VİLAYƏTİ-FƏQİH 5
hamısı cameüş-şərait olan fəqihin hakimiyyətinə həmrəydirlər. Son
vaxtlar vilayətə aid fəqihlərin görüşləri bir sıra kitablarda toplanmışdır.
Əldə olan qaynaqlar rəhmətlik Ayətullah Molla Əhməd Nəraqi
(Qacar dövrü alimlərindəndir) «Əvaidül-əyyam» əsərində başqalarından
kamil və geniş şəkildə bu mövzudan söz açmışdır. O, ümumiyyətlə sübut
etmişdir ki, «Qeybət əsrində» fəqih iki halda vilayətə malikdir:
1- Peyğəmbər və imamların (ə) ixtiyarı və vilayətləri (hakimiyyəti)
olan işlərdə, şərh dəlilə müstəsna edilən işlərdən başqa...
2- Allah bəndələrinin dini və dünyəvi işləri ilə bağlı fəaliyyətində.
Sonra fəqihlərin vilayətinin on qism işinə və vəzifəsinə işarə edir, o
cümlədən: Fətva (fitva) vermək, ilahi hüdudu (qanunları) həyata keçirmək,
yetimlər, dəlilər və qaib olanların (itkin düşənlərin) malını qoruyub-hifz
etmək, məsum inamın malına yiyələnmək və s.
Alim bu səhəni ayələr, rəvayətləri və fiqhi sübutlara istinad edərək
təfsilatla araşdırmışdır.
1
Rəhmətlik Nəraqinin sözlərindən «vilayəti-fəqih» - dedikdə höküməti
də nəzərdə tutduğu məlum olur. Amma bu barədə geniş və açıq bəhs
etməmişdir.
Nəraqidən sonra imam Xomeyni həzrətləri yeganə fəqihdir ki, başqa
fəqihlər kimi, bu mövzudan söz açdıqdan əlavə, vilayəti-fəqihi həmən
hökümət mənasında götürüb birinci dəfə olaraq geniş və ətraflı şəkildə
söz açılmışdır. Dediyimiz kimi İmam həzrətləri vilayəti-fəqih bəhsini bir
dəfə şifahi surətdə 13-iclasda Nəcəfdə tədris etmişdir ki, əlinizdəki kitab o
dərslərin redaktə olunmuş şəkilidir. Bir dəfə də beş cildlik «Əlbəy»
2
kitabının ikinci cildində həmin tərzdə bəhs etmişdir.
İmam Xomeyni «Vilayəti-fəqih» kitabında «vilayət» mövzusunu çox
mühüm bir mövzu kimi qeyd edərək vilayətinin hökümət və siyasi
yönlərini daha ətraflı araşdırmışdır. Bu sahədə bu kimi mühüm islami
mövzunun etinasızlığa uğramasının ictimai və siyasi amillərini
açıqlayandan sonra fiqhi dəlillərə (sübutlara) əsaslanaraq fəqihin hökümət
qurması üçün təcrübi yolları və proqramlarını irəli sürür.
İmam həzrətləri əvvəlcə düşmənlərin islamı məhv etmək planlarına
işarə edir və aydın sübutlarla onların «islam texnika və elm əsrində
cəmiyyəti idarə etməyə qadir deyil» və ya «islamın hüquq qaydaları
cəmiyyətin problemlərini həll etməkdə zəifdir» kimi şübhələrinə cavab
verir və göstərirki, düşmənlərin zəhərli təbliğatı dinin siyasətdən
1
«Kitabül-bəy» cild 2, səh. 459-501, İsmailiyan nəşriyatı, Qüm.
2
Həmin mənbə.