Üçüncü fəsil: Əmirəlmöminin Əli ibn
Əbutalib (ə)
Əmirәlmömininin (ә) hәyatı müxtәlif şәraitlәrdә vә
müxtәlif cәhәtlәrdәn bütün nәsillәr üçün әbәdi vә unudulmaz
bir dәrsdir; istәr fәrdi işlәrdә, istәr ibadәtdә, münacatda, istәr
zahidliyindә, istәr daim Allahı yada salmaqda, istәr nәfslә,
şeytanla vә müxtәlif maddi istәklәrlә mübarizәdә.
Əmirәlmömininin (ә) bu cümlәlәri bәşәr alәmindә hәlә dә
rezonans doğurmaqdadır: "Ey dünya! Mәndәn qeyrisini
aldat!"
1
Ey dünya bәzәklәri, ey cazibәdar gözәlliklәr, әn
güclü insanları da tәlәyә salan istәklәr, gedin Əlidәn (ә)
qeyrisini aldadın. Əli (ә) bundan daha böyük, daha uca vә
daha güclüdür. Ayıq insanların hәr biri Əmirәlmömininin (ә)
hәyatının bütün anlarından – Allahla әlaqәsindәn vә
mәnәviyyatından unudulmaz dәrslәr öyrәnirlәr.
Əlinin (ә) cihadı haqq vә әdalәti bәrqәrar etmәk, ucaltmaq
üçün idi. Əziz Peyğәmbәr (s) elçilik missiyasını üzәrinә
götürdüyü ilk saatlardan öz kәnarında hәlә yeniyetmә çağını
yaşayan mübariz, mücahid, mömin vә fәdakar bir insan gördü.
O, Əli (ә) idi. Peyğәmbәrin (s) sәmәrәli ömrünün son
saatlarına qәdәr İslam quruluşu yaratmaq vә onu qorumaq
uğrunda mübarizә әzmi bir an da onu rahat buraxmadı. Nә
qәdәr mübarizә apardı, tәhlükәlәrә dözdü, haqq vә әdalәti
bәrqәrar etmәk üçün yorulmadan çalışdı. Heç kәs meydanda
qalmayanda o qalır, heç kәs sәhnәyә qәdәm qoymayanda o
qoyur, çәtinliklәr nәhәng dağ kimi Allah yolunun mübariz vә
mücahidlәrinә ağırlıq edәndә onun möhkәm qamәti digәrlәrini
ürәklәndirirdi. Onun üçün hәyatın mәnası Allahın bәxş etdiyi
fiziki, psixoloji imkanlardan, iradәdәn vә malik olduğu hәr bir
şeydәn haqq sözünün ucalması üçün istifadә etmәk, haqqı
yaşatmaq idi. Əlinin (ә) iradәsi, qolu vә cihadı ilә haqq yaşadı.
1
Yenә orada, hikmәt: 77
54
Ağıllı insanlar üçün dәyәrli olan haqq, әdalәt, insaniyyәt vә
bu kimi mәfhumların bu gün dünyada yaşaması, günbәgün
güclәnmәsi vә möhkәmlәnmәsi bu mübarizә vә fәdakarlıqlara
görәdir. Əgәr bәşәr tarixindә çox nadir olan Əli ibn Əbutalib
(ә) kimilәr olmasaydılar, bu gün insani dәyәrlәr mövcud
olmazdı, bu sözlәr bәşәriyyәtә gözәl görünmәzdi, bәşәrin uca
amal, mәqsәd, mәdәniyyәt vә sivilizasiyası olmazdı,
bәşәriyyәt vәhşi vә yırtıcı bir heyvana çevrilәrdi. Uca
amalların qorunmasına görә bәşәriyyәt Əmirәlmömininә (ә)
vә onun kimi uca insanlara borcludur. O mübarizәlәrin
nәticәsi budur.
Əmirәlmömininin (ә) hәyatının başqa bir cәhәti hakimiyyәt
sahәsindәdir. Bu böyük vә müdrik insan nәhayәt hakimiyyәt
kürsüsündә oturduğu qısa dövrdә elә işlәr gördü ki, tarixçi,
yazıçı vә sәnәtkarlar illәrlә yazsalar, sәnәt әsәrlәrinә
köçürsәlәr dә, az demiş vә az tәsvir etmiş olarlar.
Əmirәlmömininin (ә) hakimiyyәti dövründәki hәyat tәrzi dә
başqa bir alәmdir. Əli (ә) ümumiyyәtlә hakimiyyәtin mәnasını
dәyişdirdi.
O, ilahi hakimiyyәtin, Quran ayәlәrinin, "Kafirlәrә qarşı
sәrt, bir-birinә isә mәrhәmәtli"
1
ayәsinin vә mütlәq әdalәtin
tәcәssümü idi. O, yoxsulları özünә yaxınlaşdırır, zәiflәrә qayğı
göstәrirdi.
2
Pulla, zorla vә digәr amillәrlә haqsız olaraq özünü
böyük göstәrәnlәr Əlinin (ә) nәzәrindә yerlә-yeksan idilәr.
Ona görә dәyәrli xüsusiyyәtlәr iman, tәqva, ixlas vә
insaniyyәt idi. Əmirәlmöminin (ә) bu dәyәrli әsaslarla beş
ildәn az hakimiyyәtdә oldu. Əsrlәrdir Əli (ә) haqda yazırlar,
amma yenә az yazmış, düzgün tәsvir edә bilmәmiş, әn yaxşı
yazanlar öz acizliklәrini vә qüsurlarını etiraf etmişlәr.
Onun әn böyük xüsusiyyәti tәqvadır. Nәhcül-bәlağә tәqva
kitabıdır. Onun yolu, hәyatı tәqva yoludur. (1999) "İnsanların
elәsi dә vardır ki, Allahın razılığını qazanmaq yolunda öz
1
Fәth/29
2
İbn Əbilhәdid, "Şәrh Nәhcül-bәlağә", c. 18, sәh. 226
55
canını fәda edәr"
1
ayәsi Əmirәlmömininin (ә) haqda nazil
olmuşdur, tәvili Əli ibn Əbutalibdir. Ayә deyir ki, insanlar
arasında әvәzsiz vә әn әziz sәrmayә olan canlarını Allahın
razılığından ötrü bütövlüklә qurban verәnlәr var. Mәqsәdlәri
yalnız Allahın razılığıdır. Onlar can vә hәyatlarını heç bir
dünyәvi mәqsәd vә şәxsi maraq üçün yox, yalnız vә yalnız
Allahın razılığını qazanmaq üçün qurban verirlәr. Allah da
belә bir fәdakarlığın qarşısında şübhәsiz ki, layiqli cavabı
әsirgәmir: "Allah öz bәndәlәrinә qarşı çox mehribandır".
Bunun kamil nümunәsi Əmirәlmöminin Əli ibn Əbutalibdir
(ә). Mәn bu cәhәt haqda danışacağam.
Siz Əmirәlmömininin (ә) tarixinә baxın. Uşaqlıqdan -
doqquz, yaxud on üç yaşında әziz Peyğәmbәrә (s) iman
gәtirdiyi, ayıq şәkildә hәqiqәti tanıdığı, ona etiqad bәslәdiyi
andan ramazan ayının 19-da ibadәt mehrabında canını Allah
yolunda fәda etdiyi, razılıqla, sevinc vә hәvәslә Allahın
görüşünә getdiyi ana qәdәr sürәn tәxminәn 50-53 ildә onun
hәyatında daim davam edәn bir xәtt var. Bu xәtt fәdakarlıq
xәttidir. Əmirәlmömininin (ә) ömrünün bu 53 ilindә әvvәldәn
sona qәdәr fәdakarlıq әlamәtlәrini görürsünüz. Bu bizim üçün
hәqiqәtәn dәrsdir. Əlidәn (ә) danışan, Əlini (ә) sevәn vә
dünyada Əli ibn Əbutalibi (ә) sevmәklә tanınan bizlәr ondan
dәrs götürmәliyik. Yalnız Əlini (ә) sevmәk, yalnız Əliyә (ә)
dәyәr tanımaq kifayәt etmir. Qәlblәrindә Əli ibn Əbutalibin
(ә) dәyәr vә fәzilәtlәrini etiraf edәn, Əlini (ә) mәsum vә pak
insan kimi bizdәn dә artıq sevәn, amma rәftarları ayrı cür olan
insanlar olmuşdur. Çünki onlar bu xüsusiyyәtlәrә - belә
fәdakarlıq, mәnәmlikdәn uzaq durmaq, özü üçün çalışmamaq
xüsusiyyәtlәrinә malik olmamış, hәlә "öz" hasarlarında ilişib-
qalmışdılar. Əlinin (ә) üstünlüyü "öz"dә qalmamasıı idi. Onun
üçün eqonun әhәmiyyәti yox idi, önәmli olan vәzifә, mәqsәd,
Allah yolunda mübarizә vә Allah idi.
1
Bәqәrә/207
56
Əmirәlmömininin (ә) uşaq çağında Peyğәmbәrә (s) iman
gәtirmәsi Mәkkә şәhәrindә mәsxәrә vә әziyyәtlәrlә qarşılandı.
Mәkkә әhalisi mәdәni vә nәzakәtli insanlar deyildilәr, kobud,
dalaşqan, xırda bir şey üstündә vuruşan, öz batil inamlarına
qatı tәәssübkeş insanlar idilәr. Belә bir cәmiyyәtdә böyük bir
insan tәrәfindәn onun hәr şeyini - etiqadlarını, adәt-әnәnәlәrini
sual altına salan söz deyilir. Tәbii ki, hamı ona qarşı çıxar,
müxtәlif tәbәqәlәr ona müxalif olarlar. Belә dә oldu: әhali
Peyğәmbәrә (s) qarşı çıxdı. Belә bir insanı vә belә bir sözü
bütün vücudu ilә müdafiә etmәk vә ona qoşulmaq isә
fәdakarlıq tәlәb edirdi. Bu, Əmirәlmömininin (ә) birinci
fәdakarlığı idi.
Əli ibn Əbutalib (ә) on üç il әn çәtin zamanlarda
Peyğәmbәrin (s) yanında oldu. Düzdür, әziz Peyğәmbәrin (s)
mühacirәti çarәsizlikdәn, Qüreyşin vә Mәkkә әhalisinin
zülmündәn baş verdi, amma işıqlı gәlәcәyi müjdәlәyirdi.
Hamı bilirdi ki, bu mühacirәt uğur vә qәlәbәlәrә girişdir.
Sanki bir hәrәkat çәtin dövrdәn asanlıq vә azadlıq dövrünә
keçir. Adәtәn hamının tәlәsdiyi, ictimai mәqam vә postlara
yiyәlәnmәyә can atdığı mәqamda Əmirәlmöminin (ә) zülmәt
vә qaranlıq gecәdә Peyğәmbәrin (s) yatağında yatmağa razı
oldu. Peyğәmbәr (s) bu üsulla evdәn vә şәhәrdәn çıxa bilәrdi.
Hәmin gecә bu yataqda yatanın öldürülmәsi tәxminәn qәti vә
qaçılmaz idi. Biz indi bilirik ki, Əli (ә) hәmin hadisәdә şәhid
olmadı, amma onlar bilmirdilәr, gecәnin qaranlığında
müәyyәn bir yerdә bir nәfәr mütlәq öldürülmәli idi.
Tәhlükәdәn uzaqlaşması üçün kimsә onun yerindә yatmalı idi
ki, casuslar orada olduğunu zәnn etsinlәr. Kim buna razıdır?
Əmirәlmömininin (ә) bu fәdakarlığının özü fövqәladә
әhәmiyyәtә malikdir. Amma bu fәdakarlığın zamanı onun
әhәmiyyәtini bir qәdәr dә artırır. Bu, mәşәqqәtli dövrün
bitdiyi, hakimiyyәtin vә rahatlığın başlandığı, Yәsrib
әhalisinin iman gәtirәrәk Peyğәmbәri (s) gözlәdiyi zaman baş
verir. Bunu hamı bilir. Əmirәlmöminin (ә) belә bir anda bu
57
fәdakarlığı edir. Belә böyük işi görmәk üçün bu insanda heç
bir şәxsi maraq olmamalıdır.
Sonra Mәdinәyә daxil olurlar, Peyğәmbәrin (s) yeni
hökumәtinin müharibәlәri vә gecә-gündüz mübarizәlәri
başlayır. Belә bir hökumәtin xüsusiyyәti budur: daim
müharibә var. Peyğәmbәrin (s) hәyatının bu on ili hәtta Bәdr
döyüşündәn öncәdәn döyüşlә keçmişdir. Əziz Peyğәmbәr (s)
bu on il әrzindә müxtәlif kafir qәbilәlәri ilә onlarla müharibә
aparmışdır. Bütün bu dövrdә Əmirәlmöminin (ә) Peyğәmbәrin
(s) fәdaisi vә әn öndә gedәn sәrkәrdәsi kimi fәaliyyәt göstәrir,
bu tәhlükәli döyüşlәrin hamısında iştirak edir. Tarixdәn әlavә,
Əmirәlmömininin (ә) özü dә söylәyir ki, mәn qәhrәman
sәrkәrdәlәrin qorxduğu, geri çәkilmәyә mәcbur olduğu
yerlәrdә Peyğәmbәrin (s) kәnarında qaldım vә canımı ona
sipәr etdim.
1
Əmirәlmöminin (ә) әn ağır mәrhәlәlәrdә
möhkәm dayandı. Onun üçün tәhlükә heç bir әhәmiyyәt kәsb
etmirdi. Bәzi adamlar düşünürlәr ki, sonradan İslama
faydamız
toxunsun
deyә
canımızı
qorumalıyıq.
Əmirәlmöminin (ә) heç zaman özünü belә bәhanәlәrlә
aldatmadı, onun uca qәlbi aldanan deyildi. Əmirәlmöminin (ә)
bütün tәhlükәli yerlәrdә ön sırada dururdu.
Dostları ilə paylaş: |