«Allahın izni ilə öl!»
Nəcəfli dostlarımdan bir-neçə nəfəri Nəcəfin elmi hövzəsinin
tanınmış ustadlarından birinin dilindən nəql edirlər ki,
deyirdi:
Mən ariflər ustadı Mirzə Əli Qazi Təbatəbai və onun dilindən
nəql edilən mətləblər və onun haqqında tez-tez qulağıma çatan
1
Əbdül-Cavad Qərəviyan, “Cilvehaye rəbbani”, səh. 14-16
102
qəribə əhvalatlar barəsində şəkdə idim. Öz-özümə həmişə
deyirdim görən bütün bu danışılanlar doğrudur, yoxsa yalan?
Tərbiyə etdiyi bu şagirdlər ki, deyirlər belə hal sahibi olurlar,
elə kamala çatırlar − düzdür, yoxsa təxəyyül?
Uzun müddət bu fikirlər zehnimdə dolaşırdı və tərədüddən
qurtara bilmirdim. Kimsənin mənim bu fikrimdən xəbəri yox
idi. Bir gün namaz, ibadət və Kufə məscidinin ziyarət
buyuruqlarını yerinə yetirmək üçün həmin məscidə yollandım.
(Rəhmətlik Qazi Kufə məscidində çox olurdu. İbadət üçün
orada xüsusi hücrəsi də var idi. Kufə və səhlə məscidinə çox
rəğbət göstərirdi və əksər gecələri sübhə qədər həmin yerlərdə
ibadət edirdi.)
Məscidin həyətində dolaşarkən Qazi ilə rastlaşdım.
Salamlaşıb edib bir-birimizlə hal-əhval tutduq və söhbət edə-
edə gəlib məscidin arxa hissəsinə çatdıq.
Məscidin arxa hissəsi çöllü-biyabana baxırdı və get-gəl az
olurdu. Məscidin hündür divarının dibində, qiblə tərəfdə hər
ikimiz yerə oturduq ki, bir az dincəlib alıb yenidən məscidə
gedək.
Aramızda söhbət qızışdı. Rəhmətlik Qazi ilahi ayələrin
sirlərindən mənə əhvalatlar danışırdı. Tövhidin əzəmətli və
cəlallı məqamından, bu yola qədəm qoymaqdan, bu yolun
insan yaradılışının yeganə hədəfi olmasından maraqlı
söhbətlər edir, dediklərinə tutarlı dəlillər gətirirdi.
Mən öz ürəyimdə yenə də tərəddüd edib dedim, mən nə
bilim bu deyilənlər doğrudur, ya yox? Deyilənlərə şübhə
edirəm. Ola bilsin doğru olsun, amma mənim xəbərim
olmasın.
Əgər ömür bu minvalla keçsə vay mənim halıma; əgər
deyilənlər doğru olsa və bizə bir şey çatmasa vay halıma.
Başqa bir tərəfdən, eşitdiklərimin nə dərəcədə doğru
olduğunu bilmədiyim üçün şəkdə qalmışdım ki, dalınca
gedim, yoxsa getməyim.
103
Bu fikirdə idim ki, qarşıdakı təpənin deşiyindən böyük bir
ilan çıxıb divarın paralel istiqamətində bizə doğru sürünməyə
başladı. (Bu yerlərdə çoxlu ilan olur və əksər hallarda camaat
onları görür, amma indiyə qədər kimsəni çaldığını
eşitməmişik.)
İlan bizim qarşımıza çatanda məni ixtiyarsız vahimə
götürdü. Rəhmətlik Qazi ilana işarə edib dedi: “Mot biznillah!”
(Allahın izni ilə öl!) Həmin dəqiqə ilan yerində quruyub qaldı.
Ağa Qazi heç nə olmayıbmış kimi söhbətini davam etdirdi.
Bir az da söhbət edəndən sonra qalxıb məscidə getdik. Ağa
Qazi məscidin ortasında iki rəkət namaz qılandan sonra öz
hücrəsinə getdi və mən də məscidin bir-iki ziyarət əməllərini
yerinə yetirəndən sonra Nəcəfə qayıtmaq qərarına gəldim.
Ziyarət etdiyim anda birdən yadıma düşdü ki, bayaq
məscidin arxasında baş verən əhvalat, Qazinin gördüyü iş
həqiqət idi, yoxsa gözbağlıca idi? Dedim bəlkə kişi məni sehrə
salıb, mənə elə görsəndi? Bu fikirlər məni əldən saldı, daha
necə ziyarət oxuduğumu bilmədim. Dedim yaxşısı budur
gedim görüm ilan həqiqətən ölübdür, yoxsa dirilib qaçıbdır?
Ziyarəti
başa
çatdırıb
tələsik
çölə
çıxdım.
Bayaqkı
oturduğumuz yerə gedib gördüm ilan quru ağac kimi yerə
sərilib. Ayağımla tərpətdim, gördüm hərəkətsizdir.
Ağlım başımdan çıxdı. Məscidə qayıtdım ki, bir-iki rəkət də
namaz qılıb Nəcəfə dönüm, amma bacarmadım. Fikir-xəyal
məni götürdü ki, əgər bu işlər haqdırsa, bəs bizim niyə
xəbərimiz yoxdur? Rəhmətlik Qazi öz hücrəsində ibadətə
məşğul idi. Öz hücrəsindən çıxanda, mən də məsciddən çölə
çıxdım. Məscidin həyətində yenə də bir-birimizlə rastlaşdıq,
məni görüb gülümsündü və dedi:
Ağa can! İmtahan da etdin, daha nə deyirsən?!
1
1
Əllamə Hüseyn Hüseyni Tehrani, “Məad şenasi”, c. 1, səh. 32
|