Ayətullah Seyid Əli Xamenei


Sükut və əməkdaşlıq dövrü



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə12/41
tarix19.05.2022
ölçüsü1,43 Mb.
#116031
1   ...   8   9   10   11   12   13   14   15   ...   41
250-YAŞLI-İNSAN

Sükut və əməkdaşlıq dövrü 
Mәncә, әziz Peyğәmbәrin (s) vәfatından sonra yaşadığı 
otuz il Əmirәlmömininin (ә) hәyatının әn ağır dövrü 
olmuşdur. Böyük vә әziz Peyğәmbәrin (s) sayәsindә mübarizә 
apardıqları, cihad etdiklәri zaman şirin vә yaxşı günlәr idi. Acı 
günlәr Peyğәmbәrin (s) vәfatından sonra başladı. Bu dövrdә 
bәzәn fitnә buludları üfüqü o qәdәr qaraldırdı ki, düzgün 
addım atmaq istәyәnlәr bir addım da irәlilәyә bilmirdilәr. 
Əmirәlmöminin (ә) belә bir şәraitdә fәdakarlığın әn böyük 
imtahanını verdi. 
1
Nәhcül-bәlağә, xütbә 197 


58
Əvvәla, Peyğәmbәrin (s) vәfatı zamanı Əmirәlmöminin (ә) 
vәzifәsini yerinә yetirmәklә mәşğul idi. Deyә bilmәrik ki, o, 
İslam dünyasında hakimiyyәtin taleyini hәll edәcәk bir 
toplantının keçirildiyini, yaxud bunun mümkünlüyünü 
bilmirdi. Əmirәlmömininin (ә) problemi bu deyildi, onun üçün 
özü әhәmiyyәt kәsb etmirdi. Xilafәt mәsәlәsi hәll olunandan, 
xalq Əbubәkrә beyәt edәndәn vә hәr şey bitәndәn sonra 
Əmirәlmöminin (ә) kәnara çәkildi. Bu zaman ondan 
hakimiyyәtә qarşı bir cümlә, yaxud söz eşidilmәdi. İlk 
günlәrdә haqq bildiyini vә hәyata keçmәli olanı 
reallaşdırmağa çalışırdı, sonra isә xalqın beyәt etidiyini, 
mәsәlәnin bitdiyini vә Əbubәkrin müsәlmanların xәlifәsi 
olduğunu görәndә narazı olsa da, İslam tarixindә hakimiyyәt 
üçün heç bir zәrәrin, tәhlükә vә tәhdidin olmadığı bir insan 
kimi tanınır. Əmirәlmöminin (ә) çox sürmәyәn, bәlkә dә bir 
neçә aya qәdәr davam edәn birinci dönәm bitәndә deyirdi: 
"Bilirsiniz ki, mәn xәlifәliyә başqalarından daha layiqәm". 
Deyirdi ki, bunu özünüz dә bilirsiniz, amma Allaha and olsun, 
müsәlmanların işlәrinin sağlam şәkildә getdiyini bilincә, 
kiminsә zülmә mәruz qalmadığını görüncә әlimi әlimin 
üzәrinә qoyub tәslim olacağam. Yәni nә qәdәr ki, xalqa zülm 
olunmur vә yalnız mәnim haqqım tapdanır, heç kimlә işim 
olmayacaq, heç bir etiraz etmәyәcәyәm.
1
Qısa müddәtdәn, bәlkә dә bir neçә aydan sonra bәzi qruplar 
dindәn çıxmağa başladılar. Bu işdә müәyyәn qüvvәlәrin dә 
rolu ola bilәrdi. Bәzi әrәb qәbilәlәri Peyğәmbәrin (s), İslam 
rәhbәrinin olmadığını duyub etiraz etmәk vә vuruşmaq üçün 
bir bәhanә axtardılar, bәlkә dә münafiqlәr onları buna tәhrik 
edirdilәr. Hәr halda, dindәnçıxma tendensiyası vә bunun 
ardınca uyğun döyüşlәr başlandı. Vәziyyәt belә olanda 
Əmirәlmöminin (ә) gördü ki, kәnarda oturmaq zamanı deyil, 
hakimiyyәti müdafiә etmәk lazımdır. Buyurur ki, xilafәt 
mәsәlәsi hәll olunanda vә Əbubәkr müsәlmanların xәlifәsi 
1
Yenә orada, xütbә 74 


59
seçilәndә çәkilib kәnarda oturdum, sonradan xalqın bir 
qisminin İslamdan çıxaraq onu mәhv etmәk istәdiyini görәndә 
isә işә qarışdım.
1
Əmirәlmöminin (ә) fәal şәkildә proseslәrә 
qatıldı vә bütün mühüm ictimai mәsәlәlәrdә iştirak etdi. 
Onun özü üç xәlifәnin 25 illik xilafәti dövründәki iştirakını 
vәzirlik adlandırır. Osmanın qәtlindәn sonra Əmirәlmöminini 
(ә) xәlifә seçmәk istәyәndә buyurdu ki, mәn әmir olmaqdansa, 
keçmişdәki kimi vәzir olsam yaxşıdır; icazә verin vәzir olum.
2
O burada özünün 25 illik mövqeyini vәzirlik adlandırır. Yәni 
cәmiyyәtin idarәsindә daim mәqsәdlәrin xidmәtindә durur
xәlifәlәrә kömәk edirdi. Bu da olduqca böyük fәdakarlıqdır. 
İnsan Əmirәlmömininin (ә) necә fәdakarlıq göstәrdiyini 
düşünәndә hәqiqәtәn dәhşәtә gәlir. 
Bu 25 il әrzindә qiyam, çevriliş, dәstә toplamaq vә 
hakimiyyәtә gәlmәk haqda düşünmәdi. Belә şeylәr insanların 
beyninә gәlir. Əziz Peyğәmbәr (s) dünyadan köçәndә Əlinin 
(ә) tәxminәn 30-32 yaşı vardı. Sonralar da gәnclik, fiziki 
qüvvә vә fәallıq dövrünü yaşayırdı. Xalq arasında hörmәti, 
dәrin düşüncәsi, çoxlu elmi vә bir insan üçün mümkün olan 
bütün müsbәt cәhәtlәr onda yüksәk hәddә mövcud idi. O, bir 
iş görmәk istәsәydi, mütlәq bacarardı. Bu 25 ildә 
Əmirәlmöminin (ә) başda xәlifәlәrin durduğu İslam 
quruluşunun ümumi mәqsәdlәrinә xidmәtdәn başqa bir 
hәrәkәt etmәdi vә onlardan da heç bir narazılıq görünmәdi. 
Hәm dә bu dövrdә çox böyük hadisәlәr baş verdi. Mәn indi 
tarixi hadisәlәrin izahına keçmәk istәmirәm. 
İkinci xәlifәnin vәfatından sonra Əmirәlmöminini (ә) 
altınәfәrlik şuraya dәvәt etdilәr. İmam ona qoşuldu, küsüb 
demәdi ki, bunlar mәnim tayım deyillәr, Tәlhә, Zübeyr, 
Əbdürrәhman ibn Övf vә Osman hara, mәn hara. Ömәrin 
vәsiyyәtinә әsasәn, öz aralarından bir nәfәri xәlifә seçmәk 
üçün altınәfәrlik şura tәşkil olundu. Bu altı nәfәrin arasından 
1
Yenә orada, mәktub 62 
2
Yenә orada, xütbә 92 


60
xәlifәlik üçün hamıdan çox şansı vardı. Əbdürrәhman ibn 
Övfün sәsi tәyinedici idi. Əmirәlmömininin (ә) iki sәsi vardı: 
özü vә Zübeyr. Osmanın da iki sәsi vardı: özü vә Tәlhә. 
Əbdürrәhman ibn Övfün dә iki sәsi vardı: özü vә Sәd ibn Əbi 
Vәqqas. Odur ki, Əbdürrәhman ibn Övfün seçimi tәyinedici 
idi. Əli (ә) ilә beyәt etsәydi, xәlifә o olacaqdı, Osmanla beyәt 
etsәydi Osman. Əvvәlcә Əmirәlmömininә (ә) tәklif etdi ki, 
Allahın kitabı, Peyğәmbәrin (s) sünnәsi vә öncәki iki xәlifәnin 
yolu ilә hәrәkәt etsin. İmam buyurdu ki, mәn Allahın kitabını 
vә Peyğәmbәrin (s) sünnәsini qәbul edirәm, iki xәlifәnin yolu 
ilә isә işim yoxdur, onların ictihadına deyil, öz ictihadıma 
әmәl edәcәyәm. O, doğru vә haqq bildiyindәn azca güzәştә 
getmәklә hakimiyyәtә gәlә bilәrdi. Amma bir an da bu haqda 
düşünmәdi vә hakimiyyәti әldәn verdi. Burada da fәdakarlıq 
etdi, özünü әsla nәzәrә almadı vә xeyrindәn keçdi. 
Osmanın onikiillik hakimiyyәtinin sonlarında etirazlar 
artdı, çoxları ona müxalif oldu. Misirdәn, İraqdan, Bәsrәdәn 
vә digәr yerlәrdәn Mәdinәyә toplaşıb böyük bir izdiham 
yaratdılar, Osmanın evini mühasirәyә alıb hәyatını tәhdid 
etdilәr. Bu zaman Əmirәlmömininin (ә) yerindә olan nә 
edәrdi? Özünü xilafәt haqqına sahib bilәn, 25 ildir öz 
hüququndan mәhrum edilәn, indiki hakimin әmәllәrinә dә 
etirazı olan bir şәxs xәlifәnin evinin mühasirәyә alındığını 
görür. Adi adamlar, hәtta böyük şәxsiyyәtlәr burada nә 
edәrlәr? Tәlhәnin, Zübeyrin, Aişәnin vә bu hadisәdә hәr hansı 
formada әli olan digәr şәxslәrin gördüyü işi görәrlәr. Osmanın 
qәtli İslam tarixinin çox mühüm hadisәlәrindәn biridir. 
Nәhcül-bәlağәyә, İslam tarixinә vә әdәbiyyatına baxanda 
Osmanın qәtlinә sәbәb olanların vә onu öldürәnlәrin kimliyi 
tamamilә aydın olur. Sonralar Osmanla dostluq iddiasını şüar 
seçәnlәr arxadan xәncәr vurdular vә gizlicә tәhrik etdilәr. Əmr 
Asdan soruşdular ki, Osmanı kim öldürdü? Bir sәhabәnin 
adını çәkib dedi ki, filankәs xәncәrini düzәltdi, filankәs itilәdi, 
filankәs zәhәrә buladı, başqa birisi dә zәrbәni endirdi. Hәqiqәt 
dә budur. 


61
Əmirәlmöminin (ә) bu hadisәdә tam ixlasla dini vәzifәsinә 
әmәl etdi. İki dәyәrli gövhәr vә Peyğәmbәrin (s) iki yadigarı 
olan Hәsәn vә Hüseyni (ә) Osmanı müdafiә etmәk üçün onun 
evinә göndәrdi. Müxaliflәr Osmanın evinin әtrafını sarıb 
içәriyә su buraxmırdılar. Əmirәlmöminin (ә) Osmana su vә 
yemәk göndәrdi. Osmana qәzәblәnәnlәrlә dәfәlәrlә söhbәt 
edib onları sakitlәşdirmәyә çalışdı. Onlar Osmanı öldürәndә 
Əmirәlmöminin (ә) qәzәblәndi. 
Burada da bütün insanların malik olduğu mәnәm-
mәnәmlik, eqoistlik vә şәxsi hisslәr Əlidә (ә) әsla müşahidә 
olunmur. Osman öldürülәndә Əli (ә) hörmәtli bir şәxsiyyәt vә 
xilaskar insan kimi meydana çıxıb deyә bilәrdi ki, ey camaat, 
daha qurtuldunuz, xilas oldunuz. Xalq da onu sevәrdi. O isә 
belә etmәdi. Osmanın qәtlindәn sonra Əmirәlmöminin (ә) 
hakimiyyәtә can atmadı. Bu ruh nә qәdәr böyükdür: "Mәni 
buraxın vә başqasına müraciәt edin"
1
. Deyirdi ki, başqasını 
xәlifә seçsәniz, mәn onun kәnarında vәzir – yardımçı vә 
mәslәhәtçi olaram. İmam bu sözlәri hәmin gün buyurdu, xalq 
isә qәbul etmәdi vә Əlidәn (ә) başqa bir şәxsi hakim seçә 
bilmәzdi. 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin