−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə9/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   5   6   7   8   9   10   11   12   ...   131
alim-keramet

«Bərzəx səfəri» 
Tanınmış alim mərhum Ayətullah Molla Məhəmməd Mehdi 
Nəraqi  (vəfatı  1209)  fiqh,  üsul,  hikmət,  riyaziyyat,  əxlaq  və 
irfan  elmlərində  İslamın  misilsiz  alimlərindən  biri  olmuşdur. 
Nəraqi  Nəcəf  sakini  olub  elə  orada  da,  vəfat  etmişdir.  Onun 
məqbərəsi İmam Əlinin (ə) hərəminin sahəsinə bitişikdir. 
Nəcəfdə  sakin  olduğu  müddətdə  bir  gün  Ramazan  ayında 
onun mənzilində iftara heç nə yox idi. Əyalı ona dedi: 
Evdə yeməyə heç nə yoxdur, get bir şey al gətir. 
Mərhum  Nəraqi  evdən  çölə  çıxdı,  amma  onun  bir  qəpiyi  də 
yox  idi.  O,  qəbir  əhlini  ziyarət  etmək  üçün  birbaşa  “Vadiüs-
səlam”a  tərəf  yollandı.  Qəbirlərin  arasında  bir  qədər 
oturduqdan  sonra  fatihə  oxudu.  Artıq  hava  yavaş-yavaş 
qaralırdı.  Elə  bu  zaman  qəbiristanlığa  bir  cənazə  gətirdilər. 
Qəbir  qazıb,  cənazəni  qəbirin  içinə  qoyduqdan  sonra  ona 
dedilər: 
Biz  tələsirik,  işimiz  var  və  evə  qayıdırıq.  Qalan  işləri  isə  siz 
görün. Onlar bunu deyib getdilər. Mərhum Nəraqi deyir: 
Mən  qəbirin  içinə  girdim.  Kəfəni  açıb  meyyitin  üzünü 
torpağa  qoyduqdan  sonra  üstünü  torpaqla  örtmək  istədikdə, 
birdən,  qəbirin  içində  bir  oyuq  gördüm.  Oradan  keçib  böyük 
 
1
 Mirzə Mahmud Əraqi, “Darus-səlam”, səh. 561 


 
13 
bir  bağa  daxil  oldum.  Bağda  cürbəcür  meyvələri  olan  çoxlu 
yaşıl ağaclar vardı. Bu bağın ortasında böyük və çox gözəl bir 
qəsr  var  idi.  Buradan  ora  bahalı  daş-qaşlarla  örtülmüş  bir  yol 
gedib  çıxırdı.  Mən  ixtiyarsız  olaraq  birbaşa  həmin  qəsrə  tərəf 
yollandım. 
Qəsr həddən artıq gözəl idi və qiymətli cəvahiratlardan olan 
kərpiclərlə  tikilmişdi.  Pillərdən  qalxıb  böyük  bir  otağa  daxil 
oldum.  Otağın  yuxarı  başında  bir  şəxs  oturmuş  və  qalanları 
onu dövrəyə almışdılar. 
Mən,  salam  verib  oturdum.  Onun  dövrəsində  oturanlar 
yuxarı başda əyləşən  şəxsdən hələ sağ olan  qohum-əqrəbaları 
haqqında soruşur və o şəxs də, cavab verirdi. 
Bir az keçəndən sonra gördüm ki, bir ilan otağın qapısından 
girib  birbaşa  həmin  şəxsə  tərəf  yaxınlaşdı  və  onu  sancıb 
otaqdan  çıxdı.  İlan  həmin  şəxsi  sancdıqdan  sonra  onun 
üzünün  rəngi  dəyişdi  və  ağrıdan  qıvrılmağa  başladı.  Bir  az 
keçəndən  sonra  halı  yaxşılaşdı.  Yenidən  bir-birlərilə  danışıb, 
hal-əhval  tutmağa  başladılar.  Bir  saatdan  sonra  həmin  ilan 
gəlib  əvvəlki  kimi  onu  sancıb  getdi.  Yenə  əvvəlki  halı 
təkrarlandı və halı yaxşılaşandan sonra ondan soruşdum: 
Siz  kimsiniz?  Bura  haradır?  Bu  qəsr  kimindir?  Bu  ilan  nədir 
və niyə sizi sancır? Dedi: 
Mən  sizin  indi  qəbirə  qoyduğunuz  şəxsəm.  Bu  bağ  mənim 
bərzəxdəki  behiştimdir  ki,  Allah-taala  mənə  əta  edib  və 
qəbrimin içindən bu aləmə qapı  açıb. Bu qəsr də  mənimkidir. 
Gördüyünüz  bu  gözəl  ağaclar,  cəvahiratlar  və  bu  yer  mənim 
bərzəxdəki  behiştimdir    və  mənə  bura  nəsib  olub.    Otaqda 
gördüyün  adamlar  mənim  qohumlarımdır.  Onlar  məndən 
qabaq dünyadan köçmüşlər, indi isə məni görməyə gəliblər və 
sağ  qalan  yaxınları  haqqında  məndən  soruşurlar.  Mən  də 
cavab verirəm. Dedim: 
Bəs bu ilan niyə sizi sancır? Dedi: 


 
14 
Mən  oruc,  namaz  ,  xums  və  zəkat  əhliyəm,  mömin  bir 
adamam. Heç vaxt əyri bir iş görməmişəm. Bu bərzəx bağı da 
mənim  saleh  əməllərimin  nəticəsidir.  Amma  yayın  isti 
günlərinin  birində  küçədən  keçirdim.  Gördüm  ki,  bir  dükan 
sahibi  öz  müştərisiylə  mübahisə  edir.  Mən  məsələni 
aydınlaşdırmaq  üçün  onlara  yaxınlaşdım.  Dükan  sahibi 
müştəriyə  deyirdi  ki,  300  dinar  mənə  verməlisən.  Müştəri  isə 
deyirdi:  Mən  sənə  200  dinar  borcluyam.  Mən  dükan  sahibinə 
dedim: 
Gəl sən öz 50 dinarından keç və müştəriyə də dedim ki, sən 
də  öz  50  dinarından  keçib  250  dinar  dükan  sahibinə  ver. 
Baxmayaraq  ki,  dükan  sahibi  sakitləşdi,  amma  haqq  onun 
olduğu  üçün  bu  bölümlə  razı  deyildi  və  beləcə  onun  haqqını 
kəsdim. Elə bu əməlimə görə də, Allah-taala həmin ilanı məni 
sancmaq  üçün  məmur  edib  və  bu  iş  qiyamət  gününə  qədər 
belə davam edəcək. Ümidvaram Allah-taala Məhəmməd (s) və 
Ali Məhəmməd xatirinə məni əfv edə. 
Onu dinlədikdən sonra ayağa qalxıb dedim: 
Əyalım evdə məni gözləyir. Gərək onlar üçün yeməyə bir şey 
aparam.  Yuxarı  başda  əyləşən  şəxs  qalxıb  məni  qapıyadək 
ötürdü.  Qapıdan  çıxanda  balaca  bir  kisədə  mənə  düyü  verib 
dedi: 
Bu  yaxşı  düyüdür,  əyalınız  üçün  aparın.  Mən  düyünü 
götürüb  sağollaşdım.  Bağa  girdiyim  qapıdan  çölə  çıxdım.  Elə 
bu  zaman  gördüm  ki,  həmin  qəbirin  içindəyəm,  qarşımda  da 
həmin cənazə və orada heç bir qapı da yoxdur. 
Qəbirdən  çölə  çıxdım.  Torpaq  töküb  qəbirin  üstünü 
düzəltdim. Düyü kisəsini götürüb evə tərəf yollandım. 
Bu  əhvalatın  üstündən  bir  xeyli  keçmişdi.  Amma  həmin 
düyüdən nə qədər bişirirdiksə qurtarmaq bilmirdi. Hər dəfə o 
düyüdən  bişirəndə  bütün  məhəlləni  onun  gözəl  ətri 
bürüyərdü.  Qonşular  hər  dəfə  bizdən  o  düyünün  haradan 
aldığımızı soruşurdular. 


 
15 
Nəhayət bir gün mən evdə olmayanda mənzilimizə bir nəfər 
qonaq  gəlir.  Əyalım  yenə  həmin  düyüdən  bişirir.  Ətri  bütün 
evi bürüyərkən qonaq soruşur: 
Bu  düyünü  haradan  almısınız?  Bütün  ənbər  düyülərdən 
ətirlidir!  Evdəkilər  düyünün  əhvalatını  qonağa  danışırlar. 
Beləliklə  evdə  qalan  bir  miqdar  düyünü  bişirdikdən  sonra 
düyü daha qurtardı. 
Bəli,  bunlar  behişt  ruziləridir  ki,  Allah-taala  onları  öz 
dərgahına yaxın olan bəndələrinə əta edər. 
1
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin