Xilafət dövrü
Bütün müsәlman alәmi Əmirәlmömininlә (ә) beyәt etdi. O
zamana qәdәr heç bir beyәt belә ümumi olmamışdı. Yalnız
Şam onunla beyәt etmәdi. Bütün İslam alәmi, böyük
şәxsiyyәtlәr vә sәhabәlәr beyәt etdilәr. On nәfәrdәn az olan
kiçik bir qrup qaldı. Əmirәlmöminin (ә) onları bir mәscidә
toplayıb bir-bir beyәt etmәmәlәrinin sәbәbini soruşdu.
Abdullah ibn Ömәr, Sәd ibn Əbi Vәqqas da onların arasında
idi. Hәr biri bir sәbәb göstәrib danışdılar. Bәzilәri sonra beyәt
etdilәr, bәzilәri isә etmәdilәr. İmamın bu bir neçә nәfәrlә işi
olmadı. Amma Tәlhә, Zübeyr kimi digәr görkәmli şәxslәrin
hamısı onunla beyәt etdilәr. Beyәtdәn qabaq imam onlara
1
Yenә orada
62
buyurdu ki, sizin israrınızı qәbul edib xәlifә oluramsa,
tanınmış şәxsiyyәtlәri, qәdim simaları vә adlı-sanlı adamları
nәzәrә alacağımı düşünmәyin; elә bilmәyin ki, mәn ona-buna
tabe olacaq, tәqlidçilik edәcәk vә digәrlәrinin üsulu ilә
işlәyәcәyәm. Əsla belә olmayacaq. Mәn sizi İslamdan
anladığım vә tәyin etdiyim şәkildә idarә edәcәyәm.
1
O, bu
sözlәri deyәndәn sonra xilafәti qәbul etdi. Əmirәlmöminin (ә)
müxtәlif mәsәlәlәri nәzәrә alıb güzәştә gedә vә onların
könlünü ala bilәrdi. Amma burada da İslam prinsiplәri vә
dәyәrlәri üzәrindә qәtiyyәtlә dayandı. Belә ki, qarşısında o
qәdәr düşmәn meydana çıxdı vә Əli (ә) bir cәbhәdә qızıl, güc
vә hiylә tәrәnnümlәri ilә, bir cәbhәdә mötәbәr vә mәşhur
şәxsiyyәtlәrlә, başqa bir cәbhәdә isә zahirәn abid, әslindә isә
İslamın hәqiqәtindәn, ruhundan, İslam tәlimlәrindәn vә
Əmirәlmöminininin (ә) mәqamından xәbәri olamayan radikal
vә daşürәkli tәkfirçilәrlә üzlәşmәli oldu.
Əmirәlmöminin (ә) üç düşәrgәdә Nakisin (әhdi pozanlar),
Qasitin (zülmkarlar) vә Mariqin (dindәn çıxanlar, yaxud
yolunu azmışlar) qrupları ilә ayrı-ayrı şәkildә vuruşdu. Bu
hadisәlәrin hәr biri onun Allaha güvәnmәsini, fәdakarlığını vә
xudpәsәndlikdәn kәnar ruhunu göstәrir. O, nәhayәt bu yolda
şәhadәtә qovuşdu. O hәzrәt haqqında demişlәr ki, әdalәti onu
qanına qәltan elәdi. Əgәr Əli (ә) әdalәti kәnara qoyub başqa
mәsәlәlәri nәzәrә alsaydı, öz mәqamını vә şәxsiyyәtini İslam
dünyasının maraqlarından üstün tutsaydı, әn uğurlu vә qüdrәtli
xәlifә olardı, heç kim onunla düşmәnlik dә etmәzdi. Lakin
Əmirәlmöminin (ә) haqq vә batilin meyarıdır. Mәhz buna görә
kim hәzrәt Əlinin (ә) ardıcılıdırsa, onu qәbul edirsә, onun kimi
rәftar etmәk istәyirsә, haqq vә kim Əlini (ә) qәbul etmirsә,
batildir. Mәhz buna görә Əmirәlmöminin (ә) şәxsi
maraqlarının vә eqosunun әn kiçik müdaxilәsi belә olmadan
seçdiyi yolla hәrәkәt etmişdir. Əmirәlmöminin (ә) belә bir
şәxsiyyәtdir. Buna görә dә, hәqiqәtәn haqqın meyarıdır.
1
Yenә orada
63
Əmirәlmömininin (ә) hәyatı budur: "İnsanların elәsi dә vardır
ki, Allahın razılığını qazanmaq yolunda öz canını fәda edәr"
1
.
Əli (ә) canını yalnız şәhadәti zamanı vә ölüm anında qurban
vermәdi, bütün ömrü boyu hәmişә öz canını Allah yolunda
fәda etdi.
Əmirәlmöminin (ә) bu müddәtdә göstәrdi ki, İslamın tәcrid
olunduğu vә İslam cәmiyyәtinin kiçik olduğu dövrdә yaranmış
İslam prinsiplәri vә İslam dәyәrlәri cәmiyyәtin rifah, inkişaf,
iqtidar vә maddi tәminat dövründә dә icra oluna bilәr. Bu,
olduqca әhәmiyyәtli mәsәlәdir. İslam prinsiplәri, İslam
әdalәti, insansevәrlik, cihad, İslam quruculuğu, İslamın әxlaq
vә dәyәrlәri Peyğәmbәrin (s) dövründә ilahi vәhylә nazil oldu
vә onun tәrәfindәn İslam cәmiyyәtindә mümkün hәddә hәyata
keçirildi. Amma Peyğәmbәr (s) dövrünün İslam cәmiyyәti on
ilә qәdәr yalnız Mәdinә ilә mәhdudlaşırdı, bir neçә min nәfәr
әhalisi olan kiçik bir şәhәrdәn ibarәt idi. Sonradan Mәkkә vә
Taifi fәth edәndә dә çox mәhdud sәrvәti olan, kütlәvi
yoxsulluğun vә çox az imkanların mövcud olduğu mәhdud bir
bölgә idi. Belә bir şәraitdә İslam dәyәrlәrinin әsası qoyuldu.
Peyğәmbәrin (s) dünyadan köçdüyü zamandan 25 il
ötmüşdür. Bu 25 ildә İslam ölkәsinin әhatәsi yüzlәrlә dәfә
artmışdır, iki dәfә, üç dәfә, on dәfә yox. İmam Əli (ә)
hakimiyyәtә gәlәndә Orta Asiyadan Şimali Afrikaya, yәni
Misirә qәdәr geniş әrazi İslam hökumәtinә tabe idi. Əvvәldә
İslam dövlәtinin iki böyük qonşu imperiyası olan İran vә
Romadan biri tamamilә devrilmişdi. O zaman İran hökumәti
devrilmiş vә bütün İran torpaqları İslamın ixtiyarına keçmişdi.
Rum torpaqlarının әsas hissәsi - Şam, Fәlәstin, Mosul vә digәr
yerlәr dә İslam dövlәtinә tabe idi. İslam dünyası belә bir geniş
sahәni әhatә edirdi, çoxlu sәrvәt әldә edilmişdi, daha
yoxsulluq, çatışmazlıq vә qәhәtlik yox idi; qızıl geniş
yayılmış, pul çoxalmış, sәrvәtlәr artmış, İslam ölkәsi
varlanmışdı, çoxları hәddәn artıq rifah içәrisindә yaşayırdılar.
1
Bәqәrә/207
64
Əgәr Əli (ә) olmasaydı, tarix belә nәticә çıxarardı ki, İslam
prinsiplәri vә Peyğәmbәr dәyәrlәri yaxşı idi, amma Mәdinә
dövrünә, İslam cәmiyyәtinin kiçik vә yoxsul olduğu zamana
aiddir. İslam cәmiyyәti böyüyәndәn, müxtәlif sivilizasiyalarla
qarışandan, İran vә Romadan mәdәniyyәt vә sivilizasiya
nümunәlәri cәmiyyәtә daxil olandan vә müxtәlif xalqlar İslam
dünyasına qatılandan sonra daha hәmin prinsiplәr ölkәni idarә
edә bilmәz. Əmirәlmöminin (ә) bu beş ildә öz әmәli, rәftarı vә
hakimiyyәt tәrzi ilә göstәrdi ki, erkәn peyğәmbәrlik çağının
bu parlaq prinsiplәri – tövhid, әdalәt, insaf, bәrabәrlik
Əmirәlmöminin (ә) kimi qüdrәtli bir xәlifә tәrәfindәn dә icra
oluna bilәr. Bu, tarixdә qalmış bir şeydir. Əmirәlmöminindәn
(ә) sonra bu üsul davam etmәsә dә, o göstәrdi ki, İslam
hakimi, cәmiyyәtin müsәlman başçıları istәsәlәr vә iradә
nümayiş etdirsәlәr, hәmin prinsiplәri İslam hökumәtinin,
İslam coğrafiyasının genişlәndiyi, müxtәlif vә yeni hәyat
şәraitinin yarandığı dövrdә dә icra edә vә xalqa fayda yetirә
bilәrlәr. Bәllidir ki, ictimai әdalәti Mәdinәnin 10-15 min
nәfәrlik
bir
cәmiyyәtindә
bәrqәrar
etmәk
hara,
Əmirәlmömininin
(ә)
dövründәki
onmilyonluq
vә
yüzmilyonluq bir cәmiyyәtdә bәrqәrar etmәk hara!
Əmirәlmöminin (ә) bu işlәri gördü.
Mәn Əmirәlmömininin (ә) öz sözlәrindә әks olunan bir
neçә işini burada deyәcәyәm. Onun hәyatında minlәrlә belә
nümunә var. Xalq gәlib israrla beyәt etmәk istәyir, o isә qәbul
etmirdi. Xalqın israrı çoxaldı, böyüklәr, kiçiklәr, başçılar vә
qәdim sәhabәlәr dedilәr ki, yox, yalnız Əli ibn Əbutalib (ә)
olmalıdır vә qeyrisi mümkün deyil. Onlar gәlib israrla imamı
apardılar. Buyurdu ki, onda mәscidә gedәk. Əmirәlmöminin
(ә) minbәr üzәrindә xütbә oxudu vә öz sözünü dedi. Buyurdu
ki, bu gün görkәmli vә möhtәrәm şәxslәrin haqsız olaraq sahib
olduğu malları beytülmala - ümumi xәzinәyә qaytaracağam.
Bu bir neçә ildә bәzi şәxslәr beytülmaldan bәzi pulları
mәnimsәyә bilmişdilәr. Buyurdu ki, mәn bunların hamısını
qaytaracağam; әgәr bu malları qadınlarınıza mehr etmiş,
65
yaxud onunla özünüzә kәniz almış olsanız belә, hamısını
beytülmala qaytaracağam.
1
Hamı bilsin ki, mәnim yolum
budur.
Bir neçә gündәn sonra müxalifәtlәr başlandı. Cәmiyyәtin
aztәminatlı vә mәhrum tәbәqәsi belә bir cәmiyyәti Allahdan
arzu edir, lakin nüfuzlular vә bu sözün әsas müraciәt tәrәflәri
tәbii ki, narazı qaldılar. Oturub iclas keçirdilәr, dedilәr ki, Əli
(ә) nә üçün belә etmәk istәyir. Osmanın dövründә Kufәnin
valisi olmuş Vәlid ibn Üqbә onların tәrәfindәn
Əmirәlmömininin (ә) yanına gәlib dedi ki, ey Əli, sәninlә
beyәtimizin şәrti var. Şәrtimiz budur ki, әldә etdiyimiz pullara
toxunmayasan, sәndәn qabaq qazandıqlarımızla işin olmasın.
2
Vәliddәn sonra Tәlhә vә Zübeyr gәldi. Vәlid ibn Üqbә Tәlhә
vә Zübeyrdәn fәrqlidir. Vәlid yeni müsәlman olanlardandır,
ailәsi İslamın vә inqilabın düşmәni olmuş, İslamla
vuruşmuşdu. Peyğәmbәrin (s) ömrünün sonlarında İslam
qәlәbә çalanda Bәni-Ümәyyәnin digәr üzvlәri kimi o da
müsәlman oldu. Tәlhә vә Zübeyr isә qәdimdәn müsәlman
olanlardan, Peyğәmbәrin (s) yaxın sәhabәlәrindәn idilәr. Buna
baxmayaraq, onlar da Əlinin (ә) yanına gәlib şikayәt etdilәr.
Dedilәr ki, sәn beytülmalın bölgüsündә bizi başqaları ilә bir
tutursan, bizә dә bizә tay olmayanlar qәdәr tәqaüd verirsәn.
Bu nә demәkdir? Nә üçün bizә xüsusi imtiyaz vermirsәn?
Bunlar bizim xәncәrimizlә әldә olunub, İslamı qalib edәn,
zәhmәt çәkәn biz idik, indi isә bizi yeni müsәlmanlarla vә fәth
olunmuş әrazilәrdәn gәlәn qeyri-әrәblәrlә bir tutursan?!
3
Əmirәlmömininin (ә) Vәlid ibn Üqbәyә cavabını
görmәmişәm, tarixdә qeyd olunmayıb, amma digәrlәrinә
verdiyi cavab bәllidir. Hәzrәt minbәr üzәrindәn sәrt cavab
verdi. Beytülmalın bәrabәr bölgüsünә dair buyurdu ki, bu
üsulun әsasını mәn qoymamışam. Mәn vә siz Peyğәmbәrin (s)
1
Nәhcül-bәlağә, xütb 29
2
"Bihar әl-әnvar", c. 32, sәh. 19
3
Yenә orada, sәh. 21
66
belә etdiyini görmüşük.
1
Mәn yeni bir iş görmürәm,
Peyğәmbәrin (s) işini davam etdirirәm, cәmiyyәtdә hәmin
dәyәrlәri, etiqad vә әmәl prinsiplәrini bәrqәrar etmәk
istәyirәm. Əli (ә) bunu etdi vә bәdәlini dә ödәdi.
Bu işin bәdәli üç müharibә idi vә Əmirәlmöminin (ә)
bundan qorxmadı. Tәbii ki, o, xilafәti öz haqqı bilirdi, amma
Peyğәmbәrin (s) vәfatından sonra bu haqqı uğrunda 25 il heç
bir iş görmәdi, kimsә danışmaq istәyәndә dә sakitlәşdirirdi.
Əmirәlmöminin (ә) 25 il bu mövzuda sükut etdi. Amma
zahirәn ondan әhәmiyyәti ondan az görünәn bir mәsәlә - yәni
ictimai әdalәt, Peyğәmbәr (s) prinsiplәrinin dirçәldilmәsi vә
Peyğәmbәrin (s) yaratdığı möhkәm İslam cәmiyyәti qurmaq
naminә üç müharibәyә getdi: Cәmәl, Siffeyn vә Nәhrәvan
döyüşlәri. Görün Əmirәlmömininә (ә) görә bu iş nә qәdәr
әhәmiyyәtli olmuşdur. Əmirәlmömininin (ә) böyük işi budur.
Onun bu barәdә başqa bir cümlәsi var. Bizim Əli (ә) tәlimlәri
ilә bir qәdәr tanış olmağımız pis olmaz. O buyurur ki, kimsә
mömindirsә, Allah yolunda mübarizdirsә, çoxlu zәhmәtlәr
çәkmiş, cәbhәdә olmuş vә böyük işlәr görmüşdürsә, onun
hüququna riayәt etmәk vacibdir. Lakin bu şәxs qanundan
yayınsa vә hüquq pozuntusuna yol versә, hәmin vacib haqq
onun cәzalandırılmamasına sәbәb olmamalıdır. Odur ki,
mәsәlәlәri bir-birindәn ayırın. Kimsә yaxşı adamdırsa, dәyәrli
şәxsdirsә, yaxşı keçmişi varsa, İslam vә ölkә üçün zәhmәt
çәkmişdirsә, çox gözәl, onun hüququ qorunmalı vә ona
hörmәt göstәrilmәlidir. Lakin bu şәxs cinayәt törәtsә, ona göz
yummaq olmaz. Əmirәlmömininin (ә) mәntiqi budur. Onun
şair vә mәddahlarından olan Nәccaşi Siffeyn döyüşündә
insanları Müaviyәyә qarşı döyüşә hәvәslәndirmәk üçün әn
yaxşı şeirlәr qoşmuşdur. O, Əlini (ә) sevirdi, onun tәrәfindә
idi, ixlas vә vilayәt baxımından mәşhur adamdır. Bu adam
ramazan ayında şәrab içdi. Əmirәlmöminin (ә) bundan xәbәr
tutanda buyurdu ki, şәrab içmәyin cәzası mәlumdur; onu
1
Yenә orada, sәh. 22
67
gәtirin vә burada cәzalandırın. Əmirәlmöminin (ә) hamının
gözü önündә onu cәzalandırdı, ona 80 qamçı vurdu. Onun
ailәsi vә qәbilәsi imamın yanına gәlib dedilәr ki, sәn bizi
rüsvay etdin, axı bu sәnin tәrәfdarlarından, dostlarından,
bugünkü sözlә desәk, siyasi blokunun üzvü idi. İmam buyurdu
ki, mәn bir iş görmәmişәm; müsәlman bir cinayәt törәtdi vә
ona ilahi cәza vacib oldu, mәn dә hәmin cәzanı icra etdim.
Nәccaşi bundan sonra dedi ki, belәdirsә, mәn dә gedib
Müaviyә üçün şeir deyәcәyәm. Əlinin (ә) yanından gedib
Müaviyәnin düşәrgәsinә qoşuldu. Əmirәlmöminin (ә) dә
demәdi ki, Nәccaşi әldәn çıxdı, heyfdir, onu saxlayaq. Xeyr!
Gedirsә, getsin; tәbii ki, qalsaydı, daha yaxşı olardı. İmam
Əlinin (ә) mәntiqi vә yolu budur. Nәccaşinin tәrәfdarlarına
dedi ki, cәzalandırdıq vә günahı silindi.
1
Əmirәlmömininlә (ә) qohum olan Bәni-Əsәd qәbilәsindәn
bir nәfәr cinayәt törәtmişdi. Hәmin qәbilәdәn olan vә
Əmirәlmöminini (ә) sevәn bir neçә nәfәr dedi ki, gedib
mәsәlәni hәll edәrik. Əvvәlcә İmam Hәsәnin (ә) yanına gәlib
vasitәçi olmasını istәdilәr. İmam Hәsәn (ә) buyurdu ki, mәnim
gәlmәyimә ehtiyac yoxdur, atam sizi tanıyır, özünüz gedin.
Özlәri Əlinin (ә) yanına gedib dedilәr ki, vәziyyәt belәdir,
bizә kömәk et. İmam buyurdu ki, mәnim ixtiyarımda olan hәr
hansı iş üçün razılıq verә bilәrәm. Bunlar sevinib geri
döndülәr. Yolda İmam Hәsәnlә (ә) rastlaşdılar. İmam Hәsәn
(ә) soruşdu ki, nә etdiniz. Dedilәr ki, şükür Allaha, yaxşı oldu,
Əli (ә) bizә söz verdi. Soruşdu ki, Əmirәlmöminin (ә) sizә nә
dedi? Onlar imamın cavabını söylәdilәr. İmam Hәsәn (ә)
tәbәssüm edәrәk buyurdu ki, onun cәzalandırılacağı tәqdirdә
görmәli olduğunuz işi görün. Əmirәlmöminin (ә) onu
cәzalandırdı. Gәlib dedilәr ki, ey möminlәrin әmiri, nә üçün
bu şәxsә qamçı vuruldu? Dedi ki, cәza mәnim ixtiyarımda
deyil, ilahi hökmdür. Mәn demişdim ki, ixtiyarım çatanı
1
"Əl-Hәyat", c. 2, sәh. 714
68
edәrәm, ilahi cәza isә mәnim ixtiyarımda deyil.
1
Üstәlik,
Bәni-Əsәd
Əmirәlmömininin
(ә)
dostlarından
vә
tәrәfdarlarından idi. Əlinin (ә) hәyatı belә idi.
Onun vә övladlarının xörәyi, geyimi, mәişәt vәziyyәti
haqda çox sözlәr deyilmişdir. Bir rәvayәtçi deyir ki, gedib
Hәsәn vә Hüseynin (ә) xörәk yediklәrini gördüm. Onların
xörәyi çörәk, sirkә vә göyәrtidәn ibarәt idi. Dedim ki, siz axı
әmirsiniz, xәlifә ailәsi, Əmirәlmömininin (ә) övladlarısınız,
bazarda da bu qәdәr mәhsul var, Kufәnin yaxınlığında
yerlәşәn Rәhbә bazarında bu qәdәr mәhsul satırlar. Sizin
xörәyiniz elә budur? Onlar hәmin şәxsә dedilәr ki, sәn
Əmirәlmöminini (ә) tanımırsan; get onun hәyatına bax.
2
O
hәzrәt öz ailәsi ilә dә belә rәftar edirdi.
Zeynәbi-Kübranın mәsәlәsini eşitmisiniz. Əbu Rafedәn
birovuz götürmüşdü. Əqilin macәrasını da eşitmisiniz. O,
imamın yanına gәlib bir qәdәr artıq buğda istәdi. Hәzrәt isti
dәmiri ona yaxınlaşdırdı. Tәbii ki, vurmadı, qorxutdu vә
istәyini qәbul etmәdi. Öz qardaşı oğlu vә kürәkәni - hәzrәt
Zeynәbin hәyat yoldaşı olan Abdullah ibn Cәfәr onun yanına
gәlib dedi ki, ey möminlәrin әmiri, әlim boşdur, mәişәt
әyalarını satmağa mәcburam, mәnә bir qәdәr kömәk et. İmam
qәbul etmәyib buyurdu ki, deyirsәn әmin oğurluq etsin vә
xalqın malını sәnә versin?!
Əmirәlmöminin (ә) Peyğәmbәr (s) dövrünә nisbәtәn inkişaf
etmiş, böyümüş, sivil vә sәrvәtli bir cәmiyyәtdә hakimiyyәt
meyarını müәyyyәn etdi. Hәr şey inkişaf etmişdi.
Əmirәlmöminin (ә) öz rәftarı ilә isbat etdi ki, bu vәziyyәtdә dә
hәmin prinsiplәri yaşatmaq olar. Bu, Əmirәlmömininin (ә)
böyük uğurudur. Mәnәviyyat, әdalәt, cihad, cәmiyyәt
quruculuğu, layiqli vә imanlı idarәçilik prinsiplәri bunu
göstәrir. Siz İmam Əlinin (ә) hәyatının ayrı-ayrı hissәlәrini il
boyu onun rәvayәt vә sözlәri şәklindә eşidirsiniz.
1
"Dәaim әl-İslam", c, 2, sәh. 443
2
"Əl-Mәnaqib", c. 2, sәh. 108
69
Əmirәlmömininin (ә) hәyatı bunlarla doludur. Onların
xülasәsi budur ki, Əmirәlmöminin (ә) bu İslam prinsiplәrini
bütün şәraitlәrdә hәyata keçirmәyin mümkünlüyünü dünyaya
göstәrmәk istәyir. Hәqiqәt dә budur. Onun İslam prinsiplәri
geyim forması deyil ki, lәbbadә geyinirdisә, bu gün biz dә
hәmin işi görmәli olaq. İslam prinsiplәri әdalәtdәn, tövhiddәn,
insafdan, xalqın hüququna dәyәr vermәkdәn, yoxsullara qayğı
göstәrmәkdәn, antiislam vә antidin cәbhәlәri qarşısında
müqavimәtdәn, haqq vә İslam әsasları üzәrindә tәkiddәn,
haqqı vә hәqiqәti müdafiә etmәkdәn ibarәtdir. Bunları bütün
dövrlәrdә hәyata keçirmәk olar.
Tәbii ki, bu sözlәri danışarkәn biz әslindә zirvә haqda
danışırıq. Kim Əmirәlmömininә (ә) hәtta bәnzәmәsini güman
edә bilәr?! Xeyr! Heç kәs Əmirәlmömininә (ә) bәnzәmir.
Onun nәvәsi olan mәsum imam hәzrәt Sәccada (ә)
ibadәtlәrinin çoxluğundan danışanda buyurdu ki, bizim
ibadәtlәrimiz hara, Əlinin (ә) ibadәti hara! Yәni o da özünü
Əli (ә) ilә müqayisә edә bilmir. İmam Sәccad (ә) ilә bizim
dövrümüzün әn böyük abid vә zahidlәri arasında yerlә-göy
qәdәr fәrq var. Əmirәlmöminin (ә) örnәyi, zirvәni vә
istiqamәti göstәrdi, meyar tәyin etdi. Biz dә bacardığımız yerә
çatmalıyıq. İslam quruluşu әdalәt, insaf, xalqa qayğı,
insanların hüququna hörmәt vә güclünün zәifә zülmünә qarşı
mübarizә quruluşudur. Tarix boyu bәşәrin mühüm problemlәri
bunlar olmuşdur. Bәşәriyyәt hәmişә bu problemlәrdәn әziyyәt
çәkmişdir, hәlә dә çәkir. Xalqlar bu hegemonluqlara görә
әziyyәt çәkir vә sıxıntı keçirir. İslamın, Əmirәlmömininin (ә)
vә Əli (ә) hökumәtinin mәntiqi hәm cәmiyyәt daxilindә, hәm
dә beynәlxalq miqyasda bu amillәrlә mübarizәdir.
Dostları ilə paylaş: |