Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə72/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   101
məhsulun maya dəyərinin kalkulyasiyası deyilir. Kalkulya-
siya  hər  sənaye  sahəsində  qəbul  edilmiş  xərc  maddələri 
üzrə tərtib edilir. Hazırda üç növ kalkulyasiya mövcuddur; 


 
 
232 
bunlar  plan,  normativ  və  hesabat  kalkulyasiyasından  iba-
rətdir. 
Plan  kalkulyasiyası  ayrı-ayrı  məmulatlar  üzrə  maya 
dəyəri  tapşırığından  ibarətdir.  Bu  tapşırıq,  ayrı-ayrı  xərc 
maddələri  üzrə  olan  məsrəflərin  hesablanması  yolu  ilə 
müəyyənləşdirilir; burada əmək məsrəfləri, material, yana-
caq  və  elektrik  enerjisi  sərfiyyatı  və  avadanlıqdan  istifadə 
edilməsi üzrə qabaqcıl normalar əsas tutulur. İstehsala xid-
mət və onun idarə edilməsi üzrə olan xərclər hesablanarkən 
ciddi qənaət üsulunun həyata keçirilməsi nəzərdə tutulur.  
Normativ kalkulyasiya məhsul vahidinə çəkilən xərc-
lərin  miqdarını  həmin  müəssisədə  müəyyən  dövr  ərzində 
tətbiq edilən normalar üzrə hesablamaq yolu ilə müəyyən-
ləşdirilir.  Normativ  kalkulyasiyanın  plan  kalkulyasiyasın-
dan  fərqi  ondadır  ki,  plan  kalkulyasiyası  nəinki  əldə 
edilmiş  məsrəf  normalarına  əsaslanır,  bu  kalkulyasiya 
habelə  təşkilat-texniki  tədbirlərin  və  hər  şeydən  əvvəl 
əmək məhsuldarlığının artmasına  və qənaət üsulunun hə-
yata keçirilməsinə kömək edən tədbirlərin görülməsi nəti-
cəsində  xərc  normativlərinin  müəyyən  dərəcədə  aşağı  sa-
lınmasını nəzərdə tutur. Təşkilat-texniki tədbirlərin həyata 
keçirilməsi  nəticəsində  məmulat  vahidinə  düşən  material 
və  pul  vəsaiti  xərclərinin  normaları  dəyişilir.  Normativ 
kalkulyasiyada bu dəyişikliklər nəzərə alınır və buna görə 
də normativ kalkulyasiyası, bir qayda olaraq, hər ay yeni-
dən nəzərdən keçirilib tərtib olunur; halbuki, maya dəyəri 
üzrə  təsdiq    edilmiş  plan  tapşırıqları  plan  dövrü  ərzində 
dəyişilmir. 
Müəssisələrin fəaliyyətinin təhlilində məhsulun maya 
dəyərinin  planlaşdırılması  əsas  yer  tutur.  Məhsulun  maya 
dəyəri planı məhsul vahidi üzrə əmək və material məsrəf-


 
 
233 
lərinin  texniki  və  iqtisadi  cəhətdən  əsaslandırılmış  mütə-
rəqqi  normalarına  əsaslanır.  Yalnız  məsrəflərin  normalaş-
dırılması işini lazımi qaydada təşkil etmək vasitəsilə maya 
dəyərinin planlaşdırılması üzrə qarşıya qoyulan əsas vəzi-
fəni,  yəni  məhsulun  maya  dəyərinin  aşağı  salınması  üçün 
müəssisədaxili  ehtiyatlarının  aşkara  çıxarılması  və  onlar-
dan istifadə edilməsi vəzifəsini yerinə yetirmək olar.  
Maya  dəyərinin  planlaşdırılmasında  istər  həmin 
müəssisədə, istərsə də istehsal xarakterinə görə oxşar olan 
başqa müəssisələrdə qabaqcıl təcrübənin aşkara çıxarılma-
sı və bu təcrübədən istehsalda istifadə etmək üçün tədbir-
lər  görülməsi  mühüm  cəhətdir.  Sənaye  məhsulunun  maya 
dəyərinin təhlili  nəticələrindən istifadə etmək  maya dəyə-
rinin  planlaşdırılmasının  keyfiyyətini  xeyli  dərəcədə  yax-
şılaşdırır,  material və  pul vəsaitinin səmərəsiz  itkisini  aş-
kar etməyə və planı tərtib edən zaman müəssisənin işində 
mövcud olan qüsurların aradan qaldırılması üçün tədbirləri 
nəzərdə tutmağa imkan verir.  
Məhsulun maya dəyərinin planı aşağıdakı göstəricilər-
dən ibarət olur: 1) ayrı-ayrı məhsul növlərinin maya dəyəri; 
2)  əmtəəlik  məhsulun  maya  dəyəri;  3)  müqayisəyə  gələn 
məhsulun  maya  dəyərinin  aşağı  salınması  tapşırığı;  4)  is-
tehsal xərcləri smetası. 
İstehsal məsrəflərinin planlaşdırılması hər şeydən əv-
vəl  ayrı-ayrı  məmulatın  plan  üzrə  olan  maya  dəyərini 
müəyyən edən hesablamalara əsaslanır. Məhsul vahidinin 
maya dəyərinin plan kalkulyasiyası həmin sənaye sahəsin-
də  qəbul  edilmiş  xərc  maddələri  nomenklaturası  üzrə  tər-
tib  edilir.  Müstəqim  xərclər  hər  məmulat  üzrə  müəyyən-
ləşdirilir;  burada  məhsul  vahidi  üzrə  material  və  pul 
məsrəflərinin plan normaları əsas götürülür.  


 
 
234 
Məhsul vahidi üzrə qeyri-müstəqim xərclərin miqda-
rını müəyyənləşdirmək üçün əvvəlcə sex xərclərinin sme-
taları  (sex  və  başqa  istehsal  bölmələri  üzrə)  və  ümumza-
vod xərclərinin smetası tərtib edilir, sonra isə həmin xərc-
lərin  ümumi  məbləği  məhsulun  ayrı-ayrı  növlərinin  maya 
dəyərinə bölüşdürülür. Qeyri-müstəqim xərclərin ayrı-ayrı 
maddələri  üzrə  olan  məsrəflərin  miqdarı  da  normativlərə 
əsaslanır. 
Məhsul  vahidinin  fabrik-zavod  maya  dəyərinə  isteh-
saldan  kənar  xərclər,  yəni  məhsulun  satışı  ilə  əlaqədar 
olan  xərclər  və  mərkəzləşdirilmiş  ayırmalar  əlavə  edilir. 
Məhsul  vahidinin  plan  kalkulyasiyası  üzrə  hesablanmış 
tam  maya  dəyəri  ayrı-ayrı  məhsul  növlərinin  istehsalı  və 
satışı ilə əlaqədar olan məsrəflərin səviyyəsi üzrə tapşırıq-
dan ibarətdir. 
Məhsulun ayrı-ayrı növlərinin plan üzrə maya dəyəri 
və  buraxılışı  məmulatına  əsasən  əmtəəlik  məhsulun  plan 
maya dəyəri  bu qaydada hesablanır. 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin