xammal və material məsrəflərinin azalması öz təsirini gös-
tərir. Bir çox sənaye sahələrində xammal və material məs-
rəflərinin xüsusi çəkisi məhsulun maya dəyərində böyük
yer tutur. Müəssisə məsrəflərin miqdarına materialların tə-
darük edilməsindən başlayaraq təsir göstərə bilər. Maya
dəyərində xammal və materialların əldə edilməsi və daşın-
ması xərcləri nəzərə alınır. Bu səbəbdən material verən
təşkilatların düzgün seçilməsi məhsulun maya dəyərinə
müsbət təsir göstərir.
Müəssisədən materialların yaxın məsafədə olan mate-
rial verən təşkilatlardan alınması və ən ucuz növlü nəqliy- yatla daşınması mühüm cəhətdir. Nəqliyyat-tədarük xərc-
ləri üzərində nəzarət qoyulması və bütün nəqliyyat növ-
lərindən iqtisadi cəhətdən məqsədə uyğun surətdə istifadə
edilməsi maya dəyərinin aşağı salınmasına kömək edir.
Material verən təşkilatlarla müqavilə bağlayarkən elə
materialların alınmasını nəzərdə tutmaq lazımdır ki, onlar
öz ölçü və keyfiyyətinə görə materialların plan üzrə olan
tələblərə ciddi uyğun gəlsin. Eyni zamanda, mümkün olan
yerlərdə məhsulun keyfiyyətini pisləşdirmədən daha ucuz
materiallardan istifadə etməyə çalışmaq lazımdır.
Məmulat konstruksiyalarının yaxşılaşdırılması və is- tehsal texnologiyasının təkmilləşdirilməsi məhsul vahidinin
istehsalı üzrə xammal və material məsrəflərinin aşağı sa-
lınmasının əsas şərtini təşkil edir. Bu sahədə istehsal tul-
lantılarının azaldılması və onlardan istifadə edilməsi də bö-
yük ehtiyat mənbəyi sayıla bilər. Material ehtiyatlarına qə-
naət edilməsi üzrə tədbirləri ayrı-ayrı məmulat üzrə, sex və
sahələr üzrə işləyib hazırlamaq məqsədə uyğundur. Be-
249
ləliklə, məhsul vahidinə material məsrəflərinin aşağı salın-
ması üzrə konkret nəticələri müəyyən etmək mümkün olur.
İstehsala xidmət üzrə və onun idarə edilməsi üzrə məsrəflərin azaldılmasının əhəmiyyəti böyükdür.Məhsul
vahidi üzrə bu məsrəflərin həcmcə azalması nəinki məhsul
buraxılışı həmçinin artırılmasından, habelə onların mütləq
məbləğinin azalmasından asılıdır. Bütövlükdə müəssisə
üzrə sex və ümumzavod xərclərinin məbləği az olduqca
digər şərtlər eyni qaldıqda, hər məmulatın maya dəyəri
aşağı olur. Sex və ümumzavod xərclərinin azaldılması
üçün hər şeydən əvvəl idarə aparatını sadələşdirməli,
ucuzlaşdırmalı və idarə xərcləri üzrə qənaət əldə edilməsi-
ni təmin etməlidir.
Sex və ümumzavod xərclərinin tərkibinə, həmçinin
xeyli dərəcədə, köməkçi və yardımçı fəhlələrin əmək haq-
qı da daxil edilir. Köməkçi və yardımçı işlərin mexanik-
ləşdirilməsi tədbirlərinin həyata keçirilməsi həmin işlərdə
çalışan fəhlələrin sayının azalmasına və deməli, sex və
ümumzavod xərcləri üzrə qənaət əldə edilməsinə səbəb
olur. Sex və ümumzavod xərclərinin azaldılması həmçinin
avadanlığın işlədilməsi və başqa təsərrüfat ehtiyacları
üçün istifadə edilən köməkçi materialların qənaətlə sərf
edilməsi də yardım edir.
Ayrı-ayrı maddələr üzrə sex və ümumzavod xərcləri
tərkibinə daxil olan məsrəflərin nəzərdən keçirilməsi və
habelə müəssisənin sexləri və başqa quruluş bölmələri
üzrə lazımi tədbirlərin işlənib hazırlanması həmin xərclə-
rin azalması yollarını axtarıb tapmağa imkan verir. Nəzər-
də tutulmuş tədirlərin yerinə yetirilməsi və onların səmə-
250
rəsi, faktiki məsrəflərlə sex və ümumzavod xərclərinin
smetasının müqayisə edilməsi yolu ilə yoxlanılır.
Brak nəticəsində olan itkilərin və qeyri-məhsuldar başqa xərclərin azaldılması maya dəyərinin aşağı salınma-
sında böyük ehtiyat mənbəyidir. Brakın səbəblərinin öyrə-
nilməsi və onun təqsirkarlarının aşkara çıxarılması isteh-
salda brak nəticəsində olan itkilərin ləğv edilməsi üçün
tədbirlərin həyata keçirilməsinə imkan verir. Müəssisədə
brak nəticəsində olan itkilərə qarşı dözülməzlik şəraiti ya-
ratmağın, öz təqsirləri üzündən braka yol verən şəxslərə
qarşı ictimai təsir tədbirləri görülməsinin və brak iş görən-
lərə qarşı müvafiq maddi cərimə tətbiq edilməsinin də
böyük əhəmiyyəti vardır.
Maya dəyərinin aşağı salınmasının başqa bir ehtiyat
mənbəyi ixtisaslaşmanın və kooperativləşdirmənin geniş- ləndirilməsindən ibarətdir. Kütləvi-axın istehsal üsulu ilə
işləyən ixtisaslaşmış müəssisələrdə məhsulun maya dəyəri
eyni məhsuldan az miqdarda istehsal edən müəssisələrə
nisbətən aşağı olur. İxtisaslaşmanın inkişaf etdirilməsi
müəssisələr arasında ən səmərəli kooperativləşdirmə əla- qələrinin yaradılmasını tələb edir.
Yuxarıda qeyd olunanlara əlavə olaraq məhsulun ma-
ya dəyərinin aşağı salınması tapşırığı yalnız müqayisəyə
gələn məhsul üzrə müəyyən edilir. Bu tapşırıq məhsulun
maya dəyərinin keçən ilə nisbətən aşağı salınması faizi ilə
və müqayisəyə gələn məhsulun maya dəyərinin aşağı sa-
lınması üzrə planlaşdırılan qənaətin məbləği ilə ifadə edilir.
Müqayisəyə gələn məhsulun ayrı-ayrı növlərinin ma-
ya dəyərinin aşağı salınması tapşırıqlarının səviyyəsinin
necə hesablandığı 2 – ci cədvəldə verilmişdir.
251
Keçən ilin hesabat kalkulyasiyaları üzrə A məmula-
tın maya dəyəri aşağıdakı miqdarda müəyyən edilmişdir.
“A” məmulatının maya dəyəri haqqında hesabat məlumatı