VİLAYƏTİ-FƏQİH 11
kitab ibadətə aiddir, bir qismi əxlaq normaları, qalanları isə ictimaiyyət,
iğtisadiyyat, hüquq və aiyasət sahəsindədir.
Siz gənc nəslsiniz və inşallah islama faydalı olacaqsınız. Mənim
müxtəsərcə dediyim siz özünüz tam ciddiyətlə izləyəcəksiniz. Özünüz hər
necə məsləhət görürsünüz yazılı ya şifahi şəkildə camaatı ayıldın; deyin
ki, islamın başına nələr gəlib və indi nə kimi düşmənləri və dərdləri var.
Qoymayın islamın həqiqət və mahiyyəti gizli qalsın. Qoymayın islamı
inhirafa uğramış xristianlıq kimi xalqla haqq (Allah) arasında olan bir din
kimi qələmə verilsin. «Məscidlə» kilsə fərqlidir. O zaman qərbdə (heç
nədən xəbəri olmayıb) yerli əhalilər vəhşi halında, yaşayırdı. Amerikada
isə yarım vəhşi qırmızı dərililər yaşayırdılar. Roma və İranda zorakılıq,
ayrıseçkilik hökm sürürdü. Orada xalq hökümətdən və qanundan xəbəri
yox idi.
1
Allah-Təala Həzrət Rəsuli-Əkrəmin (s) vasitəsilə bir sıra
qanunlar göndərdi ki, insan onun əzəmətinə heyran qaldı. Allah hər bir
şey üçün – insanın ana bətnində yaranmasından ölüb məzara gedənə kimi
qanun göndərmişdir. İbadətə aid qanun olduğu kimi ictimayyət və
hökümət işlərinə də aid qanunları vardır. İslam hüququ mütərəqqi və
kamil bir hüquq sistemidir. Uzaq keçmişdən «Qüəza», «Müamilə»,
«Hüdud»
2
, «Qisas»
3
, Beynalxalq əlaqələr, sülh və müharibə, ümumi və
xüsusi beynalxalq hüququ islam qayda-qanunlarının bir güşəsidir
(hissəsidir). Elə bir mövzu yoxdur ki, islamda ona aid qayda-qanun
müəyyən olmasın.
Əcnəbilər müsəlmanları islamdan yayındırmaq üçün təlqin ediblər ki,
islam heç bir xüsusiyyəti yoxdur, islam bir sıra «heyz» və «nifas»
əhkəmından ibarətdir və axundlar ancaq heyz və nifasa aid qaydaları
oxumalıdırlar.
Əslində həqiqət də budur. İslam dünyagörüşünü, baxım və
sistemlərini tanıtmaq fikrində olmayan, əsas işləri onların dedikləri
küfr», «kitabüs-səlat» və s... məsələn hədis sahəsində «Üsuli-Kafi» 35 kitabı ehtiva edir
və fəqih sahəsində şərayeül-islam 50 kitabı ehtiva edir.
1
«İslam sivilizasiyası (mədəniyiyyəti) tarixi» Corci Zeydan clid 10 səh. 33, 41;
«İranın ictimai tarixi» Mürtəza Rəvəndi səh. 660; «İran sasanilər dövründə» A. Kriston
səh. 470, 523; «Dünya, besət dövründə» Şəhid Bahünər; Əkbər Haşimi Rəfsəncani
«Roma tarixi»; Albermale və Jul İzak «Qədim kilsə tarixi Roma imperiyasında».
2
Hədd – şəriətdə müəyyən təqsirlərə və qanuna zidd hərəkətlərə görə nəzərdə
tutulmuş cəzalara deyilir.
3
İslam fikində qisas ona deyilir ki, cinayətkar gördüyü cinayətin misli kimi qanun
hökmü ilə cəzalanır, cinayətkar adam öldürsə, öldürülür, bir şəxsin üzvünü kəssə, üzvü
kəsilir, yaralasa, yaralanır, cinayətə məruz qalan şəxs cinayətkarın qisasını və ya qisas
əvəzinə diyə (qan pulu) ödəməsini istəyə bilər.