Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə64/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   101
İnvestisiya prosesi – kapital təklifləri ilə onun tələbat-
çılarının  məqsəd  və  maraqlarının  üst  –  üstə  düşərək  gös-
tərdikləri  fəaliyyət  prosesidir.  İnvestisiya  prosesi  tələblə 
təklifin qarşılaşdırma mexanizmidir. Hər iki tərəf maliyyə 
bazarlarda  və  ya  maliyyə  institutlarda  qarşılaşırlar.  Bəzən 
isə bu iki tərəf öz aralarında birbaşa danışığa girərək fəa-
liyyət göstərirlər. Bu halda da maliyyə institutları investi-
siya prosesində aktiv olaraq qalır. Maliyyə institutları  de-
dikdə elə maliyyə qrupları nəzərdə tutulur ki, onlar müxtə-
lif növ maliyyə vəsaiti qəbul edərək sonradan onu borc ka-
pitalı və ya digər formalarda investisiya edirlər.  
İnvestisiya prosesini sxem 4 – dən daha aydın görmək 
olar: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sxem 4. İnvestisiya prosesi 
Kapital istehlakçıla-
rı: dövlət, şirkət, 
şəxslər 
Maliyyə bazarları (qısamüddətli) 
Maliyyə bazarları (uzunmüddətli) 
Kapital təklif-
çiləri: dövlət, 
şirkət, şəxslər 
Maliyyə qrupları: banklar, borc 
əmanət  assosiasiyası, əmanət 
bankları, pensiya fondları, kre-
dit ittifaqları 


 
 
205 
İnvestisiya prosesi uzunmüddətli prosesdir. Prosesin 
son  məqsədi  olan  mənfəət  aşağıdakı  mərhələləri  keçdik-
dən sonra reallaşır: 
1) Araşdırılma  –  Kapital  qoyuluşunun  predmetinə 
ilkin yanaşmadır. Yəni təklif araşdırılır, məqsədə müvafiq 
istiqamət  fəaliyyətə  başlanılır,  təklifə  müvafiq  inventisiya 
layihəsi hazırlanır. 
2) Təhlil  –  İnvestisiya  layihələrin  dəyəri,  həcmi  və 
dəyər  mətləblər hesablanılaraq dəqiqləşdirilir. Bu mərhə-
lədə yerli və xarici bazarlar təhlil olunur, istehsal olunacaq 
və satılacaq məhsulun həcmi proqnozlaşdırılır. 
3) Qərar  qəbulu  –  Layihənin  təhlilindən  sonra  əldə 
olunan yekun nəticələrə əsasən son qərar qəbul edilir. 
4) İnvestisiya mənbələrinin müəyyən olunması – Ka-
pital qoyuluşları üçün nəzərdə tutulmuş maliyyə vəsaitləri-
nin və digər aktivlərinin araşdırılması. Belə investisiya la-
hiyələrinin  həyata   keçirilməsi üçün şirkətlər çox vaxt öz 
dövriyyə vəsaitlərdən deyil, borc kapitaldan, kreditlərdən, 
daha çox istifadə edirlər. 
5) Sənədlərin hazırlanması – Qarşı tərəf ilə rəsmi da-
nışıqlar üçün müvafiq sənədlərin hazırlanması. 
6) Danışıqlar  və  rəsmiyyət  –  Müqavilədən  asılı  ola-
raq hər tərəf öz üzərinə müəyyən olunmuşları götürür. 
7) Maliyyə vəsaitlərinin formalaşdırılması
8) İnşaat – Nəzərdə tutulmuş mal istehsalını reallaş-
dırmaq  üçün  zəruri  istehsal  obyektlərinin  tikintisi,  lazımi 
texnologiyanın tətbiqi, işçi personalının hazırlanması pro-
sesi gedir. 
9) İstehsalat  –  Məhsul  istehsalı  başlanır  və  nəzərdə 
tutulan texnologiya əsasında həyata keçirilir. 
10) Məhsulun reallaşdırılması. 
11) Qoyulan vəsaitin qaytarılması


 
 
206 
12) Mənfəətə  keçid  –  Proqnozlaşdırılan  mənfəətin 
reallaşması  baş  verir.  İnvestorlar  müəyyən  məqsədə  çat-
maq üçün öz fəaliyyət sferasını seçirlər. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin