243
məhsulun ayrı-ayrı növlərinin maya dəyərinə bilavasitə de-
yil, dolayı, yəni həmin məsrəflərin məhsul növləri arasında
bölüşdürülməsi yolu ilə daxil edilir. Sənayedə belə məs-
rəflərə avadanlığın saxlanılması və istismarı xərcləri, sex və
ümumzavod (ümumfabrik) xərcləri aid edilir. Bu xərclər,
əsas istehsal fəhlələrinin əmək haqqına mütənasib olaraq,
yaxud bölüşdürmə üçün əsas götürülmüş hər hansı bir
başqa əlamətə görə bölüşdürülür
.
Dolayı xərclərə misal olaraq binaların qızdırılması,
işıqlandırılması, amortizasiya və s. bu kimi xərclər vahidi-
nin maya dəyərinin tərkibinə mütənasib olaraq daxil edilir.
Şərti – sabit xərclər – müəyyən dövr ərzində sabit
(dəyişməz) qalır və ya istehsalın həcmi müəyyən dəyişik-
liklərə məruz qaldıqda cüzi, az dəyişir. Belə xərclərə misal
olaraq istehsalat binalarının qızdırılmasına, işıqlandırılma-
sına, avadanlıqların istismarına və onların saz vəziyyətdə
saxlanılmasına çəkilən xərcləri, sex və ümumzavod xərc-
lərini göstərmək olar.
Şərti – dəyişən xərclər – istehsalın həcmindən bila-
vasitə asılıdır və ona müvafiq olaraq dəyişilir.
Məsələn,
texnoloji məqsədlər üçün istifadə edilən yanacaq və ener-
jiyə çəkilən xərclər, fəhlələrin əmək haqqı və s.
Əsas xərclər – bilavasitə məhsulun hazırlanması ilə
əlaqədar olan xərclərdir. Belə xərclərin tərkibinə texnoloji
cəhətdən zəruri olan və məhsulun hazırlanması prosesində
tamamilə istehlak olunan maddi-enerji ehtiyatlarına
çəkilən xərclər, fəhlələrin əmək haqqı və s. daxil edilir.
Əlavə xərclər – istehsalın təşkili və idarə edilməsin-
dəki qüsurlar, müqavilə öhdəliklərinin və plan-uçot intiza-
mının pozulması nəticəsində əmələ gələn
nəzərdə tutulma-
mış itkiləri və xərcləri özündə əks etdirir. Əlavə xərclərə
244
aiddir: vaxtın qeyri-məhsuldar sərf edilməsinin ödənilmə-
sinə (məsələn, müəssisənin bilavasitə təqsiri üzündən boş-
dayanma vaxtına görə, qəzaya uğramış quyunun bərpasına
görə verilən əmək haqqı və s.) çəkilən məsrəflər; maddi-
enerji ehtiyatlarından səmərəsiz istifadəyə görə (məsələn,
maddi ehtiyatların korlanması və itirilməsi, boşdayanma
hallarında yanacaq və enerji sərfi və s.) çəkilən xərclər;
mal göndərmə müqavilələrinin pozulmasına görə verilən
cərimələr və s. Əlavə xərclər məhsulun faktiki maya dəyə-
rinin tərkibinə daxil edilir.
Sadə xərclər – bir ünsürdən,
məsələn, xammal və
materiallara, satın alınan komplektləşdirici məmulatlar və
yarımfabrikatlara, istehsal fəhlələrin əsas əmək haqqına,
texnoloji məqsədlər üçün istifadə edilən yanacaq və
enerjiyə çəkilən xərclərdən ibarət olur.
Kompleks xərclər – iqtisadi cəhətdən müxtəlif, lakin
istehsal təyinatına görə eyni olan ünsürlərdən ibarətdir.
Dostları ilə paylaş: