Gəlin Kitab oxuyaq !!!
2017
Həsən Həsənov
Layihə
01.10.2017
Gəlin kitab oxuyaq !!!
Problemin qoyuluşu
Kitab xalqların milli dəyərlərini, milli mənəviyyatını gələcək nəsillərə çatdırmaq üçün çox gözəl vasitədir. Kitab insanları, xüsusən gənclərimizi bilikli olmağa, gələcəyi aydın şəkildə görməyə, öz mövqeyini düzgün çatdırmağa kömək edən nadir vasitələrdən biridir.
Müasir dövrdə bəlkə də cəmiyyətimizin qlobal bir problemin Bu günümüzə nəzər yetirsək, görərik ki, böyük toplum kitabdan artıq get–gedə uzaqlaşır. Kitab oxumaq nədir, kitabı əllərinə almaqdan belə çəkinirlərə çevrilən məsələlərdən biri də insanların kitaba, kitab oxumağa marağının az olmasıdır, faktdır ki, ölkəmizdəki gənclərin kitab oxumağa marağı qənaətbəxş səviyyədə deyil.
Gənclərin İT texnologiyalarına artan marağı, internet resurslarından aldıqları informasiyalar kitab nəşrlərinə olan marağın və oxuculuq qabiliyyətinin aşağı düşməsinə səbəb olmuşdur.Odur ki,gənclər özlərinin asudə vaxtlarının səmərəli təşkili üçün kitabxanalardan çox internet resurslarından istifadə edirlər. Bunun nəticəsində də cəmiyyətin əsas intellektual tərkib hissəsi get-gedə azalmışdır.
Layihənin məqsədi
Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmrinə uyğun olaraq bu tədbirlər keçirirməkdir.
Gənclərin dünya görüşlərinin artırılması və araşdırma qabiliyyətinin aşılanması Gənclərdə kitab oxumağın əyləncəli bir oyun olduqun göstərilməsi. Gənc oxucuların məktəb kitabxanalarla əlaqələndirmək.
Şagirdlərə Azərbaycan mədəniyyətini və milli dəyərlərini təbliğ edən nəşrlərin məktəblilərə çatdırılması və şagirdlər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır.”Gəlin kitab oxuyaq” layihəsi gənclərin mədəni və mənəvi səviyyəsinin formalaşmasına müsbət təsir edəcəyini və eyni zamanda, kitab oxumaq və kitaba bağlılıq ənənəsi şagirdlərin bilik səviyyəsinin artmasına da öz təsirini göstərəcək. Kitaba verilən dəyərdən çox olmalıdır, gənclərin mütaliəsinin vacibliyindən kitabın rolu danılmazdır.
Həmçinni layihə uşaqların həyatına müsbət dəyişiklikləri interaktiv üsullarla çatdırmaqdır. Layihə çərçivəsində istedadlı uşaqlar da üzə çıxarılacaq.
Bu layihə eyni zamanda mütaliə mədəniyyətinə, kitaba çağırış deməkdir.
Layihənin vəzifələri
Layihənin əsas vəzifəsi, məktəb şagirdləri arasında kitabların mütaliəsi və kitabxanalardan istifadə vərdişlərinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət planı hazırlamaqdır.
Fəaliyyət planı çərçivəsində məktəb şagirdlərinə qruplar halında aktiv öyrənmə metodlarına əsaslanan kitab mütaliəsi həftələri təşkil ediləcəkdir. Kitab mütaliəsi həftələrinin sonunda şagirdlərə təqdim edilmiş kitabların (əsərin) seçilmiş hissələrindən səhnələşdirmək məqsədi ilə ssenarilər yazılacaq ki, hazırlanmış ssenarilər əsasında səhnəciklər hazırlanacaqdır.Ssenarilərə rollara uyğun olaraq şagirdlərə kostyumlar düzəldiləcək. Məyyən vaxt hazırlaşdıqdan sonra səhnəciklər məktəbdə münsiflər heyətinin də iştirakı ilə tamaşaya qoyulacaq.Seçilmiş ən yaxşı səhnəciklər mükafatlandırılacaq.
- hər il yenilənməklə şagirdlərə mütaliə edilməsi tövsiyə olunan Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin təxmini siyahısının hazırlanması;
dərs ili ərzində bədii əsərlərin oxusunun və müzakirəsinin təşkili;
- məşhur yazıçıların, o cümlədən ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüş yazıçıların, eləcə də tanınmış Azərbaycan ədiblərinin yaradıcılığı və əsərlərinin məzmunu haqqında şagirdlərə məlumatların çatdırılması yolu ilə onların bu əsərləri mütaliə etməyə istiqamətləndirilməsi;
- şagirdlərin müasir Azərbaycan yazıçıları və onların əsərləri haqqında məlumatlandırılması, müvafiq təbliğat işlərinin həyata keçirilməsi;
- şagirdlərin oxuduqları və ya oxuyacaqları əsərlər əsasında hazırlanmış teatr tamaşalarına aparılması və onların müzakirəsinin keçirilməsi;
- oxuduqları əsərlər üzrə məktəblərdə şagirdlərin iştirakı ilə fraqmentlər şəklində səhnələşdirilmiş tamaşa nümunələrinin təşkili;
- şagirdlər tərəfindən oxunan və tamaşa olunan əsərlərin onların iştirakı ilə müzakirəsinin keçirilməsi, bu əsərlər əsasında yuxarı sinif şagirdlərinin təəssürat, rəy və mülahizə xarakterli inşa yazmalarının təşkil edilməsi;
- məktəblərdə “Ən fəal oxucu”, “Bədii əsər haqqında ən yaxşı inşa”, “Bədii əsər barədə ən mükəmməl rəy” müsabiqələrinin, ədəbi-bədii qiraət gecələrinin, hekayə axşamlarının keçirilməsi və qaliblərin rəğbətləndirilməsi;
- məktəblərdə oxuduqları əsərlərin sayına görə siniflər üzrə şagirdlərin reytinqinin müəyyən edilməsi və bu əsasda onların arasında sağlam rəqabət mühitinin yaradılması;
- mütaliə etdikləri kitablar barədə rəy və mülahizələrinin digər həmyaşıdları ilə onlayn mühitdə paylaşmalarına şagirdlərin istiqamətləndirilməsi və bununla əlaqədar onlara lazımi mənəvi və texniki dəstək göstərilməsi;
Layihənin nəticələri
Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafına dəstək olacaq
Region gənclərinin dünya görüşləri artırılacaqdır.
Gənclərin nitqdə olan qüsürları ardan qaldırılacaqdır.
Şəxsi fikrin inkişafına və ifadə edilməsinə mane olan problemlər aradan qaldırılacaq.
Söz ehtiyatı zəngiləşəcək
Düşünmə qabiliyyəti güclənəcək
Kitabxanalardan istifadənin çoxalmasa
Dünyaya baxış bucağımızı dəyişdirəcək
Cəmiyyətdəki əlaqələrimizin keyfiyyətini artırar
Dərs həyatındakı müvəffəqiyyətləri gücləndirər
Layihənin yekunu olaraq kitab klubları təşkil ediləcəkdir. Layihəndən əsas faydalananlar məktəb şagirdləri olacaqdır. Dolayı faydalananlar isə müəllim kollektiv və valideynlərdən ibarətdir.
Layihənin yaş həddi
Layihə 10-16 yaş arası olan məktəbliləri və onların sosial iqtisadi inşafını əhatə edəcəkdir.
Layihənin monitorinqi
Layihənin monitorinqi bir neçə istiqamət üzrə aparılır .İlk öncə məktəblilərin bədii ədabiyyata düşgünlüyü aşkar ediləcək. Bu sahədə gənclərin kitabdan uzaqlaşmalarının səbəbləri araşdırılacaq.İkinci olaraq isə gənclərin bütün bu problemlərin aradan qaldırılması üsulları öyrəniləcək və gərəkli yol düşünülüləcək. Son olaraq isə layihənin müsbət nəticələri sayəsində gənclərdə baş verən müsbət dəyişiklər qeydə alınacaqdır.
Risklər
Layihənin həyata keçirilməsində yeganə risk gözlənilməz hava şəraiti ola bilərki bunun üçündə uyğun zaman və məkan seçiləcəkdir.
Region haqqinda
Gəncə — Əhalisinin sayına görə Azərbaycanın üçüncü, sahəsinə görə Bakıdan sonra ikinci böyük şəhəri. 24 yanvar 1939-cu ildən respublika tabeli şəhərdir.Ərazisi 110 km², əhalisinin sayı 328.4 min nəfərdir. Şəhər əhalisinin orta sıxlığı isə 2985 nəfər/km² təşkil edir.
Şəhər Gəncə çayı, Kür çayının cənubunda kənd təsərrüfatı cəhətdən zəngin bir ərazidə yerləşir. Gəncə uzun müddət Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmuşdur.
Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti kimi ali təhsil məktəbləri, AZVAPA Proqramlaşdırma və Təhsil Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Filialı, Elmi-tədqiqat Pambıqçılıq İnstitutu, Eksperimental Kənd Təsərrüfatı Stansiyası bu şəhərdə yerləşir.
Gəncə dünya şöhrətli şair NİZAMİ GƏNCƏVİNİN, şairə MƏHSƏTİ XANIMIN, MİRZƏ ŞƏFİ VAZEHİN vətənidir. Burada çoxlu tarixi abidələr var: CÜMƏ MƏSCİDİ və onun mədrəsəsi, ŞEYX İBRAHİM türbəsi, QIZIL HACILI, OZAN, BALA BAĞBANLI, ŞƏRƏFXANLI və ŞAHSEVƏN məscidləri, Gəncəçay çayı üzərindən salınmış Böyük Körpü və Kiçik Körpü (XII əsr), karvansara və tikililər kompleksi, göy kaşı gümbəzli İMAMZADƏ, son dərəcədə gözəl qədim Şəhər hamamları vardır (hamamlar indi işləyir)
Gəncənin öz tarix-diyarşünaslıq muzeyi vardır. Muzeyin eksponatları arasında tunc dövrünə aid çox maraqlı tapıntılar var. Gəncədə Dram Teatrı və Uşaq Kukla Teatrı fəaliyyət göstərir.
Layihənin davamlığı
Layihə gənclərin sosial inkişafını əhatə edir.Onların istedadlarının üzə çıxarılması və inkişafı üçün nəzərdə tutulub.Məs bu səbəbdəndə gələcəkdə də davamlı olacağı gözlənilir.
Tədbir üçün lazım olan materialların alınması
Promo materialların hazırlanması
Tədbir keçiriləcək məktəbə baxılması
Azərbaycan dili Ədəbiyyat müəllimlərindən ibarət olan münsıflər heyətinin secilməsi
Müddətin münsiflər heyyəti ilə razılaşdırılması
Media-ya məlumatların ötürülməsi .
Iştirakçıların ümumi siyahısının tərtib edilməsi
Müəyən edilmiş vaxt çərçivəsində kitabin təşkil edilmiş qruplara oxunmasını üçün təqdim etmə
İştirakçıların qruplara bölünməsi:
Qruplara koordinatorların təyini
Səhnəciklər üzrə rolların bölünməsi
Tamaşa əsasında rollara uygun geyimlərin hazırlanması
Seçilmiş ssenarilərin səhnələşdrilməsi, hər həftə sonu əsərlərdən hazırlanacaq ssenarilər üçün müzakirələrin aparılması
Hazırlanmış ən yaxşı 5 səhnəciyin seçilməsi və həvəsləndirici hədiyyələrin verilməsi
Hesabatın verilməsi
istifadə olunmuş mənbələr
http://edu.gov.az/az/page/81/9763
http://gunaz.az/masnet/14475-gelin-birge-oxuyaq-shuari-altinda-oxu-gunu-teshkil-olunub.html
https://cetinbayramoglubaku.wordpress.com/2012/01/26/g%C9%99nc%C9%99-s%C9%99h%C9%99ri-haqqinda-tarixi-m%C9%99lumat/
https://www.google.az/search?biw=1440&bih=745&tbm=isch&sa=1&q=students+role+playing&oq=students+role+paly&gs_l=psy-ab.1.0.0i19k1j0i8i13i30i19k1l3.10514.22241.0.28326.21.20.1.0.0.0.208.2851.0j14j2.16.0.dummy_maps_web_fallback...0...1.1.64.psy-ab..4.16.2681...0j0i67k1j0i8i30i19k1.0.2OBpYPqv8Nw#imgrc=1RCM-jko0WywrM:
https://www.google.az/search?biw=1440&bih=745&tbm=isch&sa=1&q=kitab+oxuyaq&oq=kitab+oxuyaq&gs_l=psy-ab.3...36701.41676.0.42094.12.12.0.0.0.0.220.1783.0j9j1.10.0.dummy_maps_web_fallback...0...1.1.64.psy-ab..2.9.1594...0j0i67k1j0i24k1.0.5SSeaKFrmAk#imgrc=p7qrj_Uipsde0M:
http://medeniyyet.az/page/news/24074/Mekteblilerin-didaktik-kukla-tamasalari-.html
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%8F%D0%BD%D0%B4%D0%B6%D0%B0
http://nizami.cls.az/photogalleryCategory
http://www.anl.az/down/meqale/medeniyyet/medeniyyet_aprel2009/75538.htm
http://www.clb.az/files/mv/Ushag_dun_haziri.pdf
Dostları ilə paylaş: |