240
xərcləri; 7) brak nəticəsində itkilər; 8) istehsaldan kənar
xərclər.
Xərclərin birinci yeddi maddəsi istehsal maya dəyə-
rini təşkil edir. Tam maya dəyəri isə istehsal maya dəyəri
ilə istehsaldan kənar xərclərin toplanmasından əmələ gəlir.
Ayrı-ayrı sahələrin xüsusiyyətləri xərc maddələ-
rinin nümunəvi nomenklaturasının dəyişdirilməsi və ona
əlavələr edilməsi zəruriyyətini törədir. Məsələn, hasiledici
sənayedə dağ-mədən hazırlıq işləri və əsas fondların
amortizasiyası üzrə məsrəflər ayrıca hesablanır, çünki
məhsulun maya dəyərində bu məsrəflərin xüsusi çəkisi
çox olur. Maşınqayırmada satın alınan yarımfabrikatlar
üzrə məsrəflər, yeni məmulat istehsalının mənimsənilməsi
xərcləri və müəyyən məqsəd üçün işlədilən alət və uyğun-
laşdırıcıların köhnəlməsini ödəmə xərcləri, habelə sair
məqsədlər üçün çəkilən xərclər ayrı-ayrı maddələrdə gös-
tərilir.
Müəssisələrdə məhsulun (işin, xidmətin) maya dəyə-
rinə daxil edilən xərclər onların
iqtisadi məzmununa görə
aşağıdakı ünsürlər üzrə
qruplaşdırılır:
a) material xərcləri (qaytarılan tullantıların dəyəri
çıxılmaqla) ünsürünün tərkibinə məhsul istehsalına, iş və
xidmətlərin həyata keçirilməsinə sərf edilən xammalın,
materialın və digər növ ehtiyatların dəyəri
daxil edilir;
b) əmək haqqı xərcləri – qanunvericilikdə nəzərdə tu-
tulan hədlər daxilində müvafiq məhsul istehsalında iştirak
edən işçilərə (o cümlədən ştatdankənar) hesablanan əmək
haqqı və müavinətlər üzrə xərcləri özündə əks etdirir;
c) sosial ehtiyaclara ayırmalar – ünsüründə qanun-
vericilikdə nəzərdə tutulmuş normalarla Dövlət Sosial
Müdafiə Fonduna, Məşğulluq Fonduna, işçilərə hesabla-
241
nan əmək ödənişlərinin (sığorta haqqları hesablanmayan
ödəniş növlərindən başqa) ümumi məbləğinə mütənasib
olaraq hesablanan məcburi ayırmalar əks
etdirilir;
d) əsas fondların köhnəlməsi (amortizasiya) – ünsü-
ründə əsas istehsal fondlarının balans dəyəri ilə hesablan-
mış məbləğləri əks etdirilir;
e) sair xərclər – ünsürü üzrə xərclər aşağıdakı kimi
qruplaşdırılır: 1) istehsalın hazırlanmasına və mənimsənil-
məsinə sərf edilən xərclər; 2) yeni müəssisələrin, sexlərin
və aqreqatların mənimsənilməsinə sərf edilən xərclər; 3)
kütləvi və seriyalı istehsal üçün nəzərdə tutulmayan
məhsul istehsalı hazırlığına və mənimsənilməsinə çəkilən
xərclər; 4) istehsalın təşkili və texnologiyasının təkmilləş-
dirilməsi, habelə məhsulun keyfiyyətinin yüksəldilməsi ilə
əlaqədar olan xərclər; 5) ixtiralar və səmərələşdirici təklif-
lərlə əlaqədar olan xərclər; 6) istehsal prosesinə xidmət
xərcləri; 7) istehsal fondlarının işçi vəziyyətində saxlanıl-
ması xərcləri; 8) normal iş şəraitinin yaradılması üzrə
xərclər; 9) istehsalın idarə edilməsi ilə əlaqədar olan
xərclər; 10) təbiətin mühafizəsi üzrə olan xərclər; 11) au-
dit, informasiya və məsləhət xidmətləri üzrə xərclər; 12)
ezamiyyə, reklam və nümayəndəlik xərcləri; 13) texniki
idarəetmə vasitələrinin saxlanılması üzrə xərclər və s.
Konkret məmulatın, məhsul vahidinin maya dəyərini
müəyyən etmək üçün
xərclər kalkulyasiya maddələri üzrə
və onların sərf olunma
yeri və
məqsədli təyinatı nəzərə
alınmaqla qruplaşdırılır. Kalkulyasiya maddələrinin əksə-
riyyəti öz iqtisadi tərkibinə görə kompleks xarakter daşıyır
və ona görə də onlar həm maddi məsrəflərin ünsürlərini
(məsələn, xammalı, materialı və s.), həm də əməyin ödə-
nilməsi üzrə xərcləri özündə əks etdirir.