1.3.
Fənnin öyrənilməsi metodologiyası
Sənaye müəssisələrin baş verən hadisə və proseslərin
düzgün qiymətləndirilməsində, elmi cəhətdən əsaslandırıl-
mış idarəetmə qərarlarının işlənib hazırlanmasında, isteh-
salın inkişafının məqsəd və strategiyasının müəyyənləşdi-
rilməsində “Müəssisənin iqtisadiyyatı” fənnini öyrənilmə-
si metodologiyasının düzgün seçilməsi mühüm əhəmiyyət
kəsb edən məsələlərdən biridir. Çünki hər hansı bir prose-
sin (əməliyyatın) və ya hadisənin tədqiqi və təhlili müəy-
yən qayda və metodlara əsaslanır.
Metod özü də müəyyən metodologiyaya, elmi dünya
görüşünə əsaslanır. Deməli, metodologiya intellektual bir
vasitədir. Müəyyən metodlar sisteminə əsaslanmadan mü-
əssisə miqyasında baş verən sosial-iqtisadi proseslər haq-
qında elmi fikir irəli sürmək olmaz, olsa da müsbət nəticə
əldə edilməz. Başqa elmlərdə olduğu kimi “Müəssisənin
iqtisadiyyatı” fənninin də istifadə etdiyi, əsaslandığı me-
16
todlar müxtəlif və çoxcəhətlidir. Lakin bununla yanaşı,
istehsal-təsərrüfat sahəsində istifadə edilən bütün metod-
ları aşağıdakı iki qrupa ayırmaq olar:
a) ümumi metodlar – müəssisənin istehsal – təsərrü-
fat fəaliyyətini əhatə edir və onların tədqiqində istifadə
olunur. Ümumi metodlara misal olaraq, hadisələrə, proses-
lərə kompleks halında yanaşma metodunu, optimallaş-
dırma metodunu, müşahidə, təhlil, ümumiləşdirmə, tarixi
yanaşma, deduksiya (deduksiya – latın dilindən alınan və
“hasiletmə” mənasını daşıyan bir sözdür. Bu metod vasi-
təsilə toplanan faktlar əsasında nəzəri nəticələr, ümumiqti-
sadi prinsiplər və əməli fəaliyyət üçün tövsiyələr hazırla-
nır. Beləliklə, bu üsulla nəzəriyyədən həyatın faktlarına,
bu faktlardan isə nəzəri ümumiləşdirmə və nəticələrə gəl-
mək mümkün olur. Bu, həm deduksiya, həm də induksiya
metodlarının birlikdə tətbiq edilməsi deməkdir) və induk-
siya (induksiya – latınca “yönəltmə” mənasını ifadə edən
bir anlayışdır. Bu metod vasitəsilə əvvəlcə iqtisadi prob-
lemlərə dair faktlar toplanır, seçilib sistemləşdirilir. Bu iş
hələ “iqtisadi qanun”, “prinsip” və modellər çıxarmaq
üçün kifayət deyildir. Bundan sonra bu metodun vəzifəsi
toplanmış faktları ümumiləşdirmək və izahını verməkdir),
mücərrəd təfəkkür metodunu göstərmək olar.
Yuxarıda qeyd olunanlarla bərabər, bütün elmlər
(fənnlər) kimi “Müəssisənin iqtisadiyyatı” fənnin də özü-
nəməxsus tədqiqat metodları vardır.
“Müəssisənin iqtisadiyyatı” fənnin tətbiqi mahiyyət
daşıması onun araşdırma metodlarının da məzmunca em-
pirik səciyyəli tədqiqat metodlarından istifadəsini daha
önəmli edir.
Müəssisənin iqtisadi məsələlərinin öyrənilməsində sta-
tistik müşahidə və müqayisəli təhlil metodları böyük əhə-
17
miyyət kəsb edir. Onlar xüsusi və ümumiləşdirici iqtisadi
göstəriciləri toplamağa, müəssisənin iqtisadi və sosial inkişaf
dinamikasını təhlil və onun fəaliyyətinin nəticələrini digər
təsərrüfat subyektləri ilə müqayisə etməyə imkan verir.
Müxtəlif ehtimal və proqnozlaşdırma metodları
müəssisənin təsərrüfat strategiyasının hazırlanmasında və
bunun köməyi ilə bazarın gələcək konyukturasına uyğun-
laşmağa nail olmaqda və sahibkarlıq qərarlarının qəbulun-
da istifadə edilir.
Müəssisə iqtisadiyyatının nəzəri və tətbiqi məsələlə-
rinin təhlilində riyazi metodlar, təsviri qrafika metodların-
dan da geniş istifadə olunur. Bu metodlar – konkret iqtisa-
di situasiyadan asılı olaraq, ayrı-ayrı iqtisadi göstəricilərin
təsir və əks təsir əlaqələrinin düzgün və obyektiv qiymət-
ləndirilməsinə imkan yaradır.
b) xüsusi metodlar – müəssisənin istehsal – təsərrüfat
fəaliyyətinin hər hansı bir sahəsini (məsələn, istehsalı, satışı,
maddi-texniki təchizatı, xarici iqtisadi fəaliyyəti və s.) öyrən-
dikdə və tədqiq etdikdə istifadə olunur. Xüsusi metodlara
misal olaraq, informasiyanın toplanması və işlənməsi me-
todunu, modelləşdir metodunu, sorğu – anket metodunu
göstərmək olar.
Ümumi və xüsusi metodlara sistemli yanaşma, dərk-
etmə, bunların köməyi ilə cəmiyyətin, təbiətin və idrakı
inkişaf qanunauyğunluqlarını və bu inkişafdakı əlaqələri
konkretləşdirir.
İqtisadi proses və hadisələrin düzgün və ətraflı dərk
olunması konkret iqtisad elmləri üçün əsas elmi metod
vasitəsilə mümkündür, çünki bu metod hadisə və proseslə-
rin fasiləsiz, mütəhərrik vəziyyətdə ətrafla sıx və qarışmaz
ümumi əlaqə qarşılıqlı asılılıq və qarşılıqlı təsir vəziyyə-
tində öyrənilir.
18
Dialektik metodun köməyi ilə iqtisadi hadisə və pro-
seslərin real inkişafını – kəmiyyət və keyfiyyət dəyişiklik-
lərini və buna səbəb olan daxili ziddiyyətlərin (əskikliklə-
rin vəhdəti və mübarizəsi) mahiyyətini dərk etmək və yeni
inkişaf səviyyəsinə qalxmaq naminə onların həll edilmə
qaydalarını müəyyənləşdirmək olur. Bütün bunlara görə
də tədqiqat və təhlil işində dialektik metod ən mükəmməl
elmi metod hesab edilir.
Bütün iqtisadi elmlərdə olduğu kimi, “Müəssisənin
iqtisadiyyatı” fənninin də öyrənilməsinin əsasını dialektik
metod təşkil edir və ona görə də müəssisələrdə baş verən
prosesləri, hadisələri hər şeydən əvvəl, dialektikada, hərə-
kətdə öyrənmək lazımdır.
Müəssisələrdə və onların ayrı-ayrı bölmələrində elmi –
texniki tərəqqi və ictimai əmək bölgüsü əsasında məhsuldar
qüvvələrin tərkibi, maddi – texniki baza müxtəlif olur və
xalq təsərrüfatının və əhalinin tələbatından irəli gələn yeni-
yeni istehsal sahələri yaradılır və inkişaf etdirilir. Belə bir hal
bütövlükdə iqtisadiyyata və onun müəssisələrinin özünə-
məxsusluğuna və deməli, təsərrüfatçılığın yaradılması for-
malarına və onların inkişafına, iqtisadi metodlardan istifadə-
yə, istehsal-təsərrüfat fəaliyyətinin planlaşdırılmasına və
idarə edilməsinə təsir edir. Buna görə də istehsalın konkret
şəraitindən asılı olaraq müxtəlif təsərrüfatçılıq formaları-
nın fəaliyyətinin öyrənilməsi zəruriliyi meydana çıxır.
Belə bir zərurətdən “Müəssisənin iqtisadiyyatı” fənni ya-
ranmışdır.
Məlumdur ki, müəssisələrdə baş verən hər hansı bir
proses, hadisə müxtəlif dövrlərdə keyfiyyət və kəmiyyətcə
müxtəlif formada təsadüf edir. Buradan belə bir nəticəyə
gəlmək olar ki, müəssisələrin ayrı – ayrı prosesləri, hadi-
sələri yalnız onların inkişafında, həmin dövrün konkret
19
xüsusiyyətlərini hərtərəfli nəzərə almaqla, tarixən öyrən-
mək olar. Hadisə və proseslərə tarixi yanaşma xalq təsər-
rüfatı istehsalının və onun ayrı – ayrı cəhətlərinin inkişaf
perspektivlərinin müəyyən edilməsinin zəruriliyini, gələ-
cəkdə texnika və ictimai istehsalın iqtisadiyyatında baş ve-
rə biləcək dəyişikliklərin real qiymətləndirilməsinə əsas-
lanan elmi proqnozlaşdırmanı nəzərdə tutur. Bunsuz elmi-
texniki tərəqqini, əsaslı tikintini, istehsalın təşkili formala-
rını düzgün planlaşdırmaq və müəyyənləşdirmək, müəssi-
sələri respublikamızın ərazisində səmərəli yerləşdirmək,
sahə quruluşunda və sahələrin müxtəlif müəssisələrinin
inkişaf sürətlərindəki dəyişiklikləri proqnozlaşdırmaq və
planlaşdırmaq mümkün deyildir.
Dostları ilə paylaş: |