Ayətullah Seyid Əli Xamenei


Altıncı fəsil: İmam Hüseyn (ə)



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə18/41
tarix19.05.2022
ölçüsü1,43 Mb.
#116031
1   ...   14   15   16   17   18   19   20   21   ...   41
250-YAŞLI-İNSAN

Altıncı fəsil: İmam Hüseyn (ə) 
Əziz ilahi bir din kimi İslamı tәhdid edәn bütün tәhlükәlәr 
İslamın meydana çıxdığı zaman, yaxud ondan öncә Allah 
tәrәfindәn proqnoz edilmiş vә o tәhlükәlәrә qarşı tәdbir 
vasitәsi bu dinin özündә nәzәrdә tutulmuşdur; sağlam bir 
bәdәnin xәstәliklәrә qarşı müqavimәt gücü özündә olduğu 
kimi. Sanki mühәndis bir maşın düzәltmiş vә tәmir alәtlәrini 
dә onun içinә qoymuşdur. Hәr bir şey kimi İslamı da bәzi 
tәhlükәlәr tәhdid edir. Buna qarşı tәdbir görmәk lazımdır vә 
Allah-Taala bu tәdbir vasitәsini İslamın özündә yaratmışdır. 
Bәs o tәhlükә nәdir? İslamı iki әsas tәhlükә tәhdid edir: biri 
xarici düşmәnlәr, digәri isә daxildәn mәhvolma tәhlükәsidir. 
Xarici düşmәn bayırdan müxtәlif silahlarla bir quruluşun 
varlığını, tәfәkkürünü, ideoloji tәmәllәrini, qanunlarını vә hәr 
şeyini hәdәf seçәndir. Bayırdan nә demәkdir? Mütlәq ölkә vә 
quruluşun xaricindәn yox, ölkәnin daxilindә dә ola bilәr. 
Özlәrini quruluşa yad bilәn vә ona qarşı çıxan düşmәnlәr var. 
Bunlar özgәdirlәr, yaddırlar. Bunlar quruluşu mәhv etmәyә vә 
dağıtmağa çalışırlar; xәncәrlә, odlu silahla, әn müasir 
texnikalarla, informasiya hücumları ilә, pulla vә ixtiyarlarında 
olan hәr bir şeylә. Bu bir növ düşmәndir. 
İkinci düşmәn vә tәhdid isә daxildәn mәhvolma 
tәhlükәsidir. Bu daha yadlara mәxsus deyil, doğmaların 
tәhdididir. Bir quruluşda doğmalar yorğunluq, düzgün yolu 
dәrk etmәkdә sәhvә yol vermәk üzündәn, nәfsә mәğlub 
olmaq, maddi gözәlliklәrә uymaq vә onları böyük saymaq 
kimi amillәrdәn irәli gәlәrәk birdәn-birә daxildә tәhdid yarada 
bilirlәr. Bunun tәhlükәsi birinci amildәn dә artıqdır. 
Hәr bir quruluş, hәr bir tәşkilat üçün bu iki düşmәn - xarici 
vә daxili tәhdid mövcuddur. İslam hәr iki tәhdidә qarşı yol 
göstәrmiş vә cihad tәyin etmişdir. Cihad xarici düşmәnlәrә 
mәxsus deyil: “Kafir vә münafiqlәrlә cihad et”.
1
Münafiq 
1
Tövbә/73 


111
özünü quruluşun daxilinә salır. Odur ki, bunların hamısı ilә 
cihad etmәk lazımdır. Cihad quruluşa müxalif vә düşmәn 
olduğuna görә ona hücum etmәk istәyәnlәrә qarşı edilir. 
Hәmçinin daxili parçalanma ilә mübarizә üçün çox dәyәrli 
olan әxlaq tәlimlәri mövcuddur. Bu tәlimlәr dünyanı hәqiqi 
şәkildә insana tanıtdırır: “Bilin ki, dünya hәyatı oyun-
oyuncaq, bәrbәzәk, bir-birinizin qarşısında öyünmәk, mal-
dövlәti vә oğul-uşağı çoxaltmaqdan ibarәtdir“.
1
Yәni dünyanın 
zinәt vә lәzzәtlәri sizә lazım olsa da, onlardan istifadә etmәyә 
mәcbur olsanız da, hәyatınız onlarla әlaqәdar olsa da, bilin ki, 
bunları mütlәqlәşdirmәk, bu ehtiyacların arxasınca gözübağlı 
hәrәkәt etmәk vә mәqsәdlәri unutmaq çox tәhlükәlidir. 
Əmirәlmöminin (ә) döyüş meydanlarının aslanıdır. Adama 
elә gәlir ki, onun sözlәrinin yarıdan çoxu cihad, döyüş vә 
qәhrәmanlıq 
haqdadır. 
Nәhcül-bәlağәnin 
xütbә 
vә 
rәvayәtlәrinә baxanda isә görürük ki, o hәzrәtin әksәr 
tövsiyәlәri әxlaqa, tәqvaya, gözütoxluğa, dünyanı kiçik 
saymağa, mәnәvi vә bәşәri dәyәrlәri uca tutmağa aiddir. 
İmam Hüseynin (ә) işi xarici düşmәnә, ilahi çevrәdәn 
xaricdә vә ona müxalif olan düşmәnә qarşı – yәni bu düşmәn 
sәrhәdlәr xaricindә olmaya da bilәr - cihadla yüksәk vә 
bәnzәrsiz hәddә nәfsә qapılmağa, fәrdi vә ictimai azğınlıqlara 
qarşı cihadı birlәşdirmәkdir. Yәni Allah-Taala bilir ki, bu 
hadisә qarşıya çıxacaq. Buna görә dә yüksәk sәviyyәli bir 
nümunә tәqdim olunmalı vә örnәk göstәrilmәli idi. Necә ki, 
ölkә çempionları mәşğul olduqları idman növündә digәrlәrinin 
hәvәslәnmәsinә sәbәbkar olurlar. Sözsüz ki, bu, izah etmәk 
üçün kiçik bir misaldır. Aşura macәrası hәr iki cәbhәdә böyük 
bir cihaddan ibarәtdir; hәm xarici düşmәnlә, yәni azğın xilafәt 
aparatı vә ona yapışmış dünyagirlәrlә, әziz Peyğәmbәrin (s) 
insanların xilası üçün istifadә etdiyi hakimiyyәti İslam vә 
Peyğәmbәr (s) yolunun әks istiqamәtinә aparmaq istәyәn 
şәxslәrlә mübarizә cәbhәsindә, hәm dә daxili cәbhәdә, yәni o 
1
Hәdid/20 


112
zaman cәmiyyәtin ümumi şәkildә getdiyi daxili fәsadla 
mübarizәdә. 
Mәnim fikrimcә, ikinci amil daha әhәmiyyәtlidir. Müәyyәn 
müddәt ötmüş, әvvәldәki çәtinliklәr arxada qalmış, fәthlәr baş 
vermiş, qәnimәtlәr әldә olunmuş, ölkәnin әhatәsi genişlәnmiş, 
xarici düşmәnlәrin tәhlükәsi dәf edilmiş, ölkәyә çoxlu 
sәrvәtlәr gәlmişdi; bәzilәri varlanmış, bәzilәri zadәgan 
tәbәqәsi yaratmışdılar. İslamın zadәganlığı mәhv etmәsindәn 
bir müddәt sonra İslam dünyasında yeni aristokratlar tәbәqәsi 
vücuda gәldi. Bәzi qüvvәlәr İslam adı ilә, İslam postları ilә - 
filan sәhabәnin oğlu, Peyğәmbәrin (s) filan dostunun oğlu, 
Peyğәmbәrin (s) filan qohumunun oğlu olaraq özlәrinә 
yaraşmayan işlәrә qurşandılar. Bunların bәzisinin adı tarixdә 
qeyd olunmuşdur. Elәlәri tapıldı ki, qızlarının mehri üçün әziz 
Peyğәmbәrin (s), Əmirәlmömininin (ә) vә erkәn İslam çağı 
müsәlmanlarının dediyi 480 dirhәmdәn ibarәt olan sünnә 
mehrinin yerinә bir milyon dinar – yәni bir milyon misqal 
xalis qızıl tәyin etdilәr. Kimlәr? Böyük sәhabәlәrin, misal 
üçün, Müsәb ibn Zübeyrin vә digәrlәrinin oğulları.
Hadisәlәr Peyğәmbәrin (s) vәfatından 10 ildәn az bir 
zamandan sonra başlandı. Öncә İslamda parlaq keçmişi 
olanlar - Peyğәmbәrin (s) müharibәlәrindә iştirak etmiş 
şәxslәr vә digәr sәhabәlәr xüsusi imtiyazlardan bәhrәlәndilәr. 
Beytülmaldan daha artıq bәhrәlәnmә o imtiyazlardan biri idi. 
Deyirdilәr ki, onları digәrlәri ilә bәrabәr tutmaq düzgün deyil. 
Bu birinci iş idi. Yayınma ilә nәticәlәnәn hәrәkәtlәr belә kiçik 
nöqtәdәn başlayır vә hәr bir addım sonrakını daha da 
sürәtlәndirir. Yayınmalar belә başlandı, nәhayәt, Osmanın 
xilafәtinin ortalarında pik hәddә çatdı. Üçüncü xәlifәnin 
dövründә Peyğәmbәrin (s) böyük sәhabәlәri dövrün әn varlı 
adamlarından sayıldılar. Diqqәt yetirirsiniz? Yәni adları 
mәşhur olan bu hörmәtli sәhabәlәrin - Tәlhәnin, Zübeyrin, 
Sәd ibn Əbu Vәqqasın vә digәrlәrinin hәr birinin Bәdrdә, 
Hüneyndә, Ühüddә qalın bir kitab dolu parlaq keçmişlәri 
vardı. Bu adamlar milyonçuların birinci sırasında yer aldılar. 


113
Onların biri öldükdәn sonra qalmış qızılları varislәri arasında 
bölmәk istәyәndә әvvәlcә külçә formasına saldılar vә sonra 
balta ilә qırıb bölmәyә başladılar; balta ilә kiçik parçalara 
bölünәn odun kimi. Qızılı adәtәn misqalla ölçürlәr. Görün nә 
qәdәr olub ki, onu balta ilә sındırırmışlar. Bunlar tarixdә qeyd 
olunmuşdur, yalnız şiә kitablarında yazılmayıb. Bunlar 
hamının yazmağa vә qeyd etmәyә çalışdığı hәqiqәtlәrdir. 
Onlardan qalan dirhәm vә dinarların miqdarı fantastik idi.
Cәmiyyәtin daxildәn çürümәsi dedikdә bunu nәzәrdә 
tuturuq; yәni cәmiyyәtdә özlәrinin dünyagirlik vә 
şәhvәtpәrәstlikdәn ibarәt olan vә tәәssüf ki, hәm dә öldürücü 
olan yoluxucu әxlaq xәstәliklәrini tәdricәn cәmiyyәtә köçürәn 
insanlar peyda olurlar. Mәgәr belә bir vәziyyәtdә kiminsә 
Yezid ibn Müaviyә rejiminә qarşı çıxmağa ürәyi, cürәti, yaxud 
hövsәlәsi olar?! Mәgәr belә bir şey baş verәr?! Yezidin 
ozamankı zülm vә fәsad dolu rejiminә qarşı mübarizә 
aparmağı kim ağlından keçirәr?! Belә bir şәraitdә möhtәşәm 
Hüseyn (ә) qiyamı baş verib hәm düşmәnә, hәm dә adi 
müsәlmanlar arasında mәhvә aparan rahatçılıq vә fәsadçılıq 
ruhiyyәsinә qarşı mübarizә apardı. Bu mühüm mәsәlәdir.

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin