İmamətin dörd dövrü
İmamәt Peyğәmbәrin (s) vәfatından - yәni hicri tarixi ilә
11-ci ilin sәfәr ayından İmam Hәsәn Əsgәrinin (ә) vәfatına -
49
yәni 260-cı ilin rәbiülәvvәl ayına qәdәr davam etdi. Bu
müddәtdә imamәt tәxminәn dörd dövrü yaşadı vә imamların
hakim siyasi qüvvәlәr qarşısında mövqeyi baxımından hәr
dövr bәzi xüsusiyyәtlәrlә yadda qaldı.
Birinci dövr sükut, yaxud imamın hakimiyyәtlә әmәkdaşlıq
dövrüdür. İslamdan zәrbә görmüş güclü xarici düşmәnlәrin vә
etiqadı möhkәmlәnmәmiş yeni müsәlmanların olduğuna görә,
körpә İslam cәmiyyәtindә ixtilafa vә ikitirәliyә әsla taqәt yox
idi. Bu cәmiyyәtdә әn kiçik parçalanma onun bünövrәsini
tәhdid edә bilәrdi. Digәr tәrәfdәn, haqdan yayınma İslam
mәktәbinә, İslam cәmiyyәtinә әn xeyirxah vә mәsuliyyәtli
insan olan Əmirәlmöminin (ә) kimi bir şәxsin dözmәyәcәyi
hәddә deyildi. Bәlkә dә mәhz buna görә Peyğәmbәr (s)
özünün bu nümunәvi şagirdinә qabaqcadan belә hadisәlәr
zamanı sәbirli olmağı tapşırmışdı.
Bu dövr әziz Peyğәmbәrin (s) hicrәtin 11-ci ilindәki vәfatı
ilә Əmirәlmömininin (ә) 35-ci ildәki xilafәti arasındakı 25 ili
әhatә edir. O hәzrәt misirlilәrә ünvanladığı mәktubda bu fasilә
dövrünün әvvәlindә öz vәziyyәtini izah edәrәk yazır ki,
әvvәlcә bütün cinahlardan kәnara çәkildim, sonra isә bәzi
qrupların İslamdan dönәrәk onu mәhv etmәk çağırışı
etdiklәrini gördüm. Qorxdum ki, İslama vә müsәlmanlara
kömәk etmәsәm, bunun ziyanları xilafәti itirmәkdәn dә böyük
olsun. Buna görә ayağa qalxdım vә fәaliyyәtә başladım.
1
Əlinin bu 25 illik hәyatı İslama vә müsәlmanlara qarşı
xeyirxahlıqdan irәli gәlәn fәaliyyәt, yardım vә dәstәkdәn
ibarәtdir. O hәzrәtin dövrün xәlifәlәrinә verdiyi, Nәhcül-
bәlağәdә vә digәr hәdis vә tarix kitablarında qeyd olunan
siyasi, hәrbi, ictimai vә digәr tövsiyәlәri bu amilә
inkaredilmәz faktlar sayılır.
İkinci dövr imam hakimiyyәti dövrüdür. Bu dövr
Əmirәlmömininin (ә) dörd il doqquz aylıq vә Hәsәn ibn
Əlinin (ә) bir neçә aylıq xәlifәlik dövründәn ibarәtdir. Bu dövr
1
Nәhcül-bәlağә, mәktub: 62
50
inqilabçı bir hökumәt üçün qaçılmaz olan bütün qüsurlara,
çoxlu mәşәqqәt vә problemlәrә rәğmәn, İslam hakimiyyәtinin
әn parlaq illәri sayılır. Bu dövrdә insani üsulların, mütlәq
әdalәtin vә cәmiyyәtin hәyatında İslamın müxtәlif cәhәtlәrinә
riayәt olunmasının, hәmçinin qәtiyyәtin, çәkinmәzliyin vә
cәsarәtin tarixin bütün dönәmlәrindәn artıq olduğu danılmaz
mәsәlәdir.
İmamların hәyatının bu dövrü ondan sonrakı ik әsrdә Şiә
imamlarının hәmişә dәvәt etdiyi vә uğrunda çalışdığı hökumәt
vә ictimai quruluş üçün örnәk idi. Şiәlәr bu dövrü әziz xatirә
kimi yad etmiş, onun hәsrәtini çәkmiş, sonrakı rejimlәri
onunla müqayisә edәrәk qınamışlar. Bu dövr eyni zamanda
yetkinlәşmәmiş, yaxud haqdan uzaqlaşdırılmış cәmiyyәt vә
xalq arasında tam islami vә inqilabi bir hökumәtin vәziyyәtini
göstәrәn vә o zamandan etibarәn imamları uzunmüddәtli
metodlara, çevrәdaxili ağır vә tәlәbkar kadr hazırlığına vadar
edәn ibrәtamiz bir dәrs vә tәcrübә idi.
Üçüncü dövr İmam Hәsәnin (ә) 41-ci ildәki sülhü ilә İmam
Hüseynin (ә) 61-ci ildәki şәhadәti arasındakı dövrdür. Sülh
bağlanandan sonra Şiәnin yarımgizli fәaliyyәti başlandı vә
münasib zamanda hakimiyyәti Peyğәmbәr (s) ailәsinә
qaytarmağı mәqsәd seçәn proqramlara start verildi. Adi
proqnozlara görә bu çox da qeyri-mümkün görünmürdü,
Müaviyәnin şәr dolu hәyatı bitәndәn sonra ona ümid
bәslәnirdi. Buna әsasәn, üçüncü dövrü İslam hökumәti vә
İslam rejimi qurmaq üçün qısamüddәtli quruculuq dövrü
adlandırmaq olar.
Nәhayәt dördüncü dövr tәqiblәr dövrü vә hәmin mәqsәd
üçün uzunmüddәtli proqramlar zamanıdır. İki әsrә yaxın sürәn
bu dövrdә müxtәlif mәrhәlәlәrdә qәlәbә vә mәğlubiyyәtlәr
olmuş, ideoloji sahәdә qәti zәfәr çalınmış, dövrә uyğun
yüzlәrlә taktika işlәdilmiş, ideal İslam adamının ixlasına,
fәdakarlığına vә üstünlük göstәricilәrinә minlәrlә nümunә
tәqdim olunmuşdur. (Sadiq rәhbәr, sәh. 16-19)
51
İmamların hәyatında yetәrincә diqqәt yetirilmәyәn әn
mühüm mәsәlә gәrgin siyasi mübarizә amilidir. İslam
xilafәtinin açıq şәkildә şahlıq әlamәtlәri ilә qarışdığı vә
despotizmә çevrildiyi birinci әsrin ikinci yarısından Əhli-beyt
imamları öz siyasi mübarizәlәrini şәraitә uyğun üsullarla
güclәndirdilәr. Bu mübarizәnin әn böyük mәqsәdi İslam
quruluşu vә imamәtә әsaslanan hakimiyyәt qurmaq idi.
Şübhәsiz ki, dinin vәhy ailәsinә xas görüşlәrlә tәfsiri, elәcә dә
İslam tәlimlәrindәn vә din hökmlәrindәn tәhriflәri aradan
qaldırmaq da Əhli-beytin mübarizәsi üçün mühüm mәqsәd
sayılırdı. Lakin qәti faktlara әsasәn, Əhli-beytin mübarizәsi bu
işlәrlә mәhdud olmurdu vә onda әn böyük mәqsәd Əli (ә)
hökumәti qurmaqdan vә әdalәtli İslam quruluşu yaratmaqdan
başqa bir şey deyildi. İmamların vә onların tәrәfdarlarının
mәşәqqәt vә fәdakarlıq dolu hәyatlarının әn böyük sәbәbi bu
mәqsәd idi. İmamlar hәzrәt Sәccadın (ә) dövründәn vә Aşura
hadisәsindәn sonra bu mәqsәd üçün uzunmüddәtli işlәrә
başladılar.
Aşura hadisәsi ilә İmam Rizanın (ә) vәliәhdliyi arasındakı
140 illik dövrün hamısında Əhli-beyt imamlarına bağlı olan
Şiә cәrәyanı hәmişә xilafәtin әn böyük vә әn tәhlükәli
düşmәni sayılmışdır. Bu müddәtdә dәfәlәrlә münasib şәraitlәr
yarandı, Əli (ә) hәrәkatı adlandırmalı olduğumuz Şiә
mübarizәsi böyük qәlәbәlәrә yaxınlaşdı, amma hәr dәfә son
qәlәbә qarşısında maneәlәr yarandı, çox zaman bu hәrәkatın
әsas mәrkәzi vә mәnbәyi olan imama düşmәn tәrәfindәn әn
böyük zәrbә vuruldu; onlar hәbs olundular, yaxud şәhadәtә
yetirildilәr. Növbә sonrakı imama çatanda da tәzyiq vә
repressiya elә bir hәddә idi ki, uyğun şәrait yaratmaq üçün
yenidәn uzun zamana ehtiyac yaranırdı.
İmamlar bu hadisәlәrin güclü fırtınası arasında ağıl vә
şücaәtlә şiәliyi kiçik, lakin dәrin vә möhkәm cәrәyan kimi ağır
vә tәhlükәli keçidlәrdәn keçirdilәr. Əmәvi vә Abbasi xәlifәlәri
heç zaman imamı mәhv etmәklә imamәt cәrәyanını bitirә
bilmәdilәr. Bu kәsәrli xәncәr hәmişә xilafәt aparatının
52
kәnarında sancılmış qaldı vә daimi tәhdid kimi onların
rahatlığını pozdu.
|