Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə5/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   101
Ġqtisadiyyat  –  maddi  nemət  və  xidmətlərlə  təmin 
edən xalq təsərrüfatı sahələrinin məcmusu, insanların baş-
lıca  fəaliyyət  sahəsidir.  Onun  inkişaf  dərəcəsi  məhsuldar 
qüvvələrin  və  istehsal  münasibətlərinin  səviyyəsi  və  xa-
rakteri ilə müəyyən edilir. 
İlk  dəfə  “iqtisadiyyat”  sözünü,  anlayışını  qədim  yu-
nan alimi Ksenofont  (e.ə. 430 – 355) – ev təsərrüfatı, son-
ra Aristotel (e. ə. 384 – 322) tərəfindən “Oykonomiya” de-
yərək  “oykos”  (ev,təsərrüfat)  və  “nomos”(qayda,  qanun) 
sözlərinin birləşmələrindən yaratmışdır [9]. 
İqtisadiyyatın öyrənməsi həm tədqiqi və həm də ida-
rə olunması baxımdan dörd tərkib hissəsinə bölünür: mik-
ro, mezo, makro və meqo (super) iqtisadiyyat.  
“Müəssisənin iqtisadiyyatı”  –  sənaye  müəssisələrini, 
onu təşkil edən bölmələrin fəaliyyətini, idarəetmə, planlaş-
dırma məsələlərini öyrənir və təhlil edir. 
“Müəssisənin iqtisadiyyatı”-nın predmeti – iqtisadiy-
yatın  məqsədəuyğunluq  tələblərinə  cavab  verən,  cəmiy-
yətin  və  əhalinin  tələbatının  dolğun  ödənilməsinə  xidmət 
etməsi,  buraxılan  məhsulun  keyfiyyətini  yaxşılaşdırmaq, 
əmək məhsuldarlığını yüksəltməkdir. 
Fənnin  obyekti  isə  iqtisadiyyatın  ayrı  –  ayrı  sahələ-
rin, onların iqtisadi xüsusiyyətlərini öyrənməkdir: müəssi-
sələrarası əlaqələr, onların istehlak dəyəri və digərləri. Bu 
isə konkret müəssisənin geniş təkrar istehsaldakı rolunu və 
yerini  müəyyən  edir,  yəni  onların  inkişaf  səviyyəsini  və 


 
 

sürətini, istehsal olunan məhsulun həcmini, daxili struktu-
runu  əsas  tutur.  Müəssisələr  ayrı  –  ayrı  bölmələr,  sexlər, 
istehsal sahələr, briqadalar, iş  yerləri və s. fənnin obyekt-
lərini təşkil edir. 
İqtisadiyyat bir tərəfdən insanların çox geniş miqyas-
lı fəaliyyət və onların maddi və sosial ehtiyaclarını təmin 
edən  yeganə  təsərrüfat  sferasıdırsa,  digər  tərəfdən  o  həm 
də,  elm  sahələrindən  biridir.  “İqtisadiyyat”  bir  elm  sahəsi 
kimi  bazar  strukturlarının  və  cəmiyyətin  təsərrüfat  sub-
yektlərinin  fəaliyyət  mexanizminin,  onların  qarşılıqlı  əla-
qə, asılılıq və təsirlərini tədqiq edir, öyrənir. 
Təsərrüfat və onun idarəetmə qanunları mənasını da-
şıyan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət 
dairəsini,  bütövlükdə  iqtisadiyyat  mənasını  ifadə  etməyə 
başlamışdır. Müasir zamanda dünyanın əksər ölkələrində, 
müxtəlif dillərdə “Ekonomiks” geniş anlamlı bir kateqori-
ya  kimi  işlənir.  Azərbaycanda  və  bir  sıra  islam  ölkələri 
xalqlarının  dilində  “ekonomika”  ərəb  dilindən  alınmış 
“iqtisadiyyat”, “iqtisad” kimi sözlərlə ifadə olunur. Lüğəti 
mənası  da  elə  “ekonomika  anlayışının  bildirdiyi  mənaya 
uyğundur”. 
Mikroiqtisadiyyat – elmi iqtisadiyyatın müxtəlif müəs-
sisə  və  ya  istehsal  firmaları,  əmtəə  və  maliyyə  bazarları, 
bankları, ev təsərrüfatı kimi iqtisadi strukturları və onların 
ünsürlərinin fəaliyyətini tədqiq edir. 
Mezoiqtisadiyyat  –  bir  –  biri  ilə  təsərrüfat  əlaqələri 
üzrə bağlı olan sahə komplekslərinin iqtisadiyyatıdır. Mə-
sələn, aqrar–sənaye kompleksi, aqrar–biznes, hərbi – səna-
ye kompleksi. 
Makroiqtisadiyyat  –  məcmu  təklif  və  tələbin  forma-
laşması,  milli  gəlirin  və  ümumi  milli  məhsulun  istehsalı 
dinamikasındakı  dəyişiklikləri  tədqiq  etməklə,  hökumətin 


 
 
10 
büdcə  və  Mərkəzi  Bankın  pul  siyasətinin  iqtisadi  artıma, 
inflyasiyaya,  işsizlik  problemlərinə,  beynəlxalq  ticarətin 
inkişafı  və  qiymətin  səviyyəsinə  təsirlərini  öyrənməklə 
məşğul olur. 
Meqoiqtisadiyyat  –  bütövlükdə  dünya  iqtisadiyyatı, 
beynəlxalq  iqtisadiyyat  deməkdir.  Dünya  ölkələrinin  iqti-
sadi inteqrasiyası genişləndikcə, azad iqtisadi zonalar say-
ca  çoxaldıqca  və  xüsusilə  qloballaşma  dərinləşdikcə  me-
qoiqtisadiyyatın  tədqiqat  obyekti  də  əhatə  baxımından 
miqyasca artacaqdır. 
Müasir müəssisələrdəki iqtisadi – təsərrüfat fəaliyyə-
tinin  mürəkkəbliyi  müəssisə  iqtisadiyyatını  müstəqil  elmi 
fənn  kimi  ayırmağın  zəruriliyini  müəyyən  etmişdir.  Bu 
fənn  müəssisənin  fəaliyyətinə  təsərrüfat  rəhbərliyinin 
kompleks məsələlərinin, istehsal prosesi ünsürlərindən da-
ha yaxşı istifadə etmək məqsədilə bütün ünsürlərin səmə-
rəli əlaqələndirilməsi metodlarının öyrənilməsini qarşısına 
məqsəd qoyur. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin