«Müsəlmanlardan bir dəstəyə başqa bir dəstəyə təcavuz etdikdə onunla Allahın
əmrinə qayıdana kimi döyüşün». «Vəsalüş-şiə» çild 11, səh. 16, 54, 55; «Zübdətül-
əyan» səh. 319.
VİLAYƏTİ-FƏQİH
89
Bizim ölkəmizin neftini neçə əcnəbi ölkə çıxarır və aparır
1
və öz əl
altıları olan hakimlərinə də verdikləri azacıq bir miqdarı da başqa yollarla
özlərinə qaytarırlar. Dövlət xəzinəsinə də tökülən azacıq bir miqdarda
Allah bilir ki, haralarda xərclənir. Bu Beynəlxalq miqyasda və keçmiş
şəkildə olan bir «əkli-soht» və müftəxorluq. Dəhşətli və ən təhlükəli
münkərdir (pis iş). Siz cəmiyyəti, dövlətin işlərini və orqanları diqqətlə
mütaliə etsəniz görərsiniz ki, nə kimi dəhşətli «əkli-sohtlar»
(haramxorluqlar) olur. Ölkənin müəyyən bir yerində zəlzələ baş verdikdə,
hakim soyğunçular üçün zəlzələdən ziyan görənlərə humanitar yardımları
öz ciblərini tökürlər. Zülmkar hökmdarlar xarici şirkətlər və dövlətlərlə
bağladıqları anti-xalq müqavilələrlə xalqın milyonlarla tümən pulunu
oğurlayırlar və milyonlar da xaricilərə və ərbablarına bağışlayırlar. Bunlar
bizim gözümüzün qarşısında olan geniş müftəxorluqdur və hələdə davam
etməkdədir. İstər xarici ticarət olsun və istərsə də mədən çıxarma,
meşələrdən istifadə etmə və ya başqa yataqlar üzərində tədqiqat işləri
aparmaq, bina və yol çəkmə işləri, Kommunist ya qərb istismarçılardan
silah almaq bəhanəsilə bağladıqları müqavilələr olsun (bunlar özü
müftəxorluqdur).
Biz bu soyğunçuluqların və müftəxorluqların qarşısını almalıyıq. Bu
hamının vəzifəsidir: Din alimlərinin vəzifəsi daha ağır və əhəmiyyətlidir.
Biz başqa müsəlman şəxslərdən qabaq bu müqəddəs cihad və ağır
vəzifəyə, bizim malik olduğumuz məsuliyyətə görə hamıdan əvvəl
girişməliyik. Bu gün bu işlərin qarşısını almağa, müftəxorlar, xainlər,
böyük oğrular və hakimləri cəzalandırmağa gücümüz çatmır, lakin biz
qüdrət əldə etməyə səy göstərməliyik. Eyni halda qüsurluq etməyib
həqiqətləri bəyan edib haramxorluq və yalanları açmaqdan
çəkinməməliyik. Qüdrət əldə etdikdə nəinki ölkənin siyasət, iqtisad və
idarəsini səhmana salacağıq, hətta haramxorlar və yalançıları
cəzalandıracağıq.
1
Hicri 1280-ci ildə Müzəffərəddin şahla ingiltərəli Vilyam Faks Darsinin
bağladıqları müqavilə əsəsında İran neftinin çıxarılması İngiltərəyə verildi. Bu müqavilə
60 illik idi və İran ancaq xalis gəlirin 16 faizinə malik ola bilirdi. 32 il ondan sonra
bağlanan müqavilədə bu gəlir 20 faizə çatdı. Müsəddiqdən sonra 1333-də yeni
konsorsium təşkil edildi. Bu konsorsiumda İran-İngiltərə şirkəti 40 % Amerikanın
«Akson», «Mobil», «Qolf», «İsoron», «Teqzako» şirkətləri 40 %, Hollandiya şirkəti
14% və Fransa şirkəti 6 % payla 24 il ərzində 205891947800 boşka xam neft və
10152212 090 000 həcmdə qaz qərb ölkələrinə ixrac edildi.
Pəhləvinin zühur və süqutu. OPEK. Qüdrət ilğımı və sairə.
|