu), müasir filosof Viqtor Hüqo (Fransız alim və şairi), Nermal (Alman
tədqiqatçısı) və Dekart (Fransız filosofu) kimi tədqiqatçı və filosoflarla – hamısının
nəzərlərini, hətta adlarını saymaq üçün məclisin vaxtı imkan vermədiyindən deyə
bilmirəm – iftixar edirlər.
Birincisi, qərbin təsirində qalmış və onların ideyalarına yönələn gənclər təkcə
Darvinin, Bacherin kitablarını oxumasınlar. Başqa avropalı mütəfəkkir və
filosofların da kitablarına nəzər yetirsinlər.
İkincisi, gənclər hər iki qrupun (ilahiyyatçı və maddiyyatçı) nəzərlərini və
onlara qarşı irəli sürülən nəzərləri də yaxşı oxuduqdan sonra ən gözəl və ən
məntiqlisini seçməlidirlər.
Əgər məsələyə insanfla baxılsa, elmi, əqli və məntiqi yolda ilahiyyatçıların və
maddəçilərin nəzərləri araşdırılarsa, əmin ola bilərsiz ki, yalnız bu nəticə əldə
olunacaq: İnsanın bədəni xilqət aləminin yaradılmış ünsürlərindən olduğu üçün
fani və yox olub gedir. Amma ruh başqa bir aləmə aid olduğu üçün yaşayır və heç
bir zaman ölmür. Səmavi kitablar və Rəhmani təlimlər hökmünə görə, xüsusən
şəhidlər, tövhid və haqq yolunda ölənlər ruhani həyatla bərabər, cismani şəkildə
153
yaşama, eşitmə və görmə imkanına sahibdirlər. Çünki Seyyidüş-üühəda imam
Hüseynin (ə) ziyartnaməsində belə bir cümlə yer almışdır:
«
Mən şəhadət edirəm ki, şübhəsiz sən, sözlərimi eşidir və cavabımı
verirsən».
«Nəhcül-bəlaqə»nin 83-xütbəsini oxumadınızmı? Orada həzrət Əli (ə)
Rəsulallahın (s) pak itrətini (Əhli-beytini (ə)) ümmətə tanıdarkən, belə buyurur:
«
Ey insanlar! Xatəmul-Ənbiyanın (s) bu sözünü unutmayın (yəni Rəsulallah
Dostları ilə paylaş: