Ayətullah Seyid Əli Xamenei


Beşinci fəsil: İmam Həsən (ə)



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə16/41
tarix19.05.2022
ölçüsü1,43 Mb.
#116031
1   ...   12   13   14   15   16   17   18   19   ...   41
250-YAŞLI-İNSAN

Beşinci fəsil: İmam Həsən (ə) 
İmam Hәsәn Müctәbanın (ә) dövrü, o hәzrәtin Müaviyә ilә 
sülhü, yaxud sülh adlanan mәsәlә erkәn çağ İslam inqilabının 
ümumi prosesindә taleyüklü vә misilsiz bir hadisә idi. Ondan 
sonra buna bәnzәr hadisә baş vermәmişdir. Bu cümlәni bir 
qәdәr izah etmәk vә sonra әsas mәtlәbә keçmәk istәyirәm. 
İslam inqilabı - yәni İslam tәfәkkürü vә Allah-Taalanın 
göndәrdiyi İslam adlı әmanәt birinci dövrdә bir hәrәkat, 
mübarizә vә böyük inqilab prosesi kimi özünü göstәrdi. Bu, 
Allah rәsulunun Mәkkәdә uyğun düşüncәni elan etdiyi, tövhid 
vә İslam düşmәnlәrinin dә vuruşduğu vә inkişafına mane 
olduğu zamana aiddir. Peyğәmbәr (s) mömin qüvvәlәrin 
kömәyi ilә bu hәrәkatı idarә etdi, Mәkkәdә çox ağıllı, güclü vә 
mütәrәqqi bir mübarizә başlatdı. Bu hәrәkat vә mübarizә on 
üç il sürdü. Bu birinci mәrhәlә idi.
On üç ildәn sonra bu tәfәkkür Peyğәmbәrin (s) tәlimlәri, 
şüarları, idarәçiliyi, fәdakarlığı vә digәr amillәr sayәsindә 
hakimiyyәtә vә bir ümmәtin ictimai-siyasi quruluşuna 
çevrildi. Bu, Allah rәsulunun Mәdinәyә hicrәt etdiyi, oranı 
özünә mәrkәz seçdiyi, orada İslam hökumәti qurduğu vә 
İslamın hәrәkatdan hökumәtә çevrildiyi zamana aiddir. Bu 
ikinci mәrhәlә idi. 
Bu proses әziz Peyğәmbәrin (s) hәyatının on ilindә, ondan 
sonra beş xәlifә dövründә vә İmam Müctәbanın (ә) tәxminәn 
altı ay sürәn xilafәtinә qәdәr davam etdi. Bu zaman İslam 
hökumәt formasında idi, bir ictimai sistem hakim idi; yәni 
hökumәt, ordu, siyasi, mәdәni vә hüquqi işlәr, xalqın iqtisadi 
münasibәtlәri idarә olunur vә sürәtlә inkişaf edirdi. Bu proses 
hәmin formada davam etsәydi, bütün yer üzünü әhatә edәrdi. 
İslam dini buna qabiliyyәtli olduğunu göstәrdi. 
İmam Hәsәnin (ә) dövründә müxalif cәrәyan güclü inkişaf 
edib bir maneәyә çevrilә bildi. Bu cәrәyan İmam Müctәbanın 
(ә) dövründә deyil, illәr öncә yaranmışdı. Əgәr etiqadi 
mәsәlәlәri kәnara qoyub yalnız tarixi faktlara әsaslansaq, iddia 


89
edә bilәrik ki, o heç İslam dövründә dә yaranmamışdı. 
Peyğәmbәrin (s) hәrәkatı zamanı, yәni Mәkkә dövründә 
mövcud olan qüvvәlәrin davamı idi. Osmanın hakimiyyәtә 
gәlmәsi ilә xilafәt Bәni-Ümәyyәnin әlinә keçәndәn sonra 
görmә qabiliyyәtini itirmiş Əbu Süfyan yaxın adamları ilә bir 
mәclisdә oturmuşdu. Soruşdu ki, burada kimlәr var. Cavabı 
eşidib hamısının özlәrinki olduğunu, mәclisdә yad adamın 
olmadığını bilәndәn sonra onlara müraciәtlә dedi: "Xilafәti top 
kimi bir-birinizә ötürün".
1
Yәni xilafәtin başqasına keçmәsinә 
qoymayın. Bunu sünni vә şiә tarixçilәr yazmışlar. Bunlar 
etiqadi mәsәlәlәr deyil vә biz ümumiyyәtlә etiqadi baxımdan 
danışmırıq. Mәn mәsәlәlәrә bu aspektdәn yanaşmağı 
xoşlamıram, yalnız tarixi cәhәtlәri deyirәm. Əbu Süfyan o 
zaman müsәlman idi, lakin Mәkkәnin fәthindәn sonra, yaxud 
fәthinә yaxın müsәlman olmuşdu. Qürbәt vә zәiflik çağında 
deyil, İslamın qüdrәtlәnmәsindәn sonra bu dini qәbul etmişdi. 
Bu cәrәyan İmam Müctәbanın (ә) dövründә zirvә hәddinә 
çatdı vә Müaviyә ibn Əbu Süfyanın timsalında onun qarşısına 
çıxdı. Bu cәrәyan münaqişәyә başladı, İslam hökumәtinin - 
yәni hakimiyyәt İslamının qarşısını aldı, problemlәr yaratdı vә 
İslam hakimiyyәti prosesinin inkişafına praktik maneәyә 
çevrildi. 
İmam Hәsәnin (ә) sülhünә dair dәfәlәrlә demişik, 
kitablarda da yazmışlar ki, hәtta İmam Əlinin (ә) özü dә İmam 
Hәsәn Müctәbanın (ә) yerindә olsaydı, hәmin şәraitdә başqa 
bir iş görә bilmәzdi. Heç kәs deyә bilmәz ki, İmam Hәsәnin 
(ә) filan işi şübhәlidir. Xeyr! O hәzrәtin işlәri güclü mәntiqi 
әsaslara tamamilә uyğundur. Allah rәsulunun ailәsindә әn 
cәsur görünәn kimdir? Dini qorumaq üçün düşmәn qarşısında 
әn qeyrәtli görünәni kim olmuşdur? Hüseyn ibn Əli (ә). O 
hәzrәt bu sülhün bağlanmasında İmam Hәsәnlә (ә) ortaq idi. 
Sülhü yalnız İmam Hәsәn (ә) bağlamadı, o vә İmam Hüseyn 
(ә) birgә bu işi gördülәr. Lakin İmam Hәsәn (ә) öndә idi, 
1
Tәbrisi. "Əl-İhticac", c. 1, sәh. 234 


90
İmam Hüseyn (ә) isә onun arxasında. İmam Hüseyn (ә) 
qardaşının sülh ideyasının tәrәfdarlarından idi. Xüsusi bir 
mәclisdә dәliqanlı vә cәsur sәhabәlәrdәn biri İmam Hәsәnә (ә) 
etiraz edәndә İmam Hüseyn (ә) ona qarşı çıxdı.
1
Heç kәs deyә 
bilmәz ki, İmam Hüseyn (ә) İmam Hәsәnin (ә) yerindә 
olsaydı, bu sülh baş tutmazdı. Xeyr! Bu sülh imzalananda 
İmam Hüseyn (ә) İmam Hәsәnin (ә) yanında idi. Əgәr İmam 
Hüseyn (ә) tәk olsaydı da, hәmin şәraitdә eyni işi görәr vә 
sülh müqavilәsini imzalayardı. 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin