237
Müəssisənin buraxılan məhsulun bir çox əlamətlərinə
görə onun
maya dəyərinin növlərini fərqləndirirlər. Bura-
ya texnoloji, sex, istehsal, tam (kommersiya), fərdi, orta,
plan, faktiki və sairə növləri daxildir.
Texnoloji maya dəyəri – bilavasitə texnoloji proses-
lərin (əməliyyatların) yerinə yetirilməsi ilə əlaqədar sex
məsrəflərinin məbləğini özündə əhatə edir və müxtəlif tex-
noloji proseslərin içərisində ən səmərəlisini seçmək üçün
tətbiq edilir.
Sex maya dəyəri – sexin müəyyən məhsulunun isteh-
salı ilə əlaqədar olan bütün məsrəfləri, yəni əsas və kö-
məkçi materiallar, yanacaq, enerji məsrəflərini, istehsal
fəhlələrinin əmək haqqını, avadanlığın saxlanması və istis-
marı xərclərini və sexin idarə edilməsi ilə əlaqədar olan
sex xərclərini özündə cəmləşdirir.
İstehsal maya dəyəri – məhsul növünün istehsalı
üçün müəssisənin ümumi məsrəflərini səciyyələndirir. O,
sex maya dəyərindən və ümumzavod
xərclərinin cəmindən
ibarətdir.
Tam (kommersiya) maya dəyəri – məhsulun istehsalı
və realizə ilə əlaqədar olan bütün məsrəfləri əhatə edir və
ona görə də müəssisənin istehsal fəaliyyətinin son nəticə-
sini səciyyələndirir. O, sex maya dəyərindən, ümumzavod
xərclərindən və istehsaldan kənar xərclərdən ibarətdir.
Fərdi maya dəyəri – istehsalın təşkili, avtomatlaşdır-
ma və mexanikləşdirmə, ixtisaslaşdırma və təmərküzləşdi-
rilməsi dərəcəsini xarakterizə edir və müxtəlif müəssisələ-
rində eyni olmur.
Orta sahə maya dəyəri – müəyyən növ məhsulun fərdi
maya dəyərinin məcmusu kimi müəyyən olunur və əsas
ölçü kimi, hər bir müəssisənin əmtəəlik məhsulunun həcmi
238
qəbul edilir. Orta sahə maya dəyəri sənaye məhsullarına
topdansatış qiymətlərinin qoyulması üçün əsas hesab edilir.
Plan maya dəyəri – maddi-enerji, tədarük-nəqliyyat
xərclərinin mütərəqqi məsrəf normaları, iş vaxtından, ma-
şın və avadanlıqdan istifadə edilməsinin texniki norma və
normativləri əsasında müəyyən edilir.
Faktiki maya dəyəri – müəyyən dövr ərzində məhsu-
lun istehsalına və realizəsi üzrə faktiki məsrəflər əsasında
hesablanır. Əgər müəssisədə əsas və köməkçi materiallar-
dan səmərəli istifadə olunarsa, əmək məhsuldarlığı artarsa
və əsas fondlardan istifadə olunması yaxşılaşarsa faktiki
məsrəflər plan məsrəflərindən aşağı səviyyədə ola bilər ki,
bu da faktiki maya dəyərinin plan maya dəyərindən az ol-
ması deməkdir.
Dostları ilə paylaş: