Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə6/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   101
1.2. 
Fənnin məzmunu və vəzifələri 
 
“Müəssisənin  iqtisadiyyatı”  fənni  nəzəri  və  praktiki 
baxımından  öz  mahiyyətindən  asılı  olaraq,  iqtisadi  elmin 
tərkib  hissəsi  olaraq,  həm  konkret  iqtisadiyyata,  həm  də 
sahə  iqtisadiyyatına  aiddir.  “Müəssisənin  iqtisadiyyatı” 
fənn iqtisadiyyatın bütün ixtisaslarında iqtisadçı  bakalavr 
təhsil  səviyyəsi  üzrə  iqtisadçı  kadr  hazırlığı  prosesində 
tədris  olunan  əsas  fənlərin  tərkibində  mühüm  yer  tutur 
(çünki,  cəmiyyətdə  maddi nemətlər istehsalı,  əsasən,  mü-
əssisələr  vasitəsilə  həyata  keçirilir).  “Müəssisənin  iqtisa-
diyyatı” fənni xüsusi iqtisadi elmlərə konkret iqtisadiyyata 
və  sahə  iqtisadiyyatına  aiddir.  Fənnin  əsas  vəzifələrindən 
biri  cəmiyyətin  tələbatını  ödəməsi  məqsədilə  onun  möv-


 
 
11 
cud olan bütün resurslarını səfərbər etmək və tələb olunan 
məhsulların istehsalına və xidmət göstərilməsinə yönəldil-
məkdir.  Bunun  üçün  istehsalın  təşkili,  idarə  edilməsi, 
müasir şəraitə uyğun olan iqtisadi və hüquqi islahatlardan 
gələn  vəzifələrlə  əlaqədar  olaraq,  iqtisadiyyat  sahəsində, 
onun  təsərrüfat  subyektlərində  idarəetmə  sisteminin  tək-
milləşdirilməsi,  dövlətin  müəssisə  iqtisadiyyatına  tənzim-
ləmə tədbirləri, təşkilati prosesləri, onun gələcək inkişafını 
və s. kimi məsələləri öyrənməkdir.  
“Müəssisənin iqtisadiyyatı” fənnin tədrisində məqsəd 
tələbələri  müasir zamana uyğun  iqtisadiyyatın ümumi qa-
nunauyğunluqlarının  müəssisələrdə  formalaşan  xüsusiy-
yətləri və onun fəaliyyətinə təsiri formaları təsərrüfat təd-
birlərinin  həyata  keçirilməsinin  dəqiq  yolları,  istiqamət-
ləri, texniki, texnoloji və iqtisadi siyasətin planlaşdırılma-
sı,  istehsalın  iqtisadi  səmərəliliyinin  qiymətləndirilməsi 
metodologiyası, bundan əlavə idarəetmə qərarlarının əsas-
landırılması  metodları  tətbiqində  təcrübədə  öz  yerini  və 
səmərəsini tapmış biliklərlə silahlandırmaqdadır. 
Yuxarıda qeyd olunan kimi, “Müəssisənin iqtisadiy-
yatı”  fənnin  tələbələrə  bakalavr  səviyyəsinə  tədrisin  əsas 
məqsədi müasir tələblərə uyğun olaraq müəssisələrin iqti-
sadiyyatının  bütün  qarşıda  duran  məsələləri  haqqında  zə-
ruri bilikləri verməkdir. 
Bu  fənnin  dərs  vəsaitində  izah  olunan  məzmunu  və 
mövzular  üzrə  quruluşu  müəssisənin  iqtisadiyyatı  ilə  sıx 
bağlı  olan  proseslərin  qarşılıqlı  əlaqə  və  asılılığı  nəzərə 
alınmaqla məntiqi ardıcıllıqla qurulmuşdur. 
Müəssisəni tələblərə  cavab  verən fəaliyyətinin öyrə-
nilməsi və mənimsəməsi məqsədilə fənnin materialı möv-
zular əsasında qurulub və onların arasında ardıcıl və əlaqə-
li problemlərin (məsələlərin) həlli izah olunur. 


 
 
12 
Dərs vəsaitinin sayca birinci mövzusunda fənnin ob-
yekti, predmeti, əsas vəzifələri və öyrənilməsi metodologi-
yasından,  bazar  iqtisadiyyatının  mahiyyətindən  və  onun 
xarakterik  cəhətlərindən,  bazar  iqtisadiyyatı  şəraitində 
müəssisənin məqsəd və funksiyasından, istehsalın mahiy-
yətindən  və  resurslarından,  istehsal  prosesinin  müxtəlifli-
yindən  və  təsnifatından,  bazar  iqtisadiyyatı  şəraitində 
müəssisələrin iqtisadi məzmunu, əlamətləri və vəzifələrin-
dən, onların təşkilinin hüquqi – təşkilati formalarından və 
təsnifatından, yaradılması və ləğvi qaydalarından, mövcud 
müəssisələri təkmilləşdirərək bazar iqtisadiyyatı müəssisə-
lərinə  çevrilməsinin  zəruriliyindən  və  xarakterik  cəhətlə-
rindən bəhs edilir. 
Müəssisənin  əsasını  onun  quruluşu,  tərkibində  olan 
struktur bölmələri, sex, istehsal sahələri, onların quruluşu 
prinsipləri,  bundan  başqa  briqadaları,  onların  növlər  üzrə 
təşkili,  fəaliyyəti  və  nəhayət,  icraçıların  iş  yerləri,  onların 
təsnifatı haqda əsas məsələlər açıqlanır və izah olunur. 
Müasir  zamanda  bazar  iqtisadiyyatının  hərtərəfli  in-
kişafında  sahibkarlığın  təşkili,  inkişaf  mərhələləri,  sahib-
karlığın  əhatə  etdiyi  sahələri,  onun  fəaliyyət  növləri,  for-
maları,  sahibkarlığın  və  milli  inkişafında  özəlləşdirmənin 
roluna geniş yer ayrılır və ətraflı göstərilir. 
Hər bir fəaliyyətinin nəticəsi onun səmərəlilik göstə-
ricisi  ilə  ölçülür  və  qiymətləndirilir.  Bu  səbəbdən  tədqiq 
olunan  materiallardan  iqtisadi  səmərəliliyinin  mahiyyəti 
və  meyarı,  onun  ümumi  (mütləq)  və  müqayisəli  (nisbi) 
göstəriciləri  açıqlanır,  onların  hesablanması  və  yüksəldil-
məsi  yolları  izah  olunub.  Dərs  vəsaitinin  sonrakı  mövzu-
sunda idarəetmə mexanizmi və onun ünsürlərindən, idarə-
etmə  prosesi  və  sistemlərindən,  idarəetmənin  funksiya-
larından və onların təsnifatından, idarəetmə strukturundan 


 
 
13 
və  onun  formalaşdırılmasından,  müəssisələrdə  institutsio-
nal  islahatlardan,  idarəetmənin  informasiya  və  sənədlərlə 
təminatından,  idarəetmə  qərarları  və  onların  optimallaşdı-
rılmasından danışılır. 
Müəssisənin  mövcud  istehsal  resurslarının  səmərəli 
istifadəsində  planlaşdırmanın  əhəmiyyəti,  onun  düzgün 
təşkil olunmasından asılıdır. Planlaşdırmaya aid olan onun 
mahiyyətindən,  prinsiplərindən,  metodlardan  ibarət  olan 
material izah olunub. Burada strateji planlaşdırma və onun 
mərhələləri geniş açıqlanıb və bu da müəssisənin planlaş-
dırmada proqnozlaşdırmanın rolunu göstərir. Tələblərə uy-
ğun olaraq, müəssisə biznes – planı əsasında öz proqramı-
nı tutur və burada biznes – planının bölmələrinin əsaslan-
dırılması, onun göstəriciləri əks etdirilmiş, müəyyən açıq-
lamalar verilir.  
Müəssisələrin sərbəst fəaliyyətinin təşkili onların in-
teqrasiya prosesində geniş iştirakı xarici-iqtisadi fəaliyyə-
tini  beynəlxalq  əmək  bölgüsü  əsasında  təşkilin  daha  da 
əsaslandırılması, amillərin formaları və hüquqi tənzimlən-
məsinə aid böyük və əsaslı tövsiyələr təklif olunur. Müəs-
sisənin xarici–iqtisadi fəaliyyətin nəticələrin alınması, iqti-
sadi səmərəliliyin hesablanması və müsbət nəticələrin əldə 
edilməsi yolları açıqlanıb. Belə ki, elmi-texniki tərəqqinin 
mahiyyəti  və  istehsalın  səmərəliliyinin  yüksəldilməsində, 
onun rolundan, elmi-texniki tərəqqinin əsas istiqamətlərin-
dən, elmi-texniki tərəqqi üzrə tədbirlərin həyata keçirilmə-
si nəticəsində əldə ediləcək iqtisadi səmərənin hesablanma 
metodikasından,  elmi-texniki  potensial,  onun  mahiyyəti, 
tərkibi və səviyyə göstəricilərindən və ölçülməsi üsulların-
dan, məhsulun keyfiyyətinin yüksəldilməsi yollarından  və 
bu sahədə standartların, texniki şərtlərin, sertifikatların  və 
fabrik-zavod normativlərinin rolundan danışılır. 


 
 
14 
Kitabda  növbə  ilə  gələn  mövzularda  sənaye  müəssi-
səsinin  kadrlarının  tərkibi,  quruluşu  və  təsnifatından, 
müəssisə kadrlarının idarə edilməsindən, əmək məhsuldar-
lığı və onun yüksəldilməsi yollarından, əməyin ödənilmə-
sinin forma və sistemlərindən, əməyin ödənilməsi fondun-
dan,  müəssisənin  əsas  və  dövriyyə  istehsal  fondlarından, 
həmçinin dövriyə vəsaitlərindən və onlardan səmərəli isti-
fadənin  qiymətləndirilməsindən,  istifadənin  yaxşılaşdırıl-
ması  yollarından, sənaye müəssisələrində tikinti-quraşdır-
ma işlərinin təşkili və planlaşdırılmasından, istehsal xərc-
ləri  və  məhsulun  maya  dəyərindən  və  onların  aşağı  salın-
masının xalq təsərrüfatı əhəmiyyətindən, müəssisənin ma-
liyyəsinin  mahiyyətindən,  funksiyalarından,  maliyyə  re-
surslarının  yaranma  mənbələrindən  və  onlardan  istifadə 
istiqamətlərindən, mənfəət və onun artırılmasının əhəmiy-
yətindən,  istehsalın  rentabelliyi  yollarından,  müəssisələ-
rindən geniş şərh edilir. 
Fikrimizcə,  dərs  vəsaitinin  təklif  edilən  məzmunda 
və quruluşda tədrisi bakalavr səviyyəsində hazırlanan iqti-
sadçılara müəssisələrin iqtisadiyyatı haqqında zəruri bilik-
lərin  mənimsənilməsinə  imkan  verəcəkdir.  “Müəssisənin 
iqtisadiyyatı” fənninin tədris olunması tələbələri aşağıdakı 
keyfiyyətlərlə silahlandırmağı nəzərdə tutur: 
a)  milli  iqtisadiyyatın  formalaşmasında  və  Azərbay-
can Respublikasının dünya iqtisadi inteqrasiyasına qovuş-
masında  sənaye  müəssisələrinin  yeri  və  rolunu  müəyyən-
ləşdirmək; 
b)  bazar  iqtisadiyyat  şəraitində  sənaye  müəssisələri-
nin müasir inkişaf meyllərini və inkişafının qanunauyğun-
luqlarını  aşkara  çıxarmaq  və  onlardan  səmərəli  istifadə 
etmək təcrübəsini öyrətmək


 
 
15 
c) sənaye istehsalının ayrı–ayrı istiqamətlərdə inkişaf 
perspektivlərini  müəyyənləşdirmək  və  onların  həyata 
keçirilməsi  üçün  zəruri  təşkilati-texniki  və  iqtisadi–sosial 
tədbirləri işləyib hazırlamaq bacarığını öyrətmək
d)  sənaye  müəssisələrinin  idarəetmə  strukturlarının 
yenidən  qurulması  xüsusiyyətlərini,  idarəetmə  sistemləri, 
metodları və funksiyalarını, idarəetmə qərarlarının işlənib 
hazırlanması,  qəbul  edilməsi  və  icra  olunması  texnologi-
yasını mənimsəmək və ondan istifadə etmək
e)  istehsalın  iqtisadi  səmərəliliyinin  yüksəldilməsi 
ehtiyatlarını  aşkara  çıxarmaq  məqsədilə  analitik  təhlil 
aparmağı  bacarmaq  və  s.,  çünki  hər  hansı  bir  hadisənin, 
prosesin təhlili və araşdırılması müəyyən qayda və metod-
lara əsaslanır. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin