Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir


FƏSĠL 9. ĠSTEHSAL XƏRCLƏRĠ VƏ MƏHSULUN



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə70/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   101
FƏSĠL 9. ĠSTEHSAL XƏRCLƏRĠ VƏ MƏHSULUN 
MAYA DƏYƏRĠ 
          
9.1. Ġstehsal xərcləri və məhsulun maya dəyəri, onların 
aĢağı salınmasının əhəmiyyəti 
   
İstehsal xərcləri – məhsulun (işin, xidmətin) hazırlan-
masına  çəkilən  canlı  və  maddiləşmiş  əmək  məsrəfinin 
məcmusudur.  Əmtəə-pul  münasibətləri  şəraitində  dəyər 
formasında çıxış edir.  
Məhsulun  maya  dəyəri  müəssisənin  iş  keyfiyyətinin 
əsas  göstəricilərindən  biridir.  Nəticə  etibarilə  müəssisə 
kollektivinin bütün istehsal-təsərrüfat fəaliyyətinin nəticə-
ləri  bu  göstəricidə  əks  etdirilir.  Maya  dəyəri  göstərir  ki, 
məhsulun hazırlanması və realizə edilməsi  müəssisə üçün 
neçəyə  başa  gəlir.  Maya  dəyəri  müəssisədə  məhsulun  is-
tehsalı və realizə edilməsi ilə əlaqədar olan bütün xərcləri 
pul formasında ifadə edir. 
Məhsulun  maya  dəyərinin  müntəzəm  surətdə  aşağı 
salınması dövlətə, müəssisəyə  həm ictimai istehsalın daha 
da inkişaf etdirilməsi və həm də sahibkarların, zəhmətkeş-
lərin  maddi  rifah  halının  yaxşılaşdırılması  üçün  əlavə  və-
sait verir. 
İstehsalın  həcmi  artdıqca  məhsulun  maya  dəyərinin 
durmadan  aşağı  salınması    uğrunda  aparılan  mübarizənin 
əhəmiyyəti  də  getdikcə  daha  artır  və  daha  böyük  səmərə 
verir. 
Maya  dəyərinin  aşağı  salınmasından  əldə  ediləcək 
qənaət, xalq təsərrüfatının bütün sahələrinin hökumət tərə-
findən müəyyən edilmiş böyük inkişaf proqramının maliy-
yələşdirilməsinin mühüm mənbəyi olacaqdır. 


 
 
224 
Bir çox sənaye müəssisələri ildən-ilə maya dəyərinin 
aşağı salınması üzrə plan tapşırıqlarını tamamilə və artıq-
lamasilə  yerinə  yetirərək  külli  miqdarda  plandan  artıq  yı-
ğım əldə edir.   
İctimai istehsal xərcləri və  müəssisənin  əmtəə  isteh-
salına çəkdiyi pul məsrəfləri fərqləndirilir. İctimai istehsal 
xərclərinə istehsal  edilmiş istehsal vasitələrinin keçirilmiş 
dəyəri və bütün yeni yaradılmış dəyər daxildir. Bu xərclər 
əmtəə dəyərinə bərabərdir və qiymətlərin müəyyənləşdiril-
məsində əsas təşkil edir.  
Müəssisənin əmtəə istehsalına çəkdiyi pul məsrəfləri 
əmtəənin dəyərindən azdır. Bu xərclər məhsulun maya də-
yəri formasında çıxış edir; maya dəyərinə isə istehlak edil-
miş  maddi  ehtiyatlar    və  işçilərin  əməyinin  ödənilməsinə 
çəkilən  xərclər  daxil  edilir.  Deməli,  maya  dəyəri  müəssi-
sədə  buraxılan  məhsulun  ona  neçəyə  tamam  olduğunu 
göstərir.  
Məhsulun  maya  dəyəri  istehsalın  iqtisadi  səmərəlili-
yini  xarakterizə  edən  ümumiləşdirilmiş  göstəricilərdən 
biridir. Bu göstəricidən yeni texnika və mütərəqqi texnolo-
giyanın, həmçinin yeni növ xammal və materialların tətbi-
qinin, istehsalın və əməyin təşkilinin təkmilləşdirilməsinin 
iqtisadi  səmərəliliyinin  məqsədəuyğunluğunun  müəyyən-
ləşdirilməsində  istifadə  edilir.  Məlumdur  ki,  məhsulun 
maya dəyərində material ehtiyatlarından istifadə olunması 
səviyyəsi  və  əmək  məhsuldarlığının  əldə  edilmiş  nəticəsi 
öz əksini tapır, yəni məhsulun maya dəyəri onun hazırlan-
ması  prosesində  əmək  vasitələrindən  və  əmək  cisimlərin-
dən,  həmçinin  əməyin  özünün  nə  qədər  səmərəli  istifadə 
olunduğunu göstərir. Bu baxımdan, məhsulun maya dəyə-
rinin aşağı salınması və istehsal xərclərinin zəruri səviyyə-


 
 
225 
yə  qədər  azaldılması  müəssisənin  mənfəətinin  (təsərrüfat 
hesabı gəlirinin) artırılmasının əsas mənbələrindəndir. 
Bəzən   məhsulun  maya dəyəri ilə istehsal xərclərini, 
onun dəyəri ilə qiymətini eyniləşdirirlər. Əslində isə onlar 
bir-birlərindən  fərqlənirlər.  Məsələn,  məhsulun  maya  də-
yəri  həmişə  istehsal  xərclərindən  kəmiyyətcə  artıq  olur, 
yəni  məhsulun  maya  dəyəri  istehsal  xərclərindən    əlavə, 
“istehsaldan kənar” xərcləri də özündə əks etdirir. “İsteh-
saldan  kənar”  xərclər  dedikdə,  məhsulun  realizəsi  ilə  əla-
qədar müəssisə xərcləri nəzərdə tutulur. İstehsaldan kənar 
xərclərə  aiddir:  tara  və  qablaşdırma  xərcləri,  məhsulun 
stansiyaya və  ya  yola salma körpüsünə daşınması, vaqon-
lara  (gəmiyə)  yüklənməsi  xərcləri,  məhsulların  realizəsi 
zamanı onların topdansatış qiymətlərindən satış təşkilatla-
rına  ödənilən  güzəştlərin  məbləği  və  s.  İstehsaldan  kənar 
xərclər xüsusi mühasibat balansında nəzərə alınır və məh-
sulun  tam  maya  dəyərinə  daxil  edilir.  İstehsaldan  kənar 
xərclər  konkret  məmulatlar  istehsalının  maya  dəyərinə 
mümkün qədər birbaşa əlavə olunur, qalan hallarda isə on-
lar  məmulatın  kütləsinə,  həcminə,  istehsal  maya  dəyərinə 
görə  məmulatlar  arasında  proporsional,  mütənasib  bölüş-
dürülür. 
Məhsulun  maya  dəyəri  və  dəyəri  arasında  həm  key-
fiyyət,  həm  də  kəmiyyət  fərqləri  vardır.  Məhsulun  maya 
dəyərinin  onun  dəyərindən  kəmiyyətcə  fərqi  ondan  iba-
rətdir  ki,  sənaye  müəssisələrində  yaradılan  mənfəət  maya 
dəyərinin  tərkibinə  daxil  edilmir,  həmin  məhsulun  dəyə-
rinin  tərkibinə  isə  daxil  edilir.  Məhsulun  maya  dəyərinin 
onun  dəyərindən  keyfiyyət  fərqi  ondan  ibarətdir  ki,  isteh-
lak edilən istehsal vasitələri məsrəfləri ilə həmin vasitələrə 
qoyulan  qiymətlər  arasında  fərq  mövcuddur,  yəni  məhs-


 
 
226 
ulun  maya dəyəri həmin  müəssisədə onun hazırlanmasına 
çəkilən  xərclərin  fərdi  kəmiyyəti  ilə,  dəyəri  isə  –  ictimai 
zəruri əmək məsrəfləri ilə müəyyən edilir. 
Məhsulun maya dəyəri ilə onun qiyməti arasında sıx 
qarşılıqlı  əlaqə  vardır.  Belə  ki,  məhsulun  maya  dəyəri 
onun  qiymətinin  əsasını  təşkil  edir(adətən,  məhsulun  qiy-
mətinin tərkibində onun maya dəyərinin xüsusi çəkisi təq-
ribən 80%-ə qədər  olur). Deməli,  məhsulun  qiyməti onun 
maya dəyərindən aşağı ola bilməz, çünki belə halda müəs-
sisə  zərərlə  işləmiş  olar.  Odur  ki,  məhsulun  qiymətini 
azaltmaq üçün, digər şərtlər eyni qalarsa, onun maya dəyə-
rini  aşağı  salmaq  lazımdır.  Bu,  istehsalın  səmərəliliyinin 
yüksəldilməsinin zəruri şərtidir. 
Sənaye  müəssisələrində  məhsulun  maya  dəyərinin 
aşağı salınması texniki tərəqqi və əmək kollektivinin mə-
dəni-texniki  səviyyəsinin  yüksəldilməsi  əsasında  əmək 
məhsuldarlığının  müntəzəm  surətdə  artması,  maddi-enerji 
və əmək ehtiyatlarından səmərəli istifadə olunması, isteh-
salın təşkilinin və üsullarının təkmilləşdirilməsi sayəsində 
aşağı  salınır.  Məhsulun  maya  dəyərinin  aşağı  salınması 
müəssisənin  mənfəətinin  artırılmasının,  deməli,  istehsalın 
rentabellik səviyyəsinin yüksəldilməsinin əsas mənbəyidir 
və  həm  də  məhsul  buraxılışı  həcminin  artırmağın  vacib 
amilidir.  Məhsulun  maya  dəyərini  canlı  və  maddiləşmiş 
əməyə  qənaət  etmək  hesabına  aşağı  salmaq  olar.  Maddi 
ehtiyatlarda  maddiləşmiş  keçmiş  əməyə  qənaət  eyni  miq-
darda  materialdan daha çox məhsul istehsal  etməyə, canlı 
əmək  məsrəflərinə  qənaət isə, onun  məhsuldarlığını artır-
mağa və beləliklə də, istehsal həcmini yüksəltməyə imkan 
verir.  


 
 
227 
Sənaye  müəssisələrində  məhsulun  maya  dəyərinin 
aşağı salınmasının əhəmiyyəti böyükdür, onu aşağıdakılar 
göstərir: 
a) yeni texnikanın müntəzəm surətdə tətbiq edilməsi – 
istehsalın  texnika  cəhətdən  təchiz  olunması  səviyyəsini 
yüksəldir; 
b) istehsalın ixtisaslaşdırılması və kooperativləşdiril-
məsi səviyyəsinin yüksəldilməsi; 
c) maddi istehsal sahələrində  çalışan işçilərin əməyi-
nin  məhsuldarlığının  yüksəldilməsi  –  eyni  şəraitdə  əmək 
haqqı və digər xərclərin qənaətini təmin edir; 
d) ümumzavod və sex xərclərinin  ixtisar edilməsi – 
idarəetmə  aparatının  sadələşdirilməsi  və  ucuzlaşdırılması 
nəticəsində əldə edilir; 
e)  brak  və  qeyri-məhsuldar  məsrəflər  nəticəsində 
əmələ gələn hər cür itkilərin ixtisar edilməsi; 
f)  buraxılan  məhsulun  keyfiyyətinin  yüksəldilməsi  
müəssisəyə  imkan  verir  ki,  eyni  miqdarda  xərc  qoyduğu 
halda məhsulun realizəsindən daha çox gəlir, mənfəət əldə 
etsin. Çünki məhsulun keyfiyyəti pis olarsa, onun qiyməti 
də aşağı olar. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin